Fəranək Fərid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fəranək Fərid
Təxəllüsü İpək
Doğum tarixi
Doğum yeri İran, Təbriz
Fəaliyyəti şairə, tərcüməçi, ictimai fəal

Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi.[1][2]

Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb.[1][2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur.[1][2]

Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.[1][2]

Fəranək Fərid 1985-ci ildən başlayaraq ictimai-mədəni, o cümlədən qadın hüquqları sahəsində aktiv fəaliyyətə qoşulub. O, dünyanın müxtəlif ölkələrində qadın hüquqları ilə bağlı beynəlxalq konfrans və seminarlarda iştirak etmişdir. 2004-cü ildə dərc olunmağa başlayan və 2007-ci ildə nəşrini dayandıran "Dilmanc" aylıq dərgisi Fəranək Fəridin əməkdaşlıq etdiyi jurnallar içərisində xüsusi yer tutur. O, "Dilmanc" jurnalında qadın problemləri ilə bağlı özəl buraxılışların baş redaktoru vəzifəsində işləyib.[1][2]

Fəranək Fərid 2010-cu ildə Nyu-Yorkda BMT-nın 54-cü Qadın Hüquqları Komissiyasının iclasına qatılmış, İran panelində qadın problemi mövzusunda məruzə etmişdir. Həmçinin ictimai fəal 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurudulmasına qarşı təşkil olunan nümayişdə iştirak etdiyi üçün 42 gün həbsdə saxlanılmışdır. Daha sonra 100 milyon tümən kəfil ödəyərək azadlığa buraxılıb. İnqilab məhkəməsində nizama qarşı əks təbliğat aparmaq ittihamı ilə məhkum edilib. Franək FəridəüÜç ay bir gün həbs, bir milyon tümən nağd pul cəriməsi kəsilib.[1][2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Esmira Fuad. "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Fəranək Fərid İpək" (Azərbaycan). edebiyyatqazeti.az. 2018-11-27 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).