Klaus Fuks

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Klaus Fuks
alm. Emil Julius Klaus Fuchs
Doğum adı Emil Julius Klaus Fuchs
Doğum tarixi 29 dekabr 1911(1911-12-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1988(1988-01-28)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Elmi dərəcələri
İş yerləri
Təhsili
Üzvlüyü
  • QDR Elmlər Akademiyası[d]
Mükafatları "Karl Marks" ordeni National Prize of East Germany
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs‎; 29 dekabr 1911[1][2][…], Rüsselhaym[d], Almaniya imperiyası[1]28 yanvar 1988[1][2][…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi.

Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur.

1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur.

1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur.

Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi. O bunu nə pul üçün, nə də məcburiyyətdən etmirdi. O, sadəcə olaraq hesab edirdi ki, kommunistlər bu məlumatları əldə etməlidirlər."

Viktor Vayskopf: O, əsl kommunit idi. O, hesab edirdi ki, nüvə silahı yalnız Qərb ölkələrinə məxsus olmamalıdır... Tarazlıq mövcud olmalıdır."

1950-ci ildə Fuks ingilis kəşfiyyatı tərəfindən həbs edilmiş və 14 illik həbs cəzasına məhkum edilmişdir. ABŞ-nin onun deportasiyası ilə bağlı göndərdiyi sorğuya ingilislər rədd cavabı vermiş və bununla da onu ölüm cəzasından xilas etmişdilər.Sovet ittifaqi isə onu öz casusu kimi tanımamışdır.

1959-cu ildə Fuks vaxtından əvvəl azadlığa buraxılmış və ingilis vətəndaşılığından məhrum edilmişdir. Almaniya qayıtmış və evlənmişdir. Drezdendə Nüvə araşdırmaları mərkəzində çalışmış və Drezden texniki universitetində mahizələr oxumuşdur.

28 yanvar 1988-ci ildə Drezdendə vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 3 4 Klaus Fuchs // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.