Dermatoveneroloq
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dermatoveneroloq — dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşmış həkim.
Qısa məlumat
[redaktə | mənbəni redaktə et]Dermatoveneroloq ixtisasına sahib olan həkimlər dəri və zöhrəvi, yəni dəri xəstəlikləri və cinsi yolla yoluxan xəstəlikləri müalicə edirlər. Dermatoveneroloq sözü dermatoloq və veneroloq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dermatoloq dedikdə dəri həkimi veneroloq dedikdə isə zöhrəvi xəstəlikləri həkimi nəzərdə tutulur. Adətən dermatoloq və veneroloq eyni həkim olduğu üçün onlara dermatoveneroloq deyə müraciət edirlər. Azərbaycan və Türkiyədə 4 illik rezidentura təhsilindən sonra dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşan həkimlərə Dermatoveneroloq ixtisası verilir.
Verdiyi xidmətlər
[redaktə | mənbəni redaktə et]Dermatoveneroloqların xəstələrə verdiyi xidmətlər spektrumu çox genişdir. Bu ixtisas sahiblərinin müayinə və müalicə etdikləri xəstəlik çeşidləri digər tibb ixtisas sahibləri ilə müqayisədə daha genişdir.
Dermatoveneroloqların verdiyi xidmətlər:
- Dəri cərrahiyyəsi
- Pediatrik dermatologiya
- Kosmetik və estetik dermatologiya
- Dermatopatologiya
- Venerologiya
- Dermato-onkologiya