Konfutsi İnstitutu
Konfutsi İnstitutu | |
---|---|
Yaranma tarixi | 2004 |
ci.cn/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı[1]; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir.[2] Mərkəzi iqamətgahı Xanban adlanır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb.[2]
2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi.[4]
Missiyası
[redaktə | mənbəni redaktə et]Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.[2]
"Çin dili körpüsü"
[redaktə | mənbəni redaktə et]Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir.[3] Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır.[3] 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.[3] Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub.[3] Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sahlins, Marshall. "China U." The Nation. October 29, 2013. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2014.
- ↑ 1 2 3 Bakıda Konfutsi İnstitutu açılıb (FOTO) Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine. trend.az, 22.04.2011 (az.)
- ↑ 1 2 3 4 5 6 BDU-nun nəzdindəki Konfutsi İnstitutunda seçmə turu başa çatıb [ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 20.06.2015, № 22. (az.)
- ↑ Hüseynbala Mirələmov. Çində möhtəşəm 10 gün Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. 525.az, 24.01.2012 (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Confucius Institute Online Arxivləşdirilib 2013-05-23 at the Wayback Machine (ing.) (çin.)
- China National Office for Teaching Chinese as a Foreign Language Arxivləşdirilib 2006-12-09 at the Wayback Machine (çin.)
- List of Confucius Institutes around the world Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine
- Pella, John & Erik Ringmar, "Kongzi and his institutes Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine," History of International Relations Open Textbook Project, Cambridge: Open Book, forthcoming.
- Sahlins on Confucius Institutes, four-part lecture by Marshall Sahlins, PricklyParadigmTV, YouTube.
- Confucius institute: The hard side of China's soft power, Xu Lin interview, BBC News, 21 December 2014.