Şəkərsiz diabet
Şəkərsiz diabet | |
---|---|
XBT-10 | E23.2, N25.1 |
XBT-10-KM | E23.2, N25.1 |
XBT-9 | 253.5, 588.1 |
XBT-9-KM | 253.5[1][2], 588.1 |
OMIM | 304800, 125800, 125700, 304900 |
DiseasesDB | 3639 |
MedlinePlus | 000377 |
MeSH | D003919 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü).[3] İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər.[3] Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir.[3] Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.[3]
Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Dörd növ şəkərsiz diabet vardır:[3]
- Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.[3]
- Nefrogenik şəkərsiz diabet. Böyrəklər vazopressinə qarşı düzgün reaksiya vermədikdə baş verir.[3]
- Dipsogen şəkərsiz diabet. Susuzluğun hipotalamik mexanizminin zədələnməsi səbəbindən həddindən artıq maye qəbulu nəticəsində baş verir.[3] Psixi pozuntuları olan və ya müəyyən dərman qəbul edən insanlarda daha çox rast gəlinir.[3]
- Gestational şəkərsiz diabet. Yalnız hamiləlik dövründə baş verir.[3] Diaqnoz sidik, qan və maye çatışmazlığı analizlərinə əsaslanaraq qoyulur.[3]
Şəkərsiz diabetin şəkərli diabet ilə əlaqəsi yoxdur və şərtlərin fərqli bir mexanizmi var, baxmayaraq ki, hər iki halda böyük miqdarda sidik ifraz oluna bilər.[3]
Simptomları
[redaktə | mənbəni redaktə et]Həddindən artıq sidiyə getmə, güclü susuzluq və maye qəbulunun artması (xüsusilə soyuq su, buz və ya buzlu su) şəkərsiz diabet üçün xarakterikdir.[4] Həddindən artıq sidiyə getmə və susuzluğun simptomları müalicə olunmamış şəkərli diabetdə müşahidə olunanlara bənzəyir, fərqi sidikdə qlükozanın olmamasıdır. Nadir hallarda bulanıq görmə olur. Bəzi insanlarda susuzlaşma əlamətləri özünü göstərir, çünki bədən istehlak etdiyi suyun çox hissəsini (əgər varsa) saxlaya bilmir.
Bol sidik ifrazı gecə-gündüz davam edir. Uşaqlarda şəkərsiz diabet iştaha, qida qəbuluna, çəki artımına və boyuna da təsir edə bilər. Həmçinin şəkərsiz diabet uşaqlarda qızdırma, qusma və ya ishal ilə özünü göstərir. Yetkin insanlarda müalicə olunmamış şəkərsiz diabet sidik itkisini kompensasiya etmək üçün kifayət qədər su istehlak edildikdə, onilliklər ərzində sağlam qala bilərlər. Bununla belə, daimi susuzlaşma və kalium itkisi riski var ki, bu da hipokalemiyaya səbəb ola bilər.
Səbəbi
[redaktə | mənbəni redaktə et]Mərkəzi
[redaktə | mənbəni redaktə et]Mərkəzi (və ya neyrogen) şəkərsiz diabetin əsas səbəbləri və təxmini tezlikləri aşağıdakılardır:
- İdiopatik — 30%
- Bədxassəli və ya xoşxassəli beyin və ya hipofiz şişləri — 25%
- Kəllə cərrahiyyəsi — 20%
- Baş zədəsi — 16%
Nefrogenik
[redaktə | mənbəni redaktə et]Nefrogenik şəkərsiz diabet böyrəklər vazopressinə normal reaksiya vermədikdə baş verir.[5]
Dipsogenik
[redaktə | mənbəni redaktə et]Dipsogenik şəkərsiz diabet və ya birincili polidipsiya — arginin vazopressin çatışmazlığından deyil, artıq maye qəbulundan qaynaqlanır. Bu, hipotalamusda[6] yerləşən susuzluq mexanizminin qüsuru və ya zədələnməsi və ya ruhi xəstəliklə əlaqəli ola bilər. Desmopressin ilə müalicə su intoksikasiyasına səbəb ola bilər.[7]
Gestational
[redaktə | mənbəni redaktə et]Gestational şəkərsiz diabet yalnız hamiləlik və doğuşdan sonrakı dövrdə baş verir. Hamiləlik dövründə qadınlarda ciftdə antidiuretik hormonu parçalayan vazopressinaz istehsal edilir. Gestational şəkərsiz diabetnin vazopressinazanın həddindən artıq istehsalı və ya klirensinin pozulması ilə baş verdiyi düşünülür.[8]
Gestational şəkərsiz diabet əksər hallarda vazopressinlə deyil depropessinlə müalicə edilir. Şəkərsiz diabet həmçinin preeklampsiya, HELLP sindromu və hamiləlik dövründə qaraciyərin kəskin piylənməsi də daxil olmaqla bir sıra ciddi hamiləlik pozuntuları ilə əlaqələndirilir. Bir qadın hamiləlik dövründə şəkərsiz diabet diaqnozu ilə müraciət edərsə, bu xəstəliyi nəzərə almaq vacibdir, çünki şəkərsiz diabetin müalicəsi xəstəlik yaxşılaşmadan əvvəl körpənin doğulmasını tələb edir. Bu xəstəliyin vaxtında müalicəsinin olmaması ana və ya körpənin ölümünə səbəb ola bilər.
