Göy Jasmin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göy Jasmin
ing. Blue Jasmine[1]
Janr komediya-dram[1], dram filmi
Rejissor
Prodüserlər
  • Letti Aronson[d]
Ssenari müəllifi
Baş rollarda
Montajçı Alisa Lepselter[d]
Distribütor Sony Pictures Classics[d], Netflix, Hulu[d]
İlk baxış tarixi 26 iyul 2013[6], 7 noyabr 2013[7], 29 avqust 2013[8]
Müddət 98 dəq.[1]
Büdcə 18.000.000 $
Gəlir 97.505.481 $
Ölkə
Dil ingilis dili[1]
Rəng rəngli
Çəkiliş yeri San-Fransisko, Lonq-Aylend, Nyu-York
IMDb ID2334873
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Göy Jasmin" (ing. Blue Jasmine) — rejissor Vudi Allenin filmi. Rejissorun yaradıcılığında dram janrında çəkilmiş azsaylı filmlərdən biridir. Filmin dünya premyerası 26 iyul 2013-cü ildə baş tutmuşdur (məhdud yayım Nyu-YorkLos-Ancelesdə keçirilmişdir). Geniş Amerika yayımı 23 avqust tarixindən başlamışdır.

Filmdə baş rolu Keyt Blanşett ifa edir. Tənqidçilərin rəyinə görə aktrisa Vudi Allenin yaradıcılığında ən güclü obrazlardan birini yaratmışdır. Aktrisa Ən yaxşı qadın roluna görə "Oskar" mükafatına namizədlərin bütün bənzər siyahılarında yer almışdır[9]. Bu roluna görə "Qızıl qlobus", "BAFTA" və "Oskar" da daxil olmaqla, bir çox mükafatlara layiq görülmüşdür.

"Jasmin" filmini yaxşı qarşılamış kino mətbuatı nümayəndələrinin iddiasına görə Allen "Brodvey üzərində tozanaq" filmindən sonra ən yaxşı ekran əsərini yaradıb[10][11]. Bəzi rəyçilər "Jasmin" filminin süjetinin Tennesi Uilyamsın məşhur "Arzu tramvayı" pyesi və onun 1951-ci ildə çəkilmiş klassik ekran variantı ilə oxşar olduğunu bildirmişdilər[12][13].

Hel (Alek Bolduin) və Jasmin (Keyt Blanşett) Frensislər həyat yoldaşı kimi varlı həyat sürürlər. Bir gün hər şey məhv olur: fırıldaqçı Hel maliyyə məsələlərində uğursuzluğa düçar olub həbsxanaya düşür (hər halda filmin birinci yarısında qəhrəmanların söhbətlərindən belə məlum olur). Həbsindən bir qədər əvvəl Helin xəyanət etirafı Jasmin üçün vəziyyəti bir az da mürəkkəbləşdirir.

Depressiyaya düşən Jasmin San-Fransiskoya – eyni valideynlərin himayəsi altında birlikdə böyüdüyü kasıb Cincerin (Salli Hokins) yanına gəlir, qayğısız günlərini yada salır. Hel həbsxanada özünü asaraq intihar edir. Onun əvvəlki nikahdan olan doğma oğlu Denni (Olden Eyrenrayk) Jasmini baş verənlərdə günahkar bilərək onunla bütün əlaqələrini kəsir.

Jasmin içkiyə qurşanmağa başlayır. O, yerli diş həkimi Flikerinin (Maykl Stulbarq) katibəsi kimi işə düzəlir, lakin tezliklə müdirin cinsi qısnaması üzündən işdən çıxır. Jasmin ümidverici diplomat Duayt Uestleykə (Piter Sarsqaard) rast gələnə qədər yaşamağın mənası olmadığını düşünür. Daha yaxın ünsiyyət saxladıqdan sonra Uestleyk onun keçmişi haqqında məlumatı olmaya-olmaya Jasminlə ailə qurmaq istəyini dilə gətirir.

Uestleyklə Cincerin keçmiş əri Oginin (Endrü Days Kley) təsadüfi görüşü bütün planları alt-üst edir. Frensislər ailəsinə qarşı acıqlı olan Ogi Jasminin şəxsi həyatı ilə bağlı hər şeyi Duayta danışır. Eyni zamanda Jasminə hal-hazırda musiqi alətləri mağazasında işləyən Denni haqqında da məlumat verir. Məlum olur ki, aramsız xəyanətləri müqabilində qisas almaq üçün Heli elə Jasminin özü polisə verib. Başına gələnlərdən sonra Jasmin bacısına yalandan Duayta ərə getməyə hazırlaşdığını deyib onun mənzilindən çıxır.

