Baltik boğazı
Baltik boğazı | |
---|---|
rus. Валтийский пролив, alm. Pillauer-Tief | |
Ümumi məlumatlar | |
Eni | minimum 0,4 km |
Uzunluğu | 2 km |
Ən böyük dərinliyi | 12 m |
Yerləşməsi | |
54°38′28″ şm. e. 19°52′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Pillau yarımadasını Baltik burnundan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır. 1901-ci ildə boğaz ərazisində Veniqsberq dəniz kanalı inşa edilir. 1960-cı ildə kanal dərinləşdirilir. İkinci Dünya müharibəsi zamanı boğaza sahiblənmə üstündə şiddətli döyüşlər getmişdir.