Patofiziologiyası
[redaktə | mənbəni redaktə et]Elektrolit-həcm homeostazı orqanizmin qan təzyiqinə və natrium və kaliumun əsas elektrolitlərinə olan ehtiyaclarını tarazlayan mürəkkəb mexanizmdir. Ümumiyyətlə, elektrolit tənzimlənməsi həcmin tənzimlənməsindən əvvəldir. Bununla belə, həcm ciddi şəkildə tükəndikdə, bədən elektrolit səviyyəsini pozaraq suyu saxlayır.[9]
Sidik əmələ gəlməsinin tənzimlənməsi supraoptik və paraventrikulyar nüvələrdə ADH istehsal edən hipotalamusda baş verir. Sintezdən sonra hormon neyrosekretor qranullarda hipotalamus neyronunun aksonundan aşağı hipofiz vəzinin arxa hissəsinə daşınır və orada daha sonra ifraz olunmaq üçün saxlanılır.
Nefrogen şəkərsiz diabet distal toplayıcı kanallarda aquaporin kanallarının olmaması (səth ifadəsinin və transkripsiyanın azalması) səbəbindən baş verir. Bu, litium toksikliyi, hiperkalsemiya, hipokalemiya və ya ureterik obstruksiya ilə müşahidə olunur. Buna görə də ADH çatışmazlığı suyun reabsorbsiyasına mane olur və qanın osmolyarlığı artır. Artan osmolyarlıq (böyrək funksiyasını yoxlamaq üçün istifadə olunan testlətdən biri) ilə hipotalamusdakı osmoreseptorlar bu dəyişikliyi aşkar edir və susuzluğu stimullaşdırır. Artan susuzluq zamanı insan polidipsiya (çox miqdarda maye qəbulu) və poliuriya (gündəlik sidik ifrazının artması) dövrlərini yaşayır.
Şəkərsiz diabetin irsi formaları kliniki praktikada 10% -dən azını təşkil edir.[10]
Diaqnozu
[redaktə | mənbəni redaktə et]Şəkərsiz diabeti həddindən artıq sidik ifrazının digər səbəblərindən ayırd etmək üçün qanda qlükoza səviyyəsi, bikarbonat səviyyələri və kalsium səviyyələri yoxlanılmalıdır. Qan elektrolitlərinin ölçülməsi yüksək natrium səviyyələrini aşkar edə bilər (dehidrasiya irəlilədikcə hipernatremiya). Sidikdə osmolyarlıq və elektrolit səviyyəsi adətən aşağı olur.[11]
Su çatışmazlığı testi şəkərsiz diabet zamanı bol sidik ifrazının digər səbəblərindən ayırmaq üçün başqa bir üsuldur. Maye itkisində heç bir dəyişiklik yoxdursa desmopressin verilməsi şəkərsiz diabetin səbəb olub olmadığını müəyyən edə bilər.
