Karr döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi.
Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi. Surena dərhal bundan istifadə etdi. Geriyə çəkilməni imitasiya edərək o düşmən korpusunu ardınca apardı, və romalıların əsas qüvvələrdən xeyli uzaqlaşdığını görərək, onları mühasirəyə salıb məhv etdi. Parflar tərəfindən öldürülən Krassın mənəvi cəhətdən sarsılmış ordusunun qalıqları, Fərat çayının arxasına keçdilər. Roma ordusu Karr yaxınlığında 20 min ölü və 10 min əsir itki verdilər. Romalıların Karrda məğlubiyyəti Roma-Parfiya müharibəsində dönüş nöqtəsi oldu, təşəbbüs Parfiyanın əlinə keçdi.
Karr yaxınlığındakı döyüş, müharibələr tarixində ilk hallardan biridir ki, az qüvvə və əkshucum nəticəsində düşmənin daha böyük qüvvəsini məğlub etmək mümkün oldu.
Mənbə
[redaktə | mənbəni redaktə et]Военная энциклопедия в восьми томах 3 "Д" — квартирьер Москва. Военное издательство 1995 səh. 493