Axım
Axım
[redaktə | mənbəni redaktə et]Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması:
- yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım;
- müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan.
Axım xəritələri
[redaktə | mənbəni redaktə et]Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir.
Axım modulu
[redaktə | mənbəni redaktə et]Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Axımın əsrlik dəyişməsi
[redaktə | mənbəni redaktə et]Müxtəlif iqlim epoxalarını əhatə edən dövrlər ərzində çayın sululuğunun dəyişməsi (məsələn, dördüncü dövr ərzində buzlaqların inkişafı və yoxa çıxması ilə əlaqədar).
Axımın həcmi
[redaktə | mənbəni redaktə et]Müəyyən vaxt ərzində hər hansı stvordan axan suyun miqdarı. Həmin vaxt ərzində orta axımı saniyələrə vurmaqla və ya keçən vaxt ərzində hiqroqrafın sahəsini təyin etməklə hesablanır, kub m və ya kub km-la ölçülür.
Axımın itməsi
[redaktə | mənbəni redaktə et]Müəyyən əraziyə düşən yağıntıların həmin ərazi ilə çaya axan suyun fərqi. Buxarlanmaya və torpağa hopmasına itirilən suyun cəminə bərabərdir.
Axımın nizamlanması
[redaktə | mənbəni redaktə et]Yamaclarda axımın maksimum zəiflədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif tədbirlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotexniki, fitomeliorativ tədbirlər həyata keçirilir, hidrotexniki qurğular tətbiq edilir.[1]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008