- ADH (vazopressin) istehsalının pozulması
- ADH-yə (vazopressin) qarşı böyrək reaksiyasının pozulması
Bu test bədən çəkisi, sidik ifrazı və sidiyin tərkibindəki dəyişiklikləri ölçür, dehidrasiyaya səbəb olmaq üçün maye qəbulu dayandırılır. Bədənin dehidrasiyaya normal reaksiyası sidiyi konsentrasiya edərək suya qənaət etməsidir. Şəkərsiz diabet olan insanlar su çatışmazlığına baxmayaraq, çox miqdarda qatılmış sidik ifraz etməyə davam edirlər.[12] Bu testə əsasən stabilləşmə, xüsusilə sidik osmolyarlığının artmasının ən azı üç saat ərzində saatda 30 Osm/kq-dan az olması deməkdir.[12] Bəzən bu testin sonuna yaxın qanda ADH-ni də ölçmək lazımdır, lakin bu proses daha uzun çəkir.[12]
Əsas formaları ayırd etmək üçün desmopressin stimullaşdırılması da istifadə olunur. Desmopressin inyeksiya, burun spreyi və ya tablet şəklində qəbul edilə bilər. Desmopressin qəbul edərkən insan maye və ya suyu yalnız susadıqda qəbul etməlidir, digər vaxtlarda deyil, çünki bu, mərkəzi sinir sistemində mayenin qəfil yığılmasına səbəb ola bilər. Desmopressin sidik ifrazını azaldırsa və sidiyin osmolyarlığını artırırsa, ADH-nin hipotalamik istehsalı çatışmazlığı yaranır və böyrək ekzogen vazopressinə (desmopressinə) normal cavab verir.
Şəkərsiz diabet adətən polidipsiya ilə baş verir, lakin nadir hallarda həm də onun əksi olan adipsiya (və ya hipodipsiya) olduqda da baş verə bilər. "Şəkərsiz diabet"[13] hətta hiperosmolallığa cavab olaraq nəzərəçarpacaq susuzluq kimi tanınır.[14] Bəzi adipsik şəkərsiz diabet hallarında insan desmopressinə qarşı reaksiya verməyə bilər.[15]
Mərkəzi şəkərsiz diabetdən şübhələnilirsə, patoloji prosesi (məsələn, prolaktinoma və ya histiositoz, sifilis, vərəm, qranuloma və ya başqa şişlər) müəyyən etmək üçün digər hipofiz hormonlarının testi, həmçinin hipofizin MRT-sı görüntüləməsi lazımdır. Mərkəzi şəkərsiz diabet olan insanların çoxu keçmişdə baş travması alıb.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Şəkərsiz diabetin müalicəsində susuzlaşmanın qarşısını almaq üçün kifayət qədər maye içmək tövsiyə olunur.[3] Digər müalicələr xəstəliyin növündən asılıdır.[3]
Mərkəzi və gestational şəkərsiz diabet desmopressinlə müalicə olunur.[3] Nefrogenik — əsas səbəbi aradan qaldırmaqla və ya tiazid, aspirin və ibuprofen istifadə etməklə müalicə edilə bilər.[3] Hər il yeni şəkərsiz diabetin hallarının sayı 100.000:3 nəfərdir.[16] Mərkəzi şəkərsiz diabet adətən 10–20 yaş arasında başlayır və kişilərdə və qadınlarda eyni şəkildə baş verir.[17] Nefrogen şəkərsiz diabet hər yaşda başlaya bilər.[18]
Mərkəzi
[redaktə | mənbəni redaktə et]Mərkəzi və gestational şəkərsiz diabet intranazal və ya oral tablet şəklində olan desmopressinlə və antikonvulsant karbamazepinlə müalicə olunur. Hamilə qadınlarda bu xəstəlik adətən doğuşdan 4–6 həftə sonra öz-özünə keçir, baxmayaraq ki, bəzi qadınlarda sonrakı hamiləliklərində yenidən inkişaf edə bilər.
Nefrogenik
[redaktə | mənbəni redaktə et]Desmopressin əsas səbəbi aradan qaldırmaq (mümkünsə) və sərbəst su çatışmazlığını əvəz etməklə müalicə edilən nefrogenik şəkərsiz diabetdə təsirsiz olacaq. Tiazid diuretikləri, məsələn, xlortalidon və ya hidroklorotiyazid, mülayim hipovolemiya yaratmaq üçün istifadə edilə bilər ki, bu da proksimal boruda duz və suyun udulmasını stimullaşdırır və bununla da nefrogen şəkərsiz diabetin gedişatını yaxşılaşdırır.[19]
Amiloridin əlavə faydası natriumun bloklanmasının qarşısını almaqdır. Tiazid diuretikləri bəzən tiazidlərin yaratdığı hipokalemiyanın qarşısını almaq üçün amiloridlə birləşdirilir.
