25°41′50″ şm. e. 50°32′03″ ş. u.HGYO

Bəhreyn körfəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəhreyn körfəzi
خليج البحرين
Bəhreyn körfəzinin peyk şəkli
Bəhreyn körfəzinin peyk şəkli
Ümumi məlumatlar
Tip körfəz
Yerləşməsi
25°41′50″ şm. e. 50°32′03″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
  • İran körfəzi (Hind okeanı)
Bəhreyn körfəzi xəritədə
Bəhreyn körfəzi
Bəhreyn körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bahreyn KörfəziQətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır.

Kral Fəhd körpüsü
Bəhreyn körzəfi üzərində Kral Fəhd körpüsünün şərqdən görünüşü

Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır.[1]

Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi.[2] Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.[3] Bəhreyni Qətərə bağlamaq üçün başqa bir körpü (2012) planlaşdırılmışdır. Bunun təxminən yarısı uzunluğunda möhkəm bənd olaraq, digər yarısı isə körpü olacaq. Körpünün mövcudluğu körfəzdəki suyun dövriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.[4]

Bəhreyn körfəzi

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Qətərin sahillərində olan Havar adaları, 1997-ci ildə Ramsar sahəsi olaraq siyahıya alındı.[5] Onlar Sokotra qarabatdaq da daxil olmaqla bir çox quş növlərinə ev sahibliyi edir. Əsas adada ərəb köpgəröküzü və qum ceyranlarının kiçik sürüləri var.[6]

Bəhreyn körfəzi dayazdır və sular kiçik bir istilik qabiliyyətinə malikdir. Sular sahil ətrafında 14 ilə 35 °C arasında (57-95 °F) temperaturda böyük tərəddüdə məruz qalırlar. Su İran körfəzinin digər hissələrinə nisbətən daha çox duzludur (10%). Bəhreyn ətrafında dəniz çəmənlikləri, mərcan rifləri, bataqlıqmanqrov sıx meşəliyi yayılmışdır. Bu sahələr ərazinin bioloji müxtəlifliyi, onurğasızlar, kiçik balıqlar, dəniz tısbağasının yaşayış mühitini təmin etmək üçün vacibdir.[3]

Bəhreyn sahildə dəniz dibinin və yatağının torpaqla doldurulması ilə ərazisini genişləndirir. 1963-cü ildə Bəhreynin sahəsi 668 km2 (258 sq mi) idi və 2007-ci ilə qədər isə ərazisi 759 km2 (293 sq mi) olmuşdur. Bitişik dənizlərdəki geniş mərcan rifləri məhv edilmiş və dənizdəki artan çöküntü digərlərinə zərərli təsir göstərmişdir. 19961998-ci illərdə Bəhreyn və Qətər arasındakı Fəşt Adam rifi istilik təzyiqindən zədələnmişdi, o zamandan bəri demək olar ki, tamamilə məhv edilmişdir.[4]

  1. Philip's (1994). Atlas of the World. Reed International. pp. 86–87. ISBN 0-540-05831-9
  2. "King Fahd Causeway: History" Arxivləşdirilib 2017-10-03 at the Wayback Machine. King Fahd Causeway Authority. Retrieved 26 November 2015.
  3. 1 2 Reed Business Information (11 April 1985).  New Scientist Arxivləşdirilib 2020-01-08 at the Wayback Machine. Reed Business Information. p. 34. ISSN 0262-4079 Arxivləşdirilib 2010-02-12 at the Wayback Machine
  4. 1 2 Riegl, Bernhard; Purkis, Sam J. (2012).  Coral Reefs of the Gulf: Adaptation to Climatic Extremes Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine. Springer Science & Business Media. p. 362. ISBN 978-94-007-3008-3.
  5. Hawar Islands Protected Area: Management Plan Arxivləşdirilib 2016-09-28 at the Wayback Machine (PDF). January 2003.
  6. "Bahrain"  (PDF). Ramsar Convention. p. 12[permanent dead link]