Koku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Koku (yap. 石, çin. , Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi.

1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü.

Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir.

Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər.

Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.

  • 1 koku = 180,39 litr
  • 1 koku = 10 to
  • 1 koku = 100 syo
  • 1 koku = 1000 qo

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]