Həddindən artıq diurez (böyrəklərin çox bədən mayesini süzdüyü bir vəziyyət) olan zaman diuretiklərlə müalicə etmək paradoksal görünür və dəqiq təsir mexanizmi məlum deyil, lakin tiazid diuretikləri distal bükülmüş borularda natrium və suyun reabsorbsiyasını azaldır və bununla da diurez yaradır. Bu, plazma həcmini azaldıqdan sonra glomerular filtrasiya sürətini azaldır və proksimal nefronda natrium və suyun udulmasını artırır.[20] Daha az maye distal nefrona çatır, beləliklə ümumi mayenin qorunmasına nail olunur.[21]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Diabetes Insipidus". National Institute of Diabetes and Digestive and Kidney Diseases. October 2015. 13 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
- ↑ USE. "Diabetes insipidus - PubMed Health". Ncbi.nlm.nih.gov. 2012-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-28.
- ↑ Bichet DG. "Nephrogenic Diabetes Insipidus". Advances in Chronic Kidney Disease (ingilis). 13 (2). April 2006: 96–104. doi:10.1053/j.ackd.2006.01.006. PMID 16580609.
- ↑ Perkins RM, Yuan CM, Welch PG. "Dipsogenic diabetes insipidus: report of a novel treatment strategy and literature review". Clin. Exp. Nephrol. 10 (1). March 2006: 63–7. doi:10.1007/s10157-005-0397-0. PMID 16544179.
- ↑ "Diabetes insipidus". 31 October 2017. 13 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2023.
- ↑ Kalelioglu I, Kubat Uzum A, Yildirim A, Ozkan T, Gungor F, Has R. "Transient gestational diabetes insipidus diagnosed in successive pregnancies: review of pathophysiology, diagnosis, treatment, and management of delivery". Pituitary. 10 (1). 2007: 87–93. doi:10.1007/s11102-007-0006-1. PMID 17308961.
- ↑ Watson, Fiona; Austin, Pauline. "Physiology of human fluid balance". Anaesthesia & Intensive Care Medicine (ingilis). 22 (10). 2021-10-01: 644–651. doi:10.1016/j.mpaic.2021.07.010. ISSN 1472-0299.
- ↑ Fujiwara TM, Bichet DG. "Molecular Biology of Hereditary Diabetes Insipidus". Journal of the American Society of Nephrology. 16 (10). 2005: 2836–2846. doi:10.1681/ASN.2005040371. PMID 16093448.
- ↑ Kamel KS, Halperin ML. "Use of Urine Electrolytes and Urine Osmolality in the Clinical Diagnosis of Fluid, Electrolytes, and Acid-Base Disorders". Kidney International Reports (English). 6 (5). May 2021: 1211–1224. doi:10.1016/j.ekir.2021.02.003. PMC 8116912 (#bad_pmc). PMID 34013099 (#bad_pmid).
- ↑ 1 2 3 Elizabeth D Agabegi; Agabegi, Steven S. Step-Up to Medicine (Step-Up Series). Hagerstwon, MD: Lippincott Williams & Wilkins. 2008. ISBN 978-0-7817-7153-5.
- ↑ Crowley RK, Sherlock M, Agha A, Smith D, Thompson CJ. "Clinical insights into adipsic diabetes insipidus: a large case series". Clin. Endocrinol. 66 (4). 2007: 475–82. doi:10.1111/j.1365-2265.2007.02754.x. PMID 17371462.
- ↑ Sinha A, Ball S, Jenkins A, Hale J, Cheetham T. "Objective assessment of thirst recovery in patients with adipsic diabetes insipidus". Pituitary. 14 (4). 2011: 307–11. doi:10.1007/s11102-011-0294-3. PMID 21301966.
- ↑ Smith D, McKenna K, Moore K, Tormey W, Finucane J, Phillips J, Baylis P, Thompson CJ. "Baroregulation of vasopressin release in adipsic diabetes insipidus". J. Clin. Endocrinol. Metab. 87 (10). