Betti Vilyams

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Betti Uilyams
ing. Betty Williams
Vilyams 1996-cı ildə
Vilyams 1996-cı ildə
Doğum tarixi 22 may 1943(1943-05-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 mart 2020(2020-03-17)[3] (76 yaşında)
Vəfat yeri
Həyat yoldaşları Ralf Vilyams (boşanıb)
Ceyms Perkins
Milliyyəti Şimali İrlandiyalı
Təhsili Müqəddəs Dominik Qızlar üçün məktəb,Belfast
Fəaliyyəti aktivist,humanist
Tanınır Nobel Qadın Laureatlarının Təşəbbüsü cəmiyyətinin həmtəsisçisi
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1976-cı il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elizabet Uilyams (ing. Betty Williams; 22 may 1943[1][2][…], Belfast17 mart 2020[3], Belfast) — Şimali İrlandiyalı sülh fəalı.

1976-cı ildə Şimali İrlandiya konfliktinin sülh yolu ilə həllinə həsr olunmuş təşkilat Barış İnsanları Cəmiyyətinin həmtəsisçisi olduğu üçün 1976-cı ildə Nobel Sülh mükafatını Meyrid Korriqan ilə birlikdə alıb.

Uilyams Qlobal Uşaq Fonduna rəhbərlik edirdi və Uşaqlar Üçün Dünya Şəfqət Mərkəzinin prezidenti idi. O,eyni zamanda Vaşinqtonda Asiya Demokratiya İnstitutunun sədri idi.[4] Barış,təhsil,mədəniyyətlər və dinlərarası anlaşma,ekstremizmlə mübarizə və uşaq hüquqları mövzularında geniş mühazirələr oxuyub.

Uilyams,2000-ci ildən bəri hər il keçirilən Nobel Sülh mükafatı Summitinin qurucu üzvü idi.[5]

2006-cı ildə Uilyams,Nobel Sülh mükafatı laureatları olan Meyrid Korriqan,Şirin Ebadi,Vanqari Maatayi,Codi Vilyams və Riqoberta Mençu Tum ilə birlikdə Nobel Sülh mükafatı laureatlarının Qadın Təşəbbüsünün qurucusu oldu. Şimali və Cənubi Amerika,Orta Şərq,Avropa və Afrikanı təmsil edən bu altı qadın,təcrübələrini ədalət və bərabərliklə barışıq üçün birləşmiş səydə bir araya gətirdi.[6] Nobel Qadın Laureatlarının Təşəbbüsünün məqsədi dünyada qadın hüquqlarının dəstəklənməsi istiqamətində görülən işlərin gücləndirilməsinə kömək etməkdir.[7]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Uilyams 22 may 1943-cü ildə Şimali İrlandiyanın Belfast şəhərində anadan olub. Atası qəssab,anası evdar qadın idi. Betti ilk təhsilini Belfastdakı Müqəddəs Teresa ibtidai məktəbində almış və daha sonra Müqəddəs Dominikin Qızlar məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra,ofis qeydiyyatı işinə başladı.[4]

Şimali İrlandiyada nadir hallarda görünən, atası protestant,anası katolik olan bir ailədə böyümüşdü. Bu ailədə böyüməsi gələcəkdə Uilyamsın dini tolerantlığı və onu sülh üçün çalışmağa sövq edən geniş bir görüş əldə etməyinə rəvac verdi. 1970-ci illərin əvvəllərində,protestant keşişinin rəhbərliyi ilə şiddətə qarşı mübarizə kampaniyasına qatıldı. Vilyams bu təcrübə nəticəsində keçmiş müxaliflərdən ibarət sülh qrupları yaratmağa,etimad gücləndirmə tədbirlərini tətbiq etməyə və təməl sülh prosesinin inkişafına yönəlmiş öz sülh hərəkatını qurmağa başladı.[4]

Sülh petisiyası

[redaktə | mənbəni redaktə et]
Vilyams 1978-ci ildə

Uilyams 10 avqust 1976-cı ildə üç uşağın ölümünə,sürücüsü,Müvəqqəti İrlandiya Respublikası Ordusu hərbçisi Denni Lennonun idarə etdiyi avtomobil onları vurduqda,Kinqs Own Royal Sərhəd alayının bir əsgəri cavab atəşi ilə ölümcül şəkildə vurulmasına,şahid olduqdan sonra ictimai arenaya çəkildi.[8] Evinə doğru getdikdə 3 Maquyar uşağının sürüşən maşın tərəfindən əzildiyini gördü və köməyə tələsdi. Uşaqları ilə birlikdə olan anaları Anne Maquyar,nəticədə 1980-ci ilin yanvarında öz həyatını itirdi.[9]

Uilyams hadisədən o qədər təsirləndi ki, faciəli hadisədən iki gün sonra,barış üçün olan müraciətdə 6.000 imza topladı və geniş medianın diqqətini çəkdi. Meyrid Korriqan ilə birlikdə Sülh naminə Qadınlar təşkilatını qurdu; daha sonra Kayran Makkeoun ilə birlikdə bu təşkilatı Barış İnsanları Cəmiyyətinə çevirdi.[10]

Uilyams qısa müddətdə,10.000 protestantkatolik qadının qatıldığı,öldürülən uşaqların məzarlarına barış yürüşü təşkil etdi. Lakin dinc yürüş İrlandiya Respublikası Ordusu (IRA) üzvləri tərəfindən onlar "İngilislərin fırıldaqçıları" olmaqda günahlandırılaraq şiddətlə pozuldu.[11] Növbəti həftə Vilyams Ormeau Parkda — bu dəfə 20.000 iştirakçı ilə,insidentsiz uğurla başa çatan başqa bir yürüşə rəhbərlik etdi.[9]

O zaman Vilyams aşağıdakıları elan etdi:[9]

Sülh bəyannaməsi

[redaktə | mənbəni redaktə et]

Sülh İnsanlarının ilk Bəyannaməsi:

  • Bu Sülh Hərəkatından dünyaya sadə bir mesajımız var.
  • Yaşamaq,sevmək,ədalətli və dinc bir cəmiyyət qurmaq istəyirik.
  • Uşaqlarımız üçün,özümüz üçün,evdə,işdə və digər aspektlərdə həyatımızın sevinc və barış içində olmasını istəyirik.
  • Bilirik ki,belə bir cəmiyyət qurmaq üçün fədakarlıq,zəhmət və cəsarət tələb olunur.
  • Cəmiyyətimizdə münaqişə və zorakılıq mənbəyi olan bir çox problemin olduğunu etiraf edirik.
  • Hər atılan güllənin və hər partladılan bombanın bu işi daha da çətinləşdirdiyini bilirik.
  • Bomba və güllə istifadəsini,insanlara,canlılara zərər verən partlayıcı texnikaları rədd edirik.
  • Biz özümüzü,bildiyimiz faciələrdən uzaq tutmaq,dinc cəmiyyət qurmaq üçün yaxın və uzaq qonşularımızla birgə günbəgün işləməyə həsr etməliyik.[12]

Nobel sülh mükafatı

[redaktə | mənbəni redaktə et]
Betti Vilyams Nobel Sülh mükafatını aldığı müddətdə

Barış və sülhün təmin edilməsində göstərdikləri səylərə görə Vilyams,dostu Meyrid Korriqan ilə birlikdə 1977-ci ildə Nobel Sülh mükafatının (1976-cı il mükafatı) birgə alıcıları oldular. Qəbul nitqində Vilyams dedi:

