III Filip (çar)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Filip Arridey
(Makedoniya basilevsi, Korinf ittifaqının hegemonu, İranın şahənşahı, Misir fironu, Asiyanın lordu)
yun. Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος
p
E23
p
Z7
iiAa18
Karnak məbədində Filip Arrideyin relyefi
Karnak məbədində Filip Arrideyin relyefi
e.ə. 323 – e.ə. 317
ƏvvəlkiMakedoniyalı İsgəndər
SonrakıIV İsgəndər
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Makedoniyalı II Filip
Anası Larissalı Filinna
Həyat yoldaşı Evridika
Dini Qədim Yunanıstan dini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip ArrideyMakedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı.[1]

Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu.

Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu. Antipaterin qəyyum seçilməsindən sonra yeni çar Makedoniyaya qayıtmalı oldu. Filip bundan sonra həyat yoldaşının təsiri ilə qərar verməyə başladı.

Daxili münaqişələr

[redaktə | mənbəni redaktə et]

Antipaterin oğlu KassandrPoliperxon arasındakı münaqişədə əvvəlcə birinci, daha sonra sonuncunun tərəfini tutan Evridika Makedoniyalı İsgəndərin anası tərəfindən həbs olundular. E.ə. 317-ci ilin 25 dekabrında Filip ögey anası Olimpiada tərəfindən edam olundu.

  1. "Filip Arridey - Livius". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.