Falerli Demetri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Falerli Demetri
q.yun. Δημήτριος ο Φαληρεύς
Doğum tarixi e.ə. 350[1] və ya e.ə. 360
Vəfat tarixi e.ə. 283
Vəfat yeri
Elm sahəsi fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi.

Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur[2]. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır[3], ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır.

Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar[4].

Misir hökmdarı I Ptolemeusun dövründə Demetrius İskəndəriyyədə elmi-mədəni mərkəz olan "Museyonun" və orada yerləşən məşhur kitabxananın yaradılması təşəbbüsü ilə çıxış etmişdir[5]. Eyni zamanda o, yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqin yunan dilinə çevrilməsinin təşəbbüskarı idi. Bu tərcümə "Septuaginta" adlanmışdır. Bundan sonra yunan düşüncəsinə yəhudiliyin birbaşa təsiri dövrü başlamışdır. Bu proses sonralar Avropada xristianlığın yayılması ilə nəticələnmişdir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. 154–155. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 154–155.
  • Bagnall, Roger S. (December 2002). "Alexandria: Library of Dreams" (PDF). Proceedings of the American Philosophical Society. 146 (4): 348–362.
  • Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. pp. 49–50. ISBN 9780521250283. Scott, Kenneth (1928). "The Deification of Demetrius Poliorcetes: Part I". The American Journal of Philology. 49 (2): 137–166.
  1. https://books.google.com.mx/books?id=8_9BCmCq6MYC&pg=PA454&dq=350+-+282+a.+C.+demetrio+falero&hl=es-419&sa=X&ved=0ahUKEwjX7-SaleHpAhUDI6wKHb-mA_kQ6AEIQjAD#v=onepage&q=350%20-%20282%20a.%20C.%20demetrio%20falero&f=false.
  2. Страбон. География в 17 книгах Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine / Перевод Г. А. Стратановского. Л.: Издательство Академии наук СССР, 1950, s. 378.
  3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 210–211.
  4. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 212.
  5. Georgius Sinkellus. Ecloga chronographica. Press, 2002, p. 518.