Bu ilk həftə həmişə Sülhü sevən insanların dünyaya gəlməsindən əlavə,başqa bir şey üçün xatırlanacaqdır. Ən yaxından iştirak edənlər üçün o həftənin ən güclü xatirəsi gənc bir respublikaçının ölümü və ölən kişinin avtomobilinin vurduğu üç uşağın ölümü idi. Davam edən zorakılıqdan doğan dərin məyusluq hissi,10 avqust 1976-cı il,günəşli günortadan sonra baş verən faciəli hadisələrdən əvvəl özünü büruzə verdi. Ancaq bu dörd gəncin dəhşətli zorakılıq anında ölümü,bu xəyal qırıqlığına səbəb oldu və həqiqi sülh hərəkatı imkanı yaratdı …Bizə gəlincə, son səkkiz ildə hər ölüm və indiyə qədər aparılan hər müharibədəki hər ölüm,boşa verilmiş həyatı təmsil edir,anaların əməyi boşa çıxdı.[13]

Sülh mükafatının pulu Vilyams və Korriqan arasında bərabər bölündü. Uilyams,ona düşən madiyyatın İrlandiyadan kənarda sülhü inkişaf etdirmək üçün istifadə edəcəyini bildirdi, lakin qərarına görə bir çox tənqidlərlə qarşılaşdı. 1976-cı ildən sonra Korriqanla heç bir əlaqəsi olmayıb. 1978-ci ildə Vilyams Barış İnsanları hərəkatı ilə əlaqələrini kəsdi və bunun əvəzinə dünyanın digər bölgələrində sülh uğrunda fəaliyyətlərini davam etdirdi.[14]

Digər mükafatları

[redaktə | mənbəni redaktə et]

Vilyams 1976-cı ildə Norveç Xalqı Sülh Mükafatını,Fədakarlıq və cəsarət medalını,Martin Lüter Kinq mükafatını,1984-cü ildə Eleonora Ruzvelt mükafatını və Frankın əsasını qoyduğu Uşaq Baxımı Beynəlxalq Oliver mükafatını aldı. 1995-ci ildə Rotari Klub Beynəlxalq "Paul Harris Fellouşip" və Barış üçün Birlik mükafatını aldı.[4]

Söhbətləri və mühazirələri

[redaktə | mənbəni redaktə et]
Vilyams mart,2009-cu ildə

2006-cı ildə Brisbendə keçirilən Yer kürəsi ilə bağlı çıxışlarında Uilyams,İraq müharibəsindəki itkilər ilə bağlı çıxışı zamanı auditoriyaya "Hazırda Corc Buşu öldürmək istərdim" dedi.[15] 17–20 sentyabr 2007-ci il tarixində Vilyams Cənubi Kaliforniya Universitetində bir sıra mühazirələr oxudu: 18 sentyabrda Orange County akademik icmasına "Dünyada Sülh Hamının işidir" adlı mühazirəsini oxudu; 20 sentyabrda Amerikanın Soka Universitetində 1100 ikinci kurs tələbəsi də daxil olmaqla 2232 nəfərliki geniş ictimaiyyət qarşısında mühazirə oxudu.[16] 2010-cu ildə Torontoda, WE Day uşaqlara kömək edən dünyanın ən böyük beynəlxalq təşkilatlar şəbəkəsi olan Uşaqlara Azadlıq (ing. WE Charity) təşkilatlarında tələbələrə,uşaqlara öz icmaları daxilində və dünyada fəal olmağı təmin edən bir WE Xeyriyyəçilik tədbirini keçirdi.[17]

mart 2011-ci ildə 200 nəfərlik bir auditoriya qarşısında Bredford Universitetində çıxış edən Uilyams,kampusdakı gənc müsəlman qadınların qəzəbli ailə üzvlərinin hücumlarına qarşı həssas olduqlarını xəbərdar etdi,universitetin isə onları qorumaq üçün az köməklik göstərdiyini bildirdi. "Bu şəhərcikdə kimsə olsaydı,bu gənc qadınlar "Qorxuram" deyə bilərdilər — düşünmürsən ki,burada bu gənc qadınlara köməklik etmədən onları insanlıqdan çıxara bilərsən?"[18]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Nobel sülh mükafatını aldığı vaxt Vilyams bir dəvətdə idi və iki övladının olduğu,Ralf Uilyamsla olan ilk evliliyi davam edirdi. Boşandıqdan sonra,1982-ci ilin dekabrında,onun qızlarından bir ilə tətildə Disney World-də görüşdükdən sonra,Ceyms Perkins ilə evlənib və ABŞ-nin Florida şəhərində yaşamağa başlayır.[9]

