Əsgər ağa Gorani
Əsgər ağa Gorani | |
---|---|
Əsgər bəy Haqverdi bəy oğlu Adıgözəlov | |
17 yanvar 1906[1] – 9 mart 1910 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Adil xan Ziyadxanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) may 1857 |
Doğum yeri | |
Vəfat tarixi | 9 (22) mart 1910 (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | maarifçi, yazıçı, dramaturq, jurnalist, tərcüməçi, aktyor |
Vikianbarda əlaqəli mediafayllar |
Əsgər ağa Gorani (əsl adı: Əsgər bəy Haqverdi bəy oğlu Adıgözəlov; 3 (15) may 1857, Goran, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 9 (22) mart 1910, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim.[2] Gəncə (Yelizavetpol) Şəhər başçısı, Şəhər Dumasının sədri və Şəhər İdarəsinin rəisi (1906–1910).[3][4][5][6]
Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ilə yanaşı Azərbaycan milli teatrının yaranmasında xidmətləri olmuşdur.[2] "Sərgüzəşti-vəziri-xani-Lənkəran"da Teymur ağa, "Sərgüzəşti-mərdi-xəsis"də Hacı Qara rollarını ilk dəfə səhnəmizdə ifa etmişdir.[7]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsgər bəy Haqverdi bəy oğlu Adıgözəlov 15 may (köhnə təqvimlə 3 may)[8] 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hesabına qız məktəbi açıb.[9][10][11][12][13][14][15][16]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]"Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə. Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII–XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir.[17][18][19][20][21][22]
Aktyor kimi
[redaktə | mənbəni redaktə et]Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H. Zərdabi "Həyat" qəzetində yazmışdı:
"Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi". |
Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı.
Jurnalist kimi
[redaktə | mənbəni redaktə et]1875-ci il iyun ayının 22-də "Əkinçi"nin birinci nömrəsi çapdan çıxır. Bununla da milli Azərbaycan mətbuatının bünövrəsi qoyulmuş olur. "Əkinçi" ciddi senzura nəzarəti altında nəşr edilirdi. Bir yandan senzura təqibləri, o biri yandan da mürtəcelərin hücümları qızetin nəşrini çox çətin vəziyyətə salmışdı. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına böyük təsir göstərən "Əkinçi" uzun müddət yaşamasa da N. Vəzirov, S. Ə. Şirvani, Əsgər ağa Gorani, Əhsənül-Qəvaid kimi dövrün şair və yazıçılarının fikir inkişafına imkan yaratmış oldu.[23]
Ə. Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı:
"Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar". |
Ə. Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyil edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir.
"Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər... Azərbaycanda da kitaba, kitabxanaya rəğbət oyatmaq üçün belə xəbərin necə güclü təsir malik olduğu elə özlüyündə aydındır." |
"Əkinçi" qəzetinin bütün nəşri boyu Ə. Gorani onun fəal müxbiri olmuşdur. Elm xəbərləri şöbəsində Ə. Goraninin qəbiristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, № 8) Ə. Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir.
Tərcüməçi kimi
[redaktə | mənbəni redaktə et]Ə. Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə. Goraninin tərcümələrinə H. Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə. Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H. Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?"
Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H. Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H. Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi.
Tərcüməçi kimi
[redaktə | mənbəni redaktə et]Onun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M. Lermantovun "Yel gəmisi" balladasını da tərcümə etmişdir.
M. Lermontovun vəfatından 48 il sonra, 1889-cu il avqust ayında tərəqqipərvər ziyalıların təşəbbüsü və səyi nəticəsində Pyatiqorskda şairin qəbri üzərində abidə qoyulur. "Kəşkül" qəzeti bu mərasim münasibətilə bir məqalə dərc edir. Qəzet habelə M. Lermontovun "Yel gəmisini" şeirinin tərcüməsini kitabça şəklində çap edir. Balladanı "Kəşkül"ün mühərrirlərindən Əsgər ağa Adıgözəlov-Gorani tərcümə etmişdir. "Kəşkül"ün 1889-cu il 88-ci və 92-ci nömrələrində "yadigar üçün" oxuculara göndərilməsi barəsində məlumat verilmişdir. "Kəşkül" mətbəəsi "Yel gəmisi"ni həmin il ikinci dəfə də çap etmişdir.[24]
Yazıçı kimi
[redaktə | mənbəni redaktə et]Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı.
