Fridrix Lübker

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fridrix Lübker
alm. Friedrich Lübker
Doğum adı Friedrich Heinrich Christian Lübker
Doğum tarixi 18 avqust 1811(1811-08-18)[1]
Vəfat tarixi 10 oktyabr 1867(1867-10-10)[1] (56 yaşında)
Vəfat yeri
Elm sahəsi klassik filologiya[d]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fridrix Henrix Kristian Lübker (alm. Friedrich Heinrich Christian Lübker‎; 18 avqust 1811[1]10 oktyabr 1867[1], Flensburq) — Almaniya klassik filoloqu və müəllimi.

Huzum kompastoru Detlef Lorens Lübkerin ailəsində anadan olmuşdur. 12 yaşından Lübker Huzumdakı Herman Tast məktəbində oxuyub. 1826-cı ildə 16 yaşında Kil Universitetində filologiyailahiyyat fakültəsini öyrənməyə başladı. 1830-cu ildə Lübker Berlin Universitetində təhsilini davam etdirdi. 1832-ci ildə Kildə fəlsəfə doktoru dərəcəsi aldı.

Lübkerin ən məşhur əsəri 1855- ci ildə nəşr olunan "Klassik qədim əsərlərin real lüğəti"dir. O, filologiya, ilahiyyat və pedaqogika üzrə də əsərlər yazmışdır.[2]

  1. 1 2 3 4 Carstens Lübker, Friedrich Heinrich Christian (alm.). // Allgemeine Deutsche Biographie L: 1884. Vol. 19. S. 331–333.
  2. Любкер  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.