Barei

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barei
Barei 2016-cı ildə
Barei 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Barbara Reysabal Qonsales-Ayer
isp. Bárbara Reyzábal González-Aller
Ləqəbi Barei
Doğum tarixi (42 yaş)
Doğum yeri Madrid, İspaniya
Vətəndaşlığı  İspaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2011-ci ildən
Janr
Musiqi alətləri vokal, piano, gitara
Albom şirkəti Universal Music Spain
bareimusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Bareiİspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Karyeranın başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura PauziniLara Fabianın mahnılarını ifa edərək başlamışdır. 2011-ci ildə o, "Abrazo del tiempo" mahnısı ilə İspaniyada keçirilən Benidorm Beynəlxalq Mahnı festivalında Dos Puntos duetinin üzvü olaraq iştirak etmişdir. O, Qonsalo Nuçe ilə birlikdə ifa etdiyi mahnı ilə festivalda ikinci yerə layiq görülmüşdür. Festivalda iştirakdan qısa zaman sonra Barbara ABŞ-nin Florida ştatının Mayami şəhərinə köçmüş və orada Latın pop janrında olan bir neçə mahnı yazdırtmışdır. Lakin ifaçı daha sonra həmin mahnıları heç vaxt ictimaiyyətə təqdim etməmək qərarına gəlmişdir. Madridə geri döndükdən sonra o, müxtəlif konsert zallarında çıxış etməyə başlamışdır.

2011–2014: Billete para no volver albomu

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Barbara səhnə adı olan Bareini qazandıqdan sonra ifaçının Billete para no volver adlı debüt albomu işıq üzü görmüşdür. Albomda yer alan bütün mahnılar ispan dilində olmuşdur. Lakin albomun təqdimatından sonra Barei zaman-zaman ingilis dilində sinqllar buraxmağa başlamışdır. Onun ingilis dilində ilk sinqlı 2012-ci ilin oktyabr ayında buraxdığı "Play" olmuşdur. İfaçının 2013-cü ildə təqdim olunan "Foolish NaNa" mahnısı İspaniyada hitə çevrilmişdir. Həmin ildə "Another's Life" sinqlına çəkdirdiyi videoklip 600,000 və 2014-cü ildə isə "Wildest Horses" sinqlına çəkilən videoklip Youtube-da 1.5 milyondan artıq baxış sayı qazanmışdır.

2015–2016: Throw the Dice albomu

[redaktə | mənbəni redaktə et]

Bareinin ikinci studiya albomu Throw the Dice 2015-ci ilin aprel ayında işıq üzü görmüşdür. Albom Britaniya və Amerikanın pop, fank və soul janrlarından ilhamlanan mahnılarla zəngin olunmuşdur. Albomda eyni zamanda ifaçının ötən iki il ərzində buraxdığı ingilis dilli mahnılar da ("Foolish NaNa", "Another's Life" and "Wildest Horses") yer almışdır.

2015-ci ilin sentyabr ayında Bareinin yeni sinqlı "Time to Fight" təqdim olunmuşdur. Mahnı Barei və Fernando Montesinosun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. 2015-ci ildə ifaçı eyni zamanda başqa müğənnilərə də mahnılar yazmışdır. Onun Edurneyə yazdığı "La última superviviente" mahnısı Edurnenin altıncı studiya albomunda yer almışdır. Barei digər bir mahnını isə Maluya yazmış və həmin mahnı Malunun onuncu studiya albomuna daxil edilmişdir.

2016: Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin dekabr ayında İspaniyanın RTVE telekanalı Bareinin İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsi üçün keçirilən milli seçim turunda iştirak edən altı finalçıdan biri olduğunu təsdiqləmişdir. 2016-cı ilin yanvar ayında onun seçim turunda iştirak etdiyi mahnı "Say Yay!" təqdim olunmuşdur. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir. Həmin mahnı olan Barei fevralın 1-də keçirilən seçim turunda qalib gələrək İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmək hüququ əldə etmişdir.[1] İspaniyanın "Böyük Beşlik" ölkələrindən biri olması səbəbi ilə Barei birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final şousunda ifaçı "Say Yay!" mahnısı ilə 77 xal toplayaraq, 22-ci yerdə qərarlaşmışdır.

İspaniyanın Avroviziya milli seçim turundakı qalibiyyətindən sonra Barei Universal Music Spain albom şirkəti ilə anlaşma imzalamışdır. Avroviziya ərəfəsində ifaçı Throw the Dice albomunun "Say Yay!" və eyni zamanda iki yeni sinqlının da daxil edildiyi fərqli versiyasını təqdim etmişdir.

2017–hal-hazırda: Avroviziyadan sonra

[redaktə | mənbəni redaktə et]

2017-ci ilin mart ayında Barei Universal Music şirkəti ilə anlaşmasını bitirdikdən sonra ifaçının "I Don't Need to Be You" sinqlı təqdim olunmuşdur. Anti-dedovşina mövzusunda yazılan mahnı İspaniyada hit paradlarında ilk onluğa yüksələ bilmişdir. Mahnıya çəkilən videoklip Youtube-da 1.4 milyondan artıq baxış sayı qazanmışdır.

İyun və iyul aylarında Bareinin daha üç sinqlı ("Wasn't Me", "Forget It" və "Worry, Worry") buraxılmışdır. Hər üç mahnı İspaniyada hit paradlarında top 40-a daxil ola bilmişdir.

Albom adı İl
Billete para no volver 2011
Throw the Dice 2015
Mahnı adı İl
"Play" 2012
"Another's Life" 2013
"Foolish NaNa"
"Wildest Horses" 2014
"You Fill Me Up (My Yang)"
"Time to Fight" 2015
"Get Up and Go"
"Say Yay!" 2016
"I Don't Need to Be You" 2017
"Wasn't Me"
"Forget It"
"Worry, Worry"
(Porta ilə duet)
"Impulso"
(B-Fighters ilə duet)
  1. "Barei to represent Spain in Stockholm!". Eurovision.tv. 2016-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2016.
Əvvəlki:
Edurne
"Amanecer"
İspaniya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Manel Navarro
"Do It for Your Lover"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]