32°12′ şm. e. 119°25′ ş. u.HGYO

Çjentszyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Çjentszyan
çin. 镇江
32°12′ şm. e. 119°25′ ş. u.HGYO
Ölkə  ÇXR
Rayon [[Cianqsu]]
Tarixi və coğrafiyası
Sahəsi 3.799 km²
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 3.113.384 nəfər (2013)
Rəqəmsal identifikatorlar
Telefon kodu +86 511
Poçt indeksi 212000
Nəqliyyat kodu 苏L
Digər
zhenjiang.gov.cn
Xəritəni göstər/gizlə
Çjentszyan xəritədə
Çjentszyan
Çjentszyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Çjentszyan ( çin. 镇江) Çin Xalq Respublikasının Cianqsu vilayətinin cənubunda liman şəhəridir. Əvvəllər (1912-18) Dantu kimi tanınan şəhər Yanszı çayının cənub hissəsində yerləşmişdir. Çjentszyan şəhəri 1928-49 illər arasında Cianqsu vilayətinin idarə mərkəzi olmuşdur.

Eramızdan əvvəl 8. əsrdən başlayaraq feodal bəylər tərəfindən idarə olunan bu ərazi Zhufanqyi kimi adlandırılsada bir müddət Kuyanqyi kimi də adlandırıldı. Eramızdan əvvəl 221-ci ildə Tsin sülaləsinin hakimiyyətə gelmesindən sonra kiçik bölgə statusu verildi və adı Zhufanqyidən Dantuya dəyişdirildi. Eramızdan əvvəl 3. əsrin ortalarında daha böyük bir idarə mərkəzi oldu. Cənubi Çinin 581-ci ildə Suilər tərəfindən işğalından sonra Yanszı sahillərini müdafiə edən qarnizon yaradıldı. 595-ci ildə isə Run adı ilə bölgə statusu verildi. Jhiangnan kanalının (609) Yanszı çayına birləşdiyi yerdə yerləşdiyi üçün böyük dəyər verilən şəhər, zengin Yanszı deltası bölgəsindən vergi kimi alınan taxılın əsas yığılma mərkəzi kimi daha da inkişaf etdi. Song sülaləsi dövründə (960-1127) stratejik dəyəri olan şəhər 975-ci ildə Çjentszyan adı ildə əsgəri bölgə (jun) elan edildi. 1113-ci ildə isə üst bölgə (fu) statusu aldı.

Dantu adı ilə 1912-ci ildə şəhər olandan sonra, 1918-ci ildə yenidən Çjentszyan adını aldı. Şəhərin limanı 1861-ci ildə Tianjin müqaviləsi ilə (1858) xarici ticarətə başladı. Qala divarları ile çevrilmiş olan qədim şəhər 19. əsrin sonları 20. əsrin əvvəllərinde sürətlə inkişaf eləməyə başladı. Amma 1850-ci ildə Böyük Kanalın şimal hissəsinin bağlanması Çjentszyan limanının dəyərini itirməsinə səbəb oldu .

İngilislərin Yanszı deltası işğal elədiyi Afyon Müharibəsinin (1839-1842) döyüşlərinə səhnə olan Çjentszyan Taypin üsyanı .[1] (1850-64) illərində böyük zərər gördü. 1853-cü ildə üsyançıların əlinə keçdi və üsyanın mərkəzi olan Nankin şəhərinin müdafiəsində mühüm rol oynadı. 1857-58-ci illərdə şəhərdə böyük döyüşlər oldu.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Winchester, Simon, The River at the Center of the World: A Journey up the Yangtze and back in Chinese Time, London: Penguin Books, 1996, səh. 128, 2020-08-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2016-11-28.
  2. "Testvértelepülések". 9 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2014.
  3. "Cities abroad keen to forge ties with Kuching". New Straits Times. 2 August 2012. 4 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2014.
  4. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  5. "International Exchange". List of Affiliation Partners within Prefectures. Council of Local Authorities for International Relations (CLAIR). 5 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2015.
  6. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.