Ava dövləti
Tarixi dövlət | |
Ava dövləti | |
---|---|
|
|
Paytaxt | Ava (şəhər, Myanma) |
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur.[1]
Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.[1]
Feodal üsyanları, Çin qoşunlarının istilaları (1446), Arakanın müstəqillik əldə etməsi (1430) dövləti zəiflətmişdi. 1527-ci ildə Ava şanlar tərəfindən, 1555-ci ildə Avanı yeni Birma dövlətinə daxil edən Taunqu sülaləsindən Bayinnaunun qoşunları tərəfindən tutulmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Козлова М. Г. АВА Arxivləşdirilib 2023-01-10 at the Wayback Machine // Большая российская энциклопедия. Электронная версия (2016)
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "История Востока" (в 6 т.). Т. II "Восток в средние века" — М.: изд. "Восточная литература" РАН, 2002. — ISBN 5-02-018102-1.
- "История Востока" (в 6 т.). Т. III "Восток на рубеже средневековья и нового времени. XVI–XVIII вв." — М.: изд. "Восточная литература" РАН, 1999. — ISBN 5-02-017913-2.
- Mi Mi Hlaing States Hostilities in Ava Period (First Ava Period) // Mandalay University Research Journal, 2018, Vol. 9, No. 1. P.