Con Dyui
Con Dyui | |
---|---|
ing. John Dewey | |
Doğum tarixi | 20 oktyabr 1859[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 1952[3][1][…] (93 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | fəlsəfə, Təhsil fəlsəfəsi |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Con Dyui (ing. John Dewey; 20 oktyabr 1859[1][2][…], Berlinqton[d], Vermont[4] – 1 iyun 1952[3][1][…], Nyu-York, Nyu-York ştatı[3]) — amerikalı tanınmış filosof və pedaqoq.
Həyatı
[redaktə | mənbəni redaktə et]Con Dyui Vermont əyalətində doğulub. 1879 'da Vermont universitetindən, 1884-cü ildə Baltimoredəki Cons Hopkins Universitetidən məzun oldu. 1888 −1904-cü illər arasında Minnesota , Miçiqan və Çikaqo universitetlərində fəlsəfə müəllimliyi etdi. Son vəzifəsi əsnasında, direktorluğunu etdiyi bir təhsil hissəsində, yeni pedaqoji fikirlərinə söykənən bir təhsil proqramın tətbiqi ilə bu sahəyə əhəmiyyətli yeniliklər gətirdi.
Demokratik cəmiyyətlərin xüsusiyyətləriylə ən yaxşı şəkildə uyğun gələn bu yeni təhsil prinsipləri, Amerikadan başqa, bir çox Avropa və Asiya ölkələrindəki müəllimləri, tərbiyəçiləri də təsir etdi. Dyui bu müvəffəqiyyətindən sonra iki il Pekin Universitetində təhsil, və fəlsəfə dərsləri verdi.
Dyuinin təhsil görüşü, demokratiya və sənaye sahələrindəki inkişafa dayanır. Ona görə, bilmək üçün deyil, tətbiq üçün öyrənmək lazımdır. Çünki bu dövrdə sənaye böyük bir sürətlə irəliləyir, bir çox fabriklər açılır, yeni maşınlar istifadə edilir. Bunları istifadə edən insanların isə nəzəri məlumatdan çox, praktik məlumata ehtiyacı vardır.
Dyuinin fəlsəfəsi enstrümantalizmə dayanır. Buna görə, insanların müxtəlif hal və hərəkətləri, şəxsi və ictimai məsələlərini həll etmək üçün yaratdıqları bir alət sayıla bilər. Məsələlər boyuna dəyişdiyinə görə, bunları həll edəcək alətlərin də eyni şəkildə dəyişməsi lazımdır.
Bu vəziyyətdə, insanın edəcəyi şey ətrafını, təbiəti öyrənmək, anlamaq deyil, onu idarəsi altına ala bilmək, istəklərinə uyğun bir şəkildə tənzimlənməsi. Demək ki insan üçün məlumat, onu ancaq edə bildiyi nisbətdə faydalı və dəyərlidir.
Dyui demokratiyaya inanmış bir fikir adamıdır. Bu baxımdan da təhsil mövzusunda təsiri çox böyük olmuşdur. Dyui, məlumatın köhnə alışılmış üsullarla "hər şeyi bilən" müəllim tərəfindən izah edilməsinə qarşı idi. Şagirdin öz cəhdləri ilə məlumat əldə etməsini daha doğru tapırdı. Dyuinin sistemi bu gün də bütün dünya məktəblərində tətbiq olunmağa başlanmış, irəliyə sürdüyü fikirlər mənimsənmişdir.
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]- School and Society (Məktəb və Cəmiyyət)
- Influence of Darvin on Philosophy (Darvinin Fəlsəfə Üzərindəki Təsiri)
- Democracy and Education (Demokratiya və Təhsil)
- Philosophy and Civilization (Fəlsəfə və Mədəniyyət)
- Experience and Nature (Təcrübə və Təbiət)
Təhsil qaydaları
[redaktə | mənbəni redaktə et]- Uşaqlar bugünkü həyatın tələb etdiyi şeyləri özləri edərək və ya sınayaraq yaxından öyrənməlidirlər.
- Məktəb, canlı və həyəcan verici bir yer olmalı, uşaq orada evlərində, oyun yerlərində olduğu kimi, həyəcan duyaraq yaşaya bilməlidir.
- Dyuinin metodikası, satıcılığa bənzədə bilərik. Alıcı çıxmazsa, kimsə satıcı ola bilməz. Onun üçün, müəllim işə yarayacaq şeylər öyrətməlidir.
- Təhsil görmüş olanlar, ətraflarındakılara bir şeylər öyrədə bilənlərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 John Dewey // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Дьюи Джон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118525069 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Find a Grave (ing.). 1996.
- 20 oktyabrda doğulanlar
- 1859-cu ildə doğulanlar
- Vermontda doğulanlar
- 1 iyunda vəfat edənlər
- 1952-ci ildə vəfat edənlər
- 93 yaşında vəfat edənlər
- Nyu-Yorkda vəfat edənlər
- ABŞ-də dəfn olunanlar
- Miçiqan Universitetinin müəllimləri
- Minnesota Universitetinin müəllimləri
- Cons Hopkins Universitetinin məzunları
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- Amerikan Psixoloqlar Birliyinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Ontoloqlar
- Metafiziklər
- Epistemoloqlar
- Ateist filosoflar