Devid Marplz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Devid Marplz
David Roger Marples
Doğum tarixi 17 oktyabr 1952(1952-10-17)[2] (72 yaş)
Vətəndaşlığı Kanada
Elm sahələri Rusiya tarixi, tarix[1], siyasət[1], Nüvə qəzaları[1], siyasi tarix[1]
Elmi dərəcəsi
Elmi adı Professor
İş yeri Alberta Universiteti
Təhsili
Tanınır Belarus, Rusiya və Ukraynanın tarixi və müasir siyasəti
Mükafatları Belarusian Democratic Republic 100th Jubilee Medal

Devid Rocer Marplz (ing. David Roger Marples; 17 oktyabr 1952[2]) — kanadalı tarixçi və Alberta Universitetinin Tarix və Klassika fakültəsinin professorudur. O, Belarus, RusiyaUkraynanın tarixi və müasir siyasəti üzrə ixtisaslaşmışdır.[3]

Marplz 1975-ci ildə London Universitetinin bakalavr proqramını fərqlənmə ilə bitirmiş. 1980-ci ildə Alberta Universitetindən tarix üzrə magistr, 1985-ci ildə Şeffild Universitetindən iqtisadi və sosial tarix üzrə fəlsəfə üzrə doktoru dərəcəsini almışdır. Dissertasiya mövzusu "1944-1951-ci illərdə Qərbi Ukraynada kənd təsərrüfatının kollektivləşdirilməsi" olmuşdur.[4]

Marplz 1991-ci ildə Alberta Universitetində fəaliyyətə başlamışdır. Daha əvvəl Almaniyanın Münhen şəhərində Azadlıq Radiosunun Ukrayna xidmətində tədqiqatçı kimi çalışmışdır.

Marplz, Şimali Amerika Belarus Tədqiqatları Assosiasiyasının keçmiş prezidenti (2010–2015)[5] (2010–15) və Alberta Universitetində Ukrayna Araşdırmaları İnstitutunda Stasyuk adına Müasir Ukrayna Proqramının sabiq direktorudur (2004–2014).[6] 2014-cü ildə o, Yaponiyanın Hokkaydo Universitetində Slavyan və Avrasiya Tədqiqat Mərkəzində dəvətli professoru kimi çalışmışdır. Alberta Universitetinin Kaplan adlına Tədqiqatda Mükəmməlliyə görə mükafat (2003) və ali məktəbin ən yüksək mükafatı olan Universitet Kubokuna (2008) layiq görülmüşdür.

O, Çernobıl nüvə fəlakəti (xüsusilə sosial və siyasi aspektləri),[7] Belarusdakı Lukaşenko rejimi və çağdaş Ukrayna üzrəya aparıcı Qərb alimlərindən biri hesab olunur. Onun araşdırma mövzularına Şərqi Avropada 20-ci əsrdə baş vermiş böyük hadisələr - Rusiya inqilabı, Qolodomor, stalinizmSSRİ-nin süqutu daxildir. Öz işlərində 1937-1941-ci illərdə Belarusda NKVD tərəfindən həyata keçirilmiş kütləvi edamlar, Kurapatıdakı kütləvi məzarlar, Ukrayna millətçiliyi, Stepan Bandera kimi mövzulara da toxunmuşdur.

Marplz Belarus, RusiyaUkrayna ilə bağlı bir sıra media orqanlarına və analitik platformalara yazır: Edmonton Journal, Topchubashov Center,[8] Kyiv Post,[9] Moscow Times,[10] Eurasia Daily Monitor,[11] Open Democracy[12], Politicon[13].

  • Hiroshima-75: Nuclear Issues in Global Contexts (Stuttgart: Ibidem Verlag, 2020). Co-edited with Aya Fujiwara. 306 pp.
  • Ukraine in Conflict: An Analytical Chronicle (Bristol, UK: E-International Relations publishing, 2017). 222 pp. ISBN 9781910814291
  • Ukraine's Euromaidan: Analyses of a Civil Revolution in Ukraine. Co edited with Frederick V. Mills. Stuttgart Germany: ibidem Verlag and Columbia University Press, 2015. 285 pp. Şablon:ISBN missing
  • Our Glorious Past': Lukashenka's Belarus and the Great Patriotic War (Ibidem-Verlag, Hannover, Germany, 2014) ISBN 9783838205748
  • Holodomor: Causes of the Famine of 1932-1933 in Ukraine (Heritage Press, 2011) Şablon:ISBN missing
  • Russia in the Twentieth Century: the Quest for Stability (Harlow, UK: Pearson-Longman, 2011), 410 pp. Şablon:ISBN missing
  • Heroes and Villains: Creating National History in Contemporary Ukraine (Budapest and New York: Central European University Press, 2007 cloth, 2008 paperback. Şablon:ISBN missing
  • The Lukashenka Phenomenon: Elections, Propaganda, and the Foundations of Political Authority in Belarus (Trondheim, Norway: Trondheim Studies on East European Cultures and Societies, No. 21, 2007). Şablon:ISBN missing
  • Prospects for Democracy in Belarus (Washington, DC: GMFUS-Heinrich Boll, 2006) [Co-edited with Joerg Forbrig and Pavol Demes]. Second revised edition published later in the same year. Şablon:ISBN missing
  • The Collapse of the Soviet Union, 1985-1991 (Harlow, Essex: Pearson Education-Longman, 2004) Şablon:ISBN missing
  • Motherland: Russia in the 20th Century (London: Longman, 2002) Şablon:ISBN missing
  • Lenin's Revolution: Russia 1917-1921 (London: Wesley, Addison, and Longman, 2000) Şablon:ISBN missing
  • Belarus: A Denationalized Nation (Amsterdam: Harwood Academic Publishers, 1999) Şablon:ISBN missing
  • Nuclear Energy and Security in the Former Soviet Union (Boulder, CO: Westview Press, 1997) [co-edited with Marilyn J. Young] Şablon:ISBN missing
  • Belarus: From Soviet Rule to Nuclear Catastrophe (Basingstoke, UK: Macmillan Press; New York, N.Y.: St. Martin's Press; and Edmonton, AB: The University of Alberta Press, 1996).
  • Stalinism in Ukraine in the 1940s (London: The Macmillan Press, 1992)
  • Ukraine Under Perestroika: Ecology, Economics, and the Workers' Revolt (London: The Macmillan Press, 1991)
  • The Social Impact of the Chernobyl Disaster (London: The Macmillan Press, 1988)
  • Chernobyl & Nuclear Power in the USSR (London: The Macmillan Press, 1987).

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Marplz Alberta Universitetinin Yaponiya Mərkəzinin direktoru Aya Fucivara ilə evlidir. Onun Karlton, Kilan (hər ikisi ilk evliliyindən), Akiko və Kaella adlı dörd övladı var.[14][15][16]

  1. 1 2 3 4 5 6 7 8 Marples, David R. // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
  3. "Archived copy". 2015-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-08.
  4. Marples, David Roger. Colectivization of agriculture in Western Ukraine 1944-1951. ethos.bl.uk (Tezis). University of Sheffield. 1985. Şablon:EThOS. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  5. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  6. "Arxivlənmiş surət". 2015-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  7. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  8. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  9. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  10. "Arxivlənmiş surət". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  11. "Arxivlənmiş surət". 2017-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  12. "Arxivlənmiş surət". 2018-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  13. "Poroşenko: ikinci dəfə prezident seçilmək istəyən oliqarx". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
  14. "Marples' blog". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  15. "Marples on Twitter". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  16. "Marples Facebook page". 2019-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.