53°46′18″ şm. e. 0°22′09″ q. u.HGYO

Hall Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hall Universiteti
University of Hull
Xəritə
53°46′18″ şm. e. 0°22′09″ q. u.HGYO
Əsası qoyulub 1927
Ölkə
Sayt hull.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur.[1]. Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir.

Tomas Ferens, Hall Universitetinin Kollecinin təməlini maliyyələşdirən əsas xeyriyyəçi
Venn Binası

Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building). 1950-ci illərdə tələbələrin sayının sürətlə artması nəticəsində ( və unuversitetin təcili genişlənməsi zərurəti qarşısında) universitet üçün müvəqqəti tikililər inşa edildi, bir sıra akademik bölmələr həmin müvəqqəti binalarda yerləşdirildi. Bu tikililəri tələbə və müəllimlər öz aralarında "daxma" adlandırırdılar. Bu tikililər kampusa "akademik ordu düşərgəsi" görkəmi verirdi '[2]

1927-ci ildə, Birinci Dünya müharibəsindən sonra yaranmış olsa da, bəziləri bu universitieti, «qırmızıkərpic» universitetlərə aid edirlər.[3].

Lakin Hall kampusunda binaların çoxu, həqiqətən də qırmızı kərpicdən tikilsə də, bu universitet, sözün əsl mənasında, həmin kateqoriya universitetlərindən deyil, belə ki, vətəndaş universitet hərəkatının bir hissəsi olmayıb, kraliçə Victoriyakral Edvard dövrünə aid deyil.[4]

Hull Universiteti 1920-ci illərdə yaranma kökləri ilə, "daha gənc universitet" kimi təsnif olunur; "ağ-kafel" universiteti adlandırılır və "qırmızıkərpic" universitetlərlə 1960-cı illərdə inşa edilən "plitə-şüşə" universitetləri arasında araliq mövqe tutur.[5] Mövcud olduğu müddət ərzində Universitetin dəfələrlə böyüyüb genişləndirilməsi nəticəsində universitetin memarlığı müxtəlif dövrlərə mənsub tikinti üslublarını özündə birləşdirir: burada XX əsrin əvvəllərinə məxsus ənənəvi köhnə binalardan tutmuş, 1960-cı illərin tədris blokları və modern əlavələrə və detallara kimi müxtəlif üslublara rast gəlmək olur.

Kollecin ilk rəhbəri (1926-1935-ci illərdə) Artur E. Morqan olub, ikincisi rəhbəri isə (1935-1954-cü illərdə) Con Nikolson olub. Con Nikolson həm də Kollecə universitet statusu verildiyi zaman birinci vitse-kansleri (1954-1956) olub.

Universitetin Gerbi

[redaktə | mənbəni redaktə et]

Universitetin Gerbi ser Algernon Tüdor-Kreyq (Sir Algernon Tudor-Craig) tərəfindən 1928-ci ildə layihələşdirilib. Gerbin üzərində - təhsil məşəli, Yorkşir gülü, Hall şəhərinin gerbindəki hersoq tacı, Linkolnşir zanbağı (fleur-de-lys) və sülhü təmsil edən göyərçin (Ferensin rəmzi) simvolları var. Bu simvollar sonradan universitetin loqosunu yaratmaq üçün istifadə edildi. Universitetin şüarı - Lampada Ferens Universiteti təsis edən xeyriyyəçinin adını əbədiləşdirib.[6]

Kral Xartiyası

[redaktə | mənbəni redaktə et]

Yaradıldıqdan 26 il sonra, 6 sentyabr 1954-cü ildə universitetə Кral хartiyası verildi. Beləliklə, Hall universiteti elmi dərəcə vermək hüququ əldə etdi və Yorkşirdə 3-cü, İngiltərədə 14-cü universitet oldu. Universitet kollecinin yaradılması və xartiyaya layiq görülməsi arasında 26 il - bu müddət həmin dövrdə İngiltərədə universitet təhsili tarixində ən qısa vaxt idi.[7] Bir il ərzində universitetdə oxumaq üçün müraciət edənlərin sayı 2 dəfə artdı. 1956-cı ildə tələbələrin sayı artiq 1000 nəfərdən artıq oldu.

1950-ci və 1960-cı illər

[redaktə | mənbəni redaktə et]
Brinmor Cons kitabxanası

Bu illər Brinmor Consun vitse-kansler oldüğü dövrə təzahür edir (1956-1972).