Vəfatından sonra
[redaktə | mənbəni redaktə et]Əsgər ağa 22 mart (köhnə təqvimlə 9 mart)[8] 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır:[27]
"Əsgər ağa özü qayət batəcrübə, mətin və ziyalı bir şəxs olduğundan hamını oan ehtiram etməyə cəlb edirdi". |
"İllərcə bəslədiyimiz maarif tacımızın bir cəvahiri, bir dürrü düşdü, itdi" |
Ailəsi
[redaktə | mənbəni redaktə et]Əsgər ağa Gorani bibisi qızı Əzzət xanım Tağıbəyova ilə ailə qurub. Ancaq Əzzət xanım bir qədər sonra vəfat edib. Təxminən 1900-cü ildə Bəyim xanım Əbülfət xan qızı Ziyadxanova (1875–1953) ilə evlənib. Bu evliliyindən yeddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb: Danyal, Mikayıl, Əli, Leyla. Böyük oğlu Danyal Adıgözəlov ali təhsilli kənd təsərrüfatı mütəxəssisi idi. Ortancıl oğlu Mikayıl Adıgözəlov ömrünü hərbi xidmətdə keçirib, polkovnik rütbəsində istefaya çıxıb. Qızı Leyla Adıgözəlova 1933-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir neçə il müəllim işlədikdən sonra Tibb İstitutunda təhsil alıb. 1941-ci ildən həkim işləyib.[28]
Böyük qardaşı İsgəndər bəy Haqverdi bəy oğlu Adıgözəlov (1855–1905) varlı mülkədar olub. Gəncədə vəfat edib və Səbzikar qəbiristanlığında dəfn olub. Arvadı Sultanbəyim xanım Əbülfət xan qızı Ziyadxanova (1864–1938) Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsi, Şahverdi xan, İsmayıl xan və Adil xan Ziyadxanovların bacısı olub. İsgəndər bəyin oğlanları Rəşid bəy (?–?), İmamverdi bəy (1900–1950) və Baxşəli bəy (1891–1960) Rusiya ali məktəblərində oxuyublar.[29]
Kiçik qardaşı Yusif bəy Haqverdi bəy oğlu Adıgözəlov Tutubəyim xanımla evlənib. Tutubəyim xanım Xoy və Şəki xanı olmuş Cəfərqulu xan Dünbilinin nəticəsi, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan Xoyskilərin bacısı olub. Ondan Nuşu xanım (1898–1958), Xosrov bəy (1903–1975), Dilşad xanım (1904–1950), Xasay bəy (1906–1943) adlı övladları olub.[29]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 82
- ↑ 1 2 Адыҝөзәлов (Ҝорани) Әскәр аға // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 122.
- ↑ Третий отдел // Кавказский календарь на 1907 год. LXII год (rus). Тифлис: Тип. К. П. Козловского. 1906. 128. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
Елисаветпольская городская дума. Предс. гор. гол. СС. Аскер-б. Адигезалов
- ↑ Третий отдел // Кавказский календарь на 1908 год. LXIII год (rus). Тифлис: Тип. К. П. Козловского. 1907. 129–130. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.
Елисаветпольская городская дума. Предс. гор. гол. СС. Аскер-б. Адигезалов
Елисаветпольская городская управа. Гор. гол. СС. Аскер-б. Адигезалов - ↑ Адрес-Календарь // Кавказский календарь на 1909 год. LXIV год (rus). Тифлис: Тип. Канцелярии наместника Е. И. В. на Кавказе, Е. А. Либермана и К. П. Козловского. 1908. 348.
Городская управа. Гор. гол. СС. Аскер-б. Адигезалов
Елисаветпольская городская дума. Предс. гор. голова СС. Аскер-б. Адигезалов - ↑ Адрес-Календарь // Кавказский календарь на 1910 год. LXV год (rus). Часть II. Тифлис: Тип. и переплётная товарищества «Либерман и К°». 1909. 377.
Городская дума. Предс. гор. гол. СС. Аскер-б. Адигезалов
Городская управа. Предс. гор. гол. СС. Аскер-б. Адигезалов - ↑ Kazımlı, 2016. səh. 8–9
- ↑ 1 2 Mərdanov, Tahirzadə, 2018. səh. 77
- ↑ Kazımlı, Gülhüseyn. "Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış". 525-ci qəzet. 2015-10-27. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ Kazımlı, Gülhüseyn. "Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış (2-ci yazı)". 525-ci qəzet. 2015-10-28. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ Kazımlı, Gülhüseyn. "Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış (3-cü yazı)". 525-ci qəzet. 2015-10-29. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ Kazımlı, Gülhüseyn. "Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış (5-ci yazı)". 525-ci qəzet. 2015-11-03. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
- ↑ Hüseynov, Rafael. "Sizin ona borcunuz var". 525-ci qəzet. 2015-12-14. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ İsmayıloğlu, Atababa. "Ziyalı ruhunun əbədiyyəti" (PDF). "Mədəniyyət.az" jurnalı (№ 3). 2016: 30–33. 2024-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-04.
