Birdişicikli yemişan
Birdişicikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Birdişicikli yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İstiyə, soyuğa və rütubətə davamlıdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqazda, Naxçıvan MR təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ (f.stricta) piramidal çətirli; sallaq (f.pendula), çəhrayı sallaq (f.rosea pendula); al qırmızı (f.punicea); çəhrayı (f.rosea), ağ zolaqlı; ağ çoxləçəkli (f. albo-plena); qırmızı çoxləçəkli (f. rubra-plena); həmişə çiçəkləyən (f. semperflorens) və s. bağ formaları vardır. Bağ formaları tək əkinlərdə ön planda, qruplarda və sıra əkinlərində istifadə edilir.