2004-cü ildə,yaşamaq üçün Şimali İrlandiyaya qayıdır. Vilyams 17 mart 2020-ci ildə 76 yaşında Belfastda vəfat etdi.[19][20][21]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Nickelback in "If Everyone Cared" sinqılının klipi Betti Vilyamsa həsr olunub.[22]

Əlcəzair əsilli fransız müğənnisi Enriko Masias tərəfindən səsləndirilən "Deux Femmes à Dublin" adlı fransız musiqisi Betti Vilyams və Meyrid Korriqana həsr olunub.

  1. 1 2 Betty Williams // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Betty Williams // FemBio database (alm.).
  3. 1 2 E' morta Betty Williams, premio Nobel e ideatrice della Città della Pace (it.).
  4. 1 2 3 4 "Betty Williams". NobelPrize.org. 21 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
  5. "14th Nobel Peace Laureate Summit takes place in Rome". Anadolu. AA. 12 December 2014. 5 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
  6. Karin Klenke. Women in Leadership: Contextual Dynamics and Boundaries. Emerald Group Publishing. 27 April 2011. səh. 231. ISBN 978-0-85724-561-8. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2012.
  7. "Betty Williams". PeaceJam.org. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  8. "Troubles became rallying cry". 11 March 2009. 29 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2020 – news.bbc.co.uk vasitəsilə.Williams, Betty. "'Each Child Belongs to Us': A New way forward for children of the world". Peace Proposal. 15 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 February 2011. Provisional I.R.A., on a mission to kill British soldiers, opened fire from the back of a speeding car on an Army foot patrol. They missed. The foot patrol returned fire killing the driver of the car, a young man named Danny Lennon.
  9. 1 2 3 4 "Betty Williams, winner of the Nobel Peace Prize for her work in Northern Ireland – obituary". Telegraph.co.uk. 19 March 2020. 19 March 2020 tarixində arxivləşdirilib.
  10. Badge, Peter. Turner, Nikolaus (redaktor). Nobel Faces: A Gallery of Nobel Prize Winners. Weinheim: Wiley-VCH. 2008. səh. 474. ISBN 978-3-527-40678-4. İstifadə tarixi: 9 March 2011.
  11. Nobel Peace Laureates Conference Arxiv surəti 16 sentyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 16 sentyabr 2011 at the Wayback Machine
  12. "The Peace People Declaration". 9 September 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 August 2005.
  13. "Gifts of Speech – Betty Williams". gos.sbc.edu. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  14. Betty Williams obituary, The Guardian, 20 March 2020 Arxivləşdirilib 30 yanvar 2021 at the Wayback Machine. Retrieved 23 March 2020
  15. McDonald, Annabelle. "Nobel Peace Laureate: "I Would Love To Kill George Bush"…". HuffPost. The Australian. 28 March 2008. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  16. ""Peace in the World is Everybody's Business" by Betty Williams". Soka University of America. 20 September 2007. 24 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  17. "Students gather at ACC for 'We Day' celebration". CTV News. 30 September 2010. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2020.
  18. Greenhalf, Jim. "Bradford University is told it must do more to stop attacks on the vulnerable Muslim women". Telegraph & Argus. Newsquest. 4 March 2011. 10 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2011.
  19. "E' morta Betty Williams, premio Nobel e ideatrice della Città della Pace". 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  20. "Il ricordo E' morta Betty Williams. Portò in Basilicata la Città della pace per i bambini". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  21. "Betty Williams: Peace activist dies aged 76". BBC News. 18 March 2020. 29 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.
  22. "Nickelback donates video sales to charity". UPI.com. 29 January 2007. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]