Sonuncu səhnədə skamyada əyləşmiş Jasmin bundan sonra necə yaşayacağını bilməyərək öz-özü ilə danışır. Beynində Hellə tanış olduqları zaman səslənən "Blue Moon" mahnısı canlanır, lakin ilk dəfə olaraq mahnının sözlərini yadına sala bilmir.

Hazırlıq mərhələsi

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin martında Vudi Allenin növbəti layihəsinin baş rolunda "Oskar" mükafatı laureatı Keyt Blanşetti görmək istədiyi elan olundu[14]. Həmin ilin iyun ayında Blanşettin filmdə iştirakı rəsmi olaraq təsdiqini tapdı[15].

Filmin çəkilişləri 2012-ci ilin sonunda Nyu-YorkSan-Fransiskoda aparıldı. 2013-cü ilin yanvarında Allen filmini "Blue Jasmine" adlandırdığını bildirdi. "Jasmin" — baş qəhrəmanın adıdır[16], filmin orijinal adını isə təxminən "kədərli, qüssəli Jasmin" kimi tərcümə etmək olar.

Filmdəki geyimlərin dizaynı ilə şəxsən Blanşettlə isti münasibətləri olan Karl Lagerfeld məşğul olmuşdur. Dizayner Süzi Benzinger hazırlığı belə xatırlayırdı:[17]

" Biz Jasmin üçün "Chanel" və "Fendi"ni seçdik. Vudi filmlərindəki geyimlərin dəb tarixi haqqında təsəvvür yaratmaq imkanlarını çox sevir. Mən "Chanel-dən jaket" ifadəsini ağzımdan çıxaran kimi o dedi: "Səncə həqiqətən Şaneldən jaket əldə edə bilərik?". Cavab verdim: "Məncə əldə edə bilərik".
Süzi Benzinger
"

Həyatı bir anda alt-üst olmuş əyyaşlığa qurşanan qadın kimi çətin obrazı yaratmaq üçün Blanşett "gözəl şərabdan ləzzət almağa" və bənzər vəziyyətə düşən qadınları müşahidə etməyə başlayır. Xüsusilə, qalmaqallı fırıldaqçı Bernard Medoffun arvadı Rut Meydoffun həyatını öyrənir[18].

Film müsbət rəylər almışdır. Məşhur "Rolling Stone" jurnalının tənqidçisi Piter Trevers Keyt Blanşettin ifasını bəyənərək filmə 4 ulduz imkanından 3,5 ulduz vermişdir[19]. "Roger Ebert" saytında isə film 4 ulduzdan 3-nə layiq görülmüşdür[20].

" Vudi Allenin filmi bu günümüzün sevinc mənbəyidir və deyəsən, "Matç Point"in dramatizminə çox yaxındır[21].
Süzan Vloşşina
"

"Rotten Tomatoes" saytında yazılmış rəylərin 91 %-i müsbət olmuşdur[22]. IMDb tamaşaçıları filmi 7,3 xalla qiymətləndiriblər. "Metacritic"dəki orta qiymətləndirmə 100-dən 78 xal təşkil edir[23].

