Boksyor
Naviqasiyaya keç
Axtarışa keç
Alman boksyoru (alm. Deutscher Boxer)– xidməti it cinsi. Almaniyada öküz ovlamaq və onları gücdən düşənədək təqib etmək məqsədilə yetişdirilmiş bullenbeyser cinsindən alınmışdır. 1925-ci ildə rəsmi status almışdır. Qəşəng görünüşlü, əzələli, məğrur qamətli qısatüklü itdir. Yaşlı erkəklərinin cidov hündürlüyü 57–63 sm, kütləsi 30 kq-adək olur. Enli döşü, hündür cidovu var. Alnı azacıq dəyirmi, üzü bir qədər qısa, irəli çıxmış enli çənəsi və inkişaf etmiş qalın dodaqları var. Rəngi kürəndir, bəzən ağ ləkələri olur. Sədaqətli, cəsarət lidir; asan əhliləşir. Əsasən, mühafizə üçün istifadə olunur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 228. ISBN 978-9952-441-03-1.