Franklin Littell

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Franklin Littell
Doğum tarixi 20 iyun 1917(1917-06-20)[1]
Doğum yeri
Vəfat tarixi 23 may 2009(2009-05-23)[1] (91 yaşında)
Təhsili
  • Kornell kolleci[d]
Mükafatları "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı

Franklin Hemlin Littell (ing. Franklin Hamlin Littell; 20 iyun 1917[1], Sirakuz, Nyu-York ştatı23 may 2009[1]) — ABŞ protestant alimi. O, supersessionizmi rədd edən yazıları ilə tanınır və Holokost işığında xristianlar ilə yəhudilər arasında münasibətləri yaxşılaşdırmaq üçün təhsil proqramlarını müdafiə etmişdir.[2] Müharibədən sonrakı Almaniyada təxminən on il yaşadıqdan sonra o, İkinci Dünya müharibəsi zamanı törədilmiş cinayətlərdən dərin təsirlənmiş və buna görə də həyatını Holokostu araşdırmağa, ondan götürülən insan hüquqları dərslərini geniş ictimaiyyətin diqqətinə çatdırmağa həsr etmişdir. İctimai yığıncaqlarda, şəhərciklərdə və kilsələrdə o, müharibədən sonrakı dövrdə Holokost haqqında dərslər təşkil edən ilk şəxslərdən biri idi. Littell bəziləri tərəfindən Holokost tədqiqatlarının banisi hesab olunur.[3][4]

  • The Anabaptist View of the Church (1957)
  • The Free Church (1957)
  • Historical Atlas of Christianity (1976)
  1. 1 2 3 4 Franklin Littell // SNAC (ing.). 2010.
  2. Fischel, Jack R.; Susan M. Ortmann. The Holocaust and Its Religious Impact: A Critical Assessment and Annotated Bibliography. Praeger/Greenwood. 2004. 290. ISBN 0-313-30950-7.
  3. Obituary http://www.philly.com/philly/obituaries/20090525_Rev__Franklin_H__Littell__scholar_of_the_Holocaust.html Arxivləşdirilib 2009-05-30 at the Wayback Machine
  4. Douglas Martin, "Franklin Littell, Scholar of Holocaust, Dies at 91" New York Times, may 30, 2009. https://www.nytimes.com/2009/05/30/us/30littell.html?_r=0 Arxivləşdirilib 2022-02-24 at the Wayback Machine accessed March 18, 2013.