Mükafat və nominasiyalar
Mükafat Nominasiya Namizəd Nəticə
"Qotem" Ən yaxşı qadın rolu Keyt Blanşett Namizəd
Nyu-York tənqidçilər dairəsi Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
Boston kinotənqidçiləri Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Boston onlayn kinotənqidçiləri Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
"Müstəqil ruh" mükafatı Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Namizəd
Ən yaxşı ssenari Vudi Allen Namizəd
"Sputnik" mükafatı Ən yaxşı film Namizəd
Ən yaxşı rejissor işi Vudi Allen Namizəd
Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Namizəd
Ən yaxşı orijinal ssenari Vudi Allen Namizəd
Nyu-York onlayn kinotənqidçilər dairəsi Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Vaşinqton kinotənqidçiləri Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Los-Anceles kinotənqidçiləri Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
(Adel Ekzarkopulosla birgə)
ABŞ Kinoaktyorlar Gildiyasının mükafatı Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
San-Diyeqo Kinotənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
"Qızıl qlobus" Dram janrında ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Namizəd
San-Fransisko kinotənqidçiləri dairəsi Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
ABŞ onlayn kinotənqidçilər cəmiyyəti Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Çikaqo Kinotənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Toronto Kinotənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
"Tənqidçi seçimi" Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Ən yaxşı orijinal ssenari Vudi Allen Namizəd
Finiks kinotənqidçilər cəmiyyəti Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
Florida kinotənqidçiləri dairəsi Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
ABŞ Prodüserlər Gildiyasının mükafatı Ən yaxşı film Namizəd
ABŞ Ssenaristlər Gildiyasının mükafatı Ən yaxşı orijinal ssenari Vudi Allen Namizəd
ABŞ kinotənqidçilərinin milli cəmiyyəti Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
BAFTA Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Namizəd
Ən yaxşı orijinal ssenari Vudi Allen Namizəd
ABŞ Geyimçilər Gildiyasının mükafatı Müasir mövzuda çəkilmiş filmdə ən yaxşı geyim dizaynı Süzi Benzinger Qazandı
ABŞ Dekoratorlar Gildiyasının mükafatı Müasir mövzuda çəkilmiş filmdə ən yaxşı quruluşçu rəssam işi Santo Lokasto Namizəd
Vankuver kinotənqidçiləri dairəsi Ən yaxşı aktrisa Keyt Blanşett Qazandı
"Oskar" mükafatı Ən yaxşı qadın rolu Keyt Blanşett Qazandı
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Namizəd
Ən yaxşı orijinal ssenari Vudi Allen Namizəd
"Sezar" mükafatı Xarici dildə ən yaxşı film Namizəd
"İmperiya" mükafatı Ən yaxşı qadın rolu Keyt Blanşett Namizəd
İkinci planda ən yaxşı qadın rolu Salli Hokins Qazandı
  1. 1 2 3 4 5 6 7 https://rankingfilms.com/movie/blue-jasmine-2013.
  2. http://www.imdb.com/title/tt2334873/.
  3. 1 2 3 http://www.fotogramas.es/Peliculas/Blue-Jasmine.
  4. 1 2 3 http://www.imdb.com/title/tt2334873/fullcredits?ref_=tt_ov_st_sm.
  5. http://www.film-o-holic.com/arvostelut/blue-jasmine.
  6. Freebase Data Dumps. Google.
  7. IMDb (ing.). 1990.
  8. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  9. "Oscars 2013 Nominations: Charts & Graphs" (ingilis). Gold Derby. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  10. "Blue Jasmine (2013)" (ingilis). Rotten Tomatoes. 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  11. Devid Erlix. "Review: 'Blue Jasmine'" (ingilis). Film.com. 22.07.2013. 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  12. Brüs Hendi. "Movie Review: Woody Allen's Blue Jasmine Is Perhaps His Cruelest-Ever Film" (ingilis). Vanity Fair. 17.09.2013. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  13. Saşa Stoun. "Oscar Flashback: Woody Allen, Blue Jasmine and A Streetcar Named Desire" (ingilis). Awards Daily. 30.07.2013. 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  14. Mayk Fleminq-kiçik. "Woody Allen Eyes Cate Blanchett, Bradley Cooper For New Film" (ingilis). Deadline. 29.03.2012. 2014-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  15. Deyv Makneri. "Louis C.K., Dice Clay in Woody Allen pic" (ingilis). Variety. 04.06.2012. 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  16. Deyv İtskoff. "Woody Allen Names His New Movie 'Blue Jasmine" (ingilis). New York Times. 08.01.2013. 2013-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  17. "Карл Лагерфельд создал одежду для фильма «Синий жасмин»" (rus). Elle. 25.07.2013. 2013-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  18. "Cate Blanchett drank 'fair share' of wine for Blue Jasmine" (ingilis). ContactMusic. 29.07.2013. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09. (#apostrophe_markup)
  19. Peter Travers, Peter Travers. "Blue Jasmine". Rolling Stone (ingilis). 2013-07-25. 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  20. Susan Wloszczyna. "Blue Jasmine movie review & film summary (2013) | Roger Ebert". https://www.rogerebert.com/ (ingilis). 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  21. "Blue Jasmine Movie Review & Film Summary (2013) | Roger Ebert". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  22. "Blue Jasmine" (ingilis). 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  23. "Blue Jasmine". 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]