Həmin dövrdə universitet daha da inkişaf etdi, tələbələrin sayı 4 dəfə artdı. Bu illərdə universitetin nəzdində, sonradan Brinmor Consun adı verilən, kitabxana (BJL – Brynmor Jones Library) tikildi. Bu kitabxanada hazırda million cilddən artıq kitab saxlanılır. Brinmor Cons kitabxanasınən tikintisi 2 mərhələdə həyata keçirilib: birinçi hissəsi 1959-cu ildə tikilib, ikinci hissəsi 1970-ci ildə təhvil verilib.

Universitetin akademik binalarının coxu da elə 1950-1960-cı illərdə tikilib. 1967-ci ildə "Martin Planı" (Ser Lesli Martin universitetin memarı idi) universitet şəhərciyini belə nəzərdə tuturdu: mərkəzdə uca binalar, ətrafında perimetr boyunca nisbətən kicik binalar. Vaxtilə müvəqqəti binalarda yerləşən bölmələr nəhayət 1960-cı illərdə xüsusi olaraq tikilmiş yeni binalara köçürüldü.[8]

Hall Universiteti kampus tipli universitetdir. Şəhərdə yerləşsə də, universitetin əsas kampusu şəhər kənarında, şəhərdən şimal-qərbə tərəf Kottingem şəhərinə gedən yolda yerləşir. Əsas kampus tələbə və işçi heyətinin yemək və istirahəti ilə bağlı bütün şəraitə malikdir. Universitetin Şimali Yorkshire ərazisində Skarboroda daha bir, nisbətən kiçik, kampusu var.

Bundan əlavə, kampusda ölkədə yaxşı tanınan Tələbələr Birliyinin binası, geniş oyun meydançaları və digər idman obyektləri də var. Universitetin tələbələrinin əksəriyyəti Hull şəhərinin şimal-qərb dairələrində yerləşən bu kampusda (böyük Kottingem, Şərq dairəsi şəhərciyində) yerləşdirilib.

Hall Universitetinin Tələbələr Birliyinin binası
İdman Mərkəzi

Əsas kampusda eləcə də, universitetin York Universiteti ilə birgə layihəsi olan, Hall-York Tibb məktəbi yerləşir.

Hall Universiteti, Skarboro Campus, hazırda Skarboro Universitet Kolleci

Skarboro Universiteti Kolleci

[redaktə | mənbəni redaktə et]

Hull Universiteti  : Skarboro Kampusu Universitetin daha bir (nisbətən kiçik) kampusu — yaxın Skarboro (ing. Scarborough) şəhərində yerləşir. Təxminən 2,000 tələbəsi var.

Akademik profil

[redaktə | mənbəni redaktə et]

Təbiət elmləri və mühəndislik (injiniring) fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Mühəndislik və kompüter elmləri məktəbi: Kimya mühəndisliyi, Elektrotexnika və Elektronika mühəndisliyi, Kompüter elmləri, Mexanika (maşınqayırma) mühəndisliyi, Engineering, Tibb və Bio-tibbi mühəndisliyi
  • Ekologiya elmləri məktəbi: Biologiya və Ekologiya elmləri, Coğrafiya və Geologiya
  • Riyaziyyat və Fizika elmləri məktəbi: Kimya, Riyaziyyat, Fizika və Astrofizika

İncəsənət, Mədəniyyət və Təhsil fakültəsi

[redaktə | mənbəni redaktə et]
Wilberforce Building binası – giriş
  • İncəsənət məktəbi: Drama (Teatr sənəti); İngilis dili; Film və Rəqəmsal Media; Musiqi
  • Təhsil və Sosial Elmlər məktəbi: Kriminologiya; Təhsil, Pedaqogika və Uşaqların inkişafı studiyası; Sosiologiya və Sosial Elmlər; Sosial fəaliyyət, Gənclərin və Cəmiyyətin inkişafı
  • Tarix, Dilçilik və Mədəniyyət məktəbi: Amerikaşünaslıq Studiyası; Tarix; Müasir Dillər və Mədəniyyət; Fəlsəfə

Sosial Elmlər və Hüquq bölməsi yeni təmir edilmiş Uilberfors (Wilberforce Building) binasında yerləşir, 2006-cı ildə yaradılmış Skarboro İncəsənət və Yeni Media məktəbi də onun tərkibinə daxildir. Teatr sənəti Gulbenkian-Centre, Donald Roy adına teatrda tədris edilir. Tarix, İngilis dili, Dilçilik və Musiqi - Larkin Building binasında yerləşdirilib. →

Tibb Elmləri fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Hall York Tibb məktəbi
  • Tibb və Sosial fəaliyyət məktəbi: Tibb, Tibb bacısı və Mamaçılıq; Sosial fəaliyyət, Gənclərin və Cəmiyyətin inkişafı
  • Həyat Elmləri məktəbi: Bio-tibbi Elmlər; Psixologiya; İdman, Sağlamlıq və Bədən tərbiyəsi Elmləri

Tibb Elmləri fakültəsi Qərbi kampusda yerləşir.

