Bild

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bild
Loqonun şəkli
Növ Gündəlik tabloid, bazar və ictimai bayramlardan başqa
Format Broadsheet
Sahibi Aksel Sezar Şpringer
Təsisçi
Nəşriyyat Axel Springer SE
Baş redaktor
  • Johannes Boie[d] (2021–)
Redaktor Culian Rayxelt
Yaranma tarixi 1952
Siyasi mənsubiyyət Populism, Mühafizəkarlıq
Dil alman
Baş ofis Berlin
Ölkə Almaniya
Tiraj 2,500,000
bild.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet.[1]

1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s. xüsusi buraxılışları çap olunur.[1]

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 35–36. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]