12°43′51″ c. e. 134°35′34″ ş. u.HGYO

Arnem-Lend

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arnemland yarımadası
Yerləşməsi
12°43′51″ c. e. 134°35′34″ ş. u.HGYO
Ölkə  Avstraliya
Arnemland yarımadası xəritədə
Arnemland yarımadası
Arnemland yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Arnemland.

Arnemland (ing. Arnhem Land) — Avstraliyanın şimalıda yerləşən yarımada, ölkənin ayrıca regionlarından biri. Yarımadada Kakadu Milli Parkı yerləşir ki, oda YUNESKO-nun ümumdünya irsi siyahısındadır. İngilis dilli mənbələrdə Arnemland ancaq Avstraliyanın Şimal ərazisinin şimal-şərq bölgəsi nəzərdə tutulur. İnzibati baxımından 97 min km² ərazini əhatə edir. Burada 16 230 nəfər yaşayır (2007).

Sovet mənbələrində isə Arnemland bütünlükdə Şimal ərazisinin şimal bölgəsinə şamil edilirdi. Yarımadanın sahillərini Timor, Arafur dənizləri və Karpentariya körfəzi yuyur.

Yarımadanın səthi hamar təpəli platodan ibrətdir. Şimalda hündürlük 180 m, cənubda isə 400 m təşkil edir. Sahilləri olduqca parçalıdır.

Çay vadilərində rütübətli tropik meşələr yayılmışdır. Dağ ətəklərində evkalit meşələri və savanna hakimdir. Burada Ram-Canql uran yatağı vardır.

Region dil baxımından olduqca rəngarəngdir. Bu baxımından ancaq Yerni Qvineya ilə müqayisə edilə bilər. Burada Avstraliya dillərinın 14-dən 7 yayılmışdır.