- ↑ Xəlilzadə, Flora. "Şərəfli nəslin şərəfli missiyası". kaspi.az. 2016-05-04. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Dünyaminqızı, Qərənfil. "Həsən bəy Zərdabinin "sağ əli" – Əsgər ağa". zerdab.com. 2019-03-28. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Nəsrəddinov, Nazim. "Ana dilində ilk coğrafiya dərsliyinin müəllifi" (PDF). "Kaspi" qəzeti (№ ?). 2 mart 2016: 15. 2024-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-04.
- ↑ Nəsrəddinov, Nazim. "Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani". modern.az. 2016-02-24. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Nəsrəddinov, Nazim. "Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa". strategiya.az. 2016-02-25. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Nəsrəddinov, Nazim. "Ana dilində ilk coğrafiya dərsliyinin müəllifi". kaspi.az. 2016-03-02. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Nəsrəddinov, Nazim. "Qaranlıqdan və alatoranlıqdan işığa uzanan çətin yolun yolçusu Əsgər ağa Gorani Adıgözəlov". kiriminsesigazetesi.com. 2018-11-05. 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Verdiyeva, Mirvari. "Azərbaycan dilində yazılmış ilk coğrafiya kitabları: dərsliklərin məzmununun təhlili" (PDF). Coğrafiya və təbii resurslar (№ 1 (11)). 2020: 102. 2024-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-04.
- ↑ Zeynalov, 1978. səh. 18–19
- ↑ Zeynalov, 1978. səh. 92–93
- ↑ Zeynalov, 1978. səh. 146
- ↑ Məmmədova, 1984. səh. 289
- ↑ "Əsgər ağa Gorani türbəsi". irs.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti. 2024. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 82–83
- ↑ 1 2 Mərdanov, Tahirzadə, 2018. səh. 83
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- S. Ə. Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh. 123
- N. N. Zeynalov. Azərbaycan mətbuatı tarixi (dərs vəsaiti). I hissə. ADU-nun nəşriyyatı, Bakı-1973, səh. 24–26
- Kövsər Tarverdiyeva. Əsgər ağa Gorani. Bakı: İşıq. 1977.
- Ağarəfi Zeynalov. "Kəşkül"də bədii ədəbiyyat. Bakı: Elm. 1978.
- D. Məmmədova. İzahlar // Pyeslər. Bakı: Gənclik. 1984.
- Gülhüseyn Kazımlı. Qaranlıqdan işığa. Əsgər ağa Gorani. Bakı: "Şuşa" nəşriyyatı. 2016.
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 1 A. Bakı: Təhsil. 2018.
- RƏF, arxiv 3 Q-2(27)
- "Həyat", 19 yanvar 1906
- "Səda", 1910, № 57
- "Həqiqət", 1910, № 56
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əsgər ağa Gorani yaradıcılığı — qaranlıqdan işığa
- Əsgər ağa Adıgözəlov Gorani — teatrımızın yaradıcılarından biri
- Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857–1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine
- Gəncəli jurnalistlər Əsgər ağa Goraninin qəbrini ziyarət etdilər Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine
- 15 mayda doğulanlar
- 1857-ci ildə doğulanlar
- Yelizavetpol qəzasında doğulanlar
- 22 martda vəfat edənlər
- 1910-cu ildə vəfat edənlər
- 52 yaşında vəfat edənlər
- Gəncədə vəfat edənlər
- Səbiskar qəbiristanlığında dəfn olunanlar
- Bakı real məktəbinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Adıgözəlovlar
- Azərbaycan maarifçiləri
- Azərbaycanlı maarifçilər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan dramaturqları
- Azərbaycanlı dramaturqlar
- Azərbaycan tərcüməçiləri
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan aktyorları
- Azərbaycanlı aktyorlar
- Gəncə Şəhər İdarəsinin rəisləri
- İmdadiyyə dərnəyinin üzvləri
- Moskvada təhsil almış azərbaycanlılar