Bitkilərin işıq rejimi
Bitkilərin işıq rejimi - müxtəlif bitki növlərində müxtəlif formada özünü göstərir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Müxtəlif bitkilərin işıq rejimi müxtəlif formada özünü göstərməkdədir. Belə ki, mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az şüaəksetdirmə qabiliyyətinə malikdir və nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. Kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir.
Bitkilərin işıq rejimini şəraitinə görə
[redaktə | mənbəni redaktə et]Bitkilər işıq rejimi şəraitinə tələbatına görə aşağıdakı ekoloji qruplara bölünür:
1. Heliofitlər və ya işıqsevən bitkilər-buraya açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətləridir.
2. Ssiofitlər və ya kölgəsevər bitkilər–kölgəli meşələrin alt yarusunun, mağara və dərin suların bitkiləri aiddir. Bu bitkilər düz günəş şüalarının güclü işıqlanmasına pis tab gətirir. Şimal enliyarpaqlı və tünd iynəyarpaqlı meşələrin sıx çətri cəmi 1-2% FAR keçirə bilərək onun spektral tərkibini dəyişir. Bu meşələrin ssiofitlərindən yaşıl mamırları, adi dovşan kələmi və armudgülünü misal göstərmək olar. Ssiofitlər heliofitlərə nisbətən yarpaqlarında az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da aşağıdır, bunlarda xlorofil də az olur. Kölgəsevən ağaclara küknar, ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar.
3. Kölgəyə davamlı bitkilər-bu və ya digər dərəcədə kölgələnməyə dözür, işıqda da yaxşı bitir: bu bitkilər işıqlanma şəraitinin dəyişməsilə özünü dəyişdirə bilir. Bu qrupa bəzi çəmən bitkiləri, meşəaltı otlar və kollar, meşə talalarında, kənarlarında, qırıntı sahələrində bitən bitkiləri aid etmək olar.[1]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi, Bakı;2005