Edvard Andrade
Edvard Andrade | |
---|---|
Edvard Andrade Nevil da Kosta | |
Doğum tarixi | |
Doğum yeri | İngiltərə, London |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | İngiltərə |
Milliyyəti | ingilis |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | professor |
İş yerləri |
|
Təhsili | London Universiteti (1907) |
Tanınır | ingilis fiziki, professor |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Edvard Andrade (27 dekabr 1887[2][3], London[4] – 6 iyun 1971[2], London) – İngilis fizik.
Həyatı
[redaktə | mənbəni redaktə et]London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir. Həmin ildə A. və E.Rezerford qamma-şüalarının difraksiyasını aşkar etmiş və bununla onların elektromaqnit təbiəti isbat olunmuşdur. [5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-a.html.
- ↑ 1 2 Edward Neville da Costa Andrade // Annuaire prosopographique : la France savante. / red. B. Delmas 2009.
- ↑ Храмов Ю. А. Физики (rus.). / под ред. А. И. Ахиезер 1983. С. 16.
- ↑ Deutsche Nationalbibliothek Record #116306939 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491. ISBN 978-9952-441-02-4.