Aristonik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aristonik
Doğum tarixi e. ə. II əsr
Vəfat tarixi e.ə. 129
Vəfat yeri
Fəaliyyəti suveren[d]

Aristonik (yun. Άριστόνικος; e. ə. II əsre.ə. 129, Roma) — Perqamda Roma hakimiyyətinə qarşı üsyanın başçısı. II Evmenin oğlu.

III Attal Perqamı romalılara vəsiyyət etdik dən sonra e.ə. 133–129 illərdə Roma əleyhinə üsyan baş verdi. Üsyana Perqam şəhəri əhalisinin bir hissəsi, Kiçik Asiyanın yunan şəhərləri, Misiyanın dağ əhalisi, frakiyalılar, muzdlu əsgər və qullar qoşulmuşdular. Üsyançılar bütün insanların bərabər olacağı Günəş dövləti yaratmaq istəyirdilər. 131-ci ildə Levki şəhəri yaxınlığında Roma legionları məğlub olsalar da, üsyan yatırldı və e.ə. 129-cu ildə Stratonikeya ətrafında gedən döyüşdə Aristonik əsir düşərək Romaya aparıldı və edam edildi.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 41. ISBN 978-9952-441-05-5.