Hall-York Tibb məktəbi

[redaktə | mənbəni redaktə et]
Loxley Building, Hall-York Tibb məktəbi

Tibb elmi qərbi kampusda 2003-cü ildən etibarən tədris edilir. Tibb elminin tələbələri Hall York universitetlərində elmi dərəcə alırlar. 3-cü və 4-cü kurs tələbələri yalnız universitet binasında deyil, həmçinin hospital və xəstəxanalarda dərs keçirlər.

Tibb İnstitutunun rezidenturası

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə təsis edilib, xərçəng xəstəliyinin və onun müalicəsinin tədqiqi ilə məşğul olan əsas elm ocağıdır

Biznes, Qanun və Siyasət fakültəsi

[redaktə | mənbəni redaktə et]
Esk Building – Biznes məktəbinin hissəsi
  • Hall Universiteti Biznes məktəbi: Mühasibat uçotu və Maliyyə, Biznes və Menecment, İqtisadiyyat və Biznes İqtisadiyyatı, Marketinq, Loqistika və Təchizatın idarə edilməsi
  • Qanun və Siyasət məktəbi: Qanun, Siyasət və Beynəlxalq Əlaqələr

1999-cu ildə yaradılmış Hall Universiteti Biznes məktəbində 3500-ə yaxın tələbə (100-dən çox ölkədən gəlmiş tələbələr) təhsil alır. Tələbələr, Hall və Skarboro kampuslarında təhsil alırlar. Məktəb Hall kampusunda, 2005-ci ildə açılmış, tam təmirli Qərbi Kampusunun binalarında yerləşdirilmişdir. Loqistika İnstitutu 2007-ci ilin sentyabr ayında təşkil edilmiş, rəsmən fəaliyyətə 2008-ci ilin mart ayında başlamışdır.

Uilberfors İnstitutu

[redaktə | mənbəni redaktə et]

Uilberfos Institutu Quldarlıq və emansipasiyanın tədqiqi ilə məşğuldur, Hall şəhərində (Köhnə şəhər adlandırılan hissədə) yerləşir. İnstitutda köləlik və insan hüquqları sahəsində elmi araşdırmalar aparılır.

Dəniz Tarixi Araşdırmaları Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Universitetin Dəniz Tarixi Araşdırmaları Mərkəzi Tarix və Dəniz tarixi sahəsində elmi tədqiqatlarla məşğuldur. PhD - fəlsəfə doktoru elmi dərəcəsi (fəlsəfə doktoru diplomu) vermək hüququna malikdir. Mərkəz Hall şəhərində (Köhnə şəhər adlandırılan hissədə) yerləşir.

Görkəmli insanlar

[redaktə | mənbəni redaktə et]

Britaniya şairi Filip Larkin (Philip Arthur Larkin) universitetdə Brinmor Cons kitabxanasında 30 il (1955-ci ildən 1985-ci ilə - ömrünün sonuna kimi) kitabxanaçı işləyib. Universitetdə eləcə də şair Endryu Mouşen (Andrew Motion) və rejissor Entoni Mingella (Entoni Mingella) da calışıblar.

  1. "Университет Халла (University of Hull)" (rus). UniPage. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  2. "The history of our buildings – University of Hull". University of Hull. 1 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2014.
  3. "The Independent newspaper, A-Z of universities, 3rd para". 2019-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-30.
  4. "The Independent newspaper, A-Z of universities, 3rd para". The Independent. London. 13 August 2010. 7 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2011.
  5. Beloff, Michael (1970) The Plateglass Universities, Fairleigh Dickinson University Press, p. 19.
  6. ""The Mace – a potent symbol of authority", University of Hull Alumni Site". Hullalumni.org. 6 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2011.
  7. Bamford, T.W. (1978) The University of Hull: the First Fifty Years, Published for the University of Hull by Oxford University Press, pp. 150-151
  8. "History – University of Hull". University of Hull. 27 June 2013. 7 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]