Elyanora Plantagenet (Kastiliya kraliçası)
Elyanora Plantagenet | |
---|---|
sentyabr 1170 – 5 oktyabr 1214 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | sentyabr 1161 |
Vəfat tarixi | 31 oktyabr 1214 (53 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | consort[d] |
Atası | II Henri Plantagenet[1] |
Anası | Elyanora (Akvitaniya hersoqinası)[1] |
Uşaqları |
|
Ailəsi | Plantagenetlər |
Vikianbarda əlaqəli mediafayllar |
Elyanora Plantagenet (isp. Leonor Plantagenet; sentyabr 1161 – 31 oktyabr 1214, Burqos, Kastiliya və Leon) — Kastiliya kralı VIII Alfonsonun xanımı, Kastiliya kraliçası. Eyni zamanda İngiltərə kralı II Henrinin qızıdır.[2]
Təxminən 1161-ci ildə Normandiyanın Domfront kommunasında dünyaya gəldi. Atası İngiltərə kralı II Henri, anası isə Akvitaniya hersoqinası Elyanora idi. Anası daha öncə Fransa kralı VII Lüdoviklə evlənmişdi və bu evlilikdən onun 2 bacısı vardı.[3]
1170-ci ildə 9 yaşlı Elyanora siyasi məqsədlərlə 15 yaşlı Kastiliya kralı VIII Alfonso ilə evləndirildi. Bu yolla atası Akvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.
1200-cü illərin əvvəlində əri VIII Alfonso Qaskoniya mülkünü xanımının cehizi olduğunu irəli sürərək haqq iddia etdi. Bu iddia VIII Alfonsonun 1205-ci ildə xanımı adına bölgəni işğal etməsiylə nəticələndi. Ertəsi il qardaşı I Con sülh müzakirələrinə başladı və bacısının cehizi tam ödənilənədək bölgənin işğalına göz yumdu. 1208-ci ildə cehiz tam ödənildi və Kastiliya ordusu Qaskoniyadan çəkildi.
Dini məsələlərlə yaxından məşğul oldu. 1179-cu ildə Toledoda Müqəddəs Tomas Beket adına bir məqbərə inşa etdirdi. Sonrakı illərdə ailəsindən gələn şəxslərin dəfn yeri olacaq Burqosdakı Las Uelqas monastrı və ona bağlı xəstəxana binası də məhz onun tərəfindən inşa edilmişdir.
Ərinin 1214-cü ildə vəfatının ardından 10 yaşlı oğlu Henri taxta çıxarıldı və mərhum kralın vəsiyyətinə əsasən Elyanora kral naibəsi təyin olundu. Ancaq ərinin ölümündən sonra səhhəti pisləşdi. Dövlət işlərini böyük qızı Berenqariyaya həvalə etsə də, bu saray əyanları tərəfindən xoş qarşılanmadı.[4] Çox keçmədən ərinin ölümündən cəmi 26 gün sonra 31 oktyabr 1214-cü ildə vəfat etdi. Cənazəsi Burqosda inşa etdirdiyi Las Uelqas monastrına dəfn olundu.
Övladları
[redaktə | mənbəni redaktə et]- Berenqariya
- Sanço (5 aprel 1181 - 26 iyul 1181)
- Sança (20 mart 1182 - 16 oktyabr 1185)
- Henri (20 mart 1182 - yanvar 1184)
- Ferdinand (yanvar 1184 - 1184)
- Urraka
- Blanş
- Ferdinand (29 sentyabr 1189 - 14 oktyabr 1211)
- Mafalda (1191-1204)
- Elyanora
- Konstansa (1202-1243)
- I Henri
Mənbə
[redaktə | mənbəni redaktə et]- Andrews, J.F. (2023) The Families of Eleanor of Aquitaine: A Female Network of Power in the Middle Ages (The History Press, ISBN 9781803991214
- Bowie, Colette (2014), The Daughters of Henry II and Eleanor of Aquitaine (Brepols, ISBN 978-2-503-54971-2
- Gillingham, John (2005). "Events and Opinions: Norman and English Views of Aquitaine, c.1152–c.1204". In Bull, Marcus; Léglu, Catherine (eds.). The World of Eleanor of Aquitaine: Literature and Society in Southern France between the Eleventh and Twelfth Centuries. Woodbridge: Boydell Press. ISBN 1-84383-114-7
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Kindred Britain.
- ↑ Fraser, Antonia (2000). The Middle Ages, A Royal History of England. University of California Press. ISBN 0-520-22799-9
- ↑ Wheeler, Bonnie; Parsons, John Carmi (2002). Eleanor of Aquitaine: Lord and Lady. Palgrave Macmillan. ISBN 0-230-60236-3
- ↑ Shadis, Miriam (2010). Berenguela of Castile (1180–1246) and Political Women in the High Middle Ages. Palgrave Macmillan. ISBN 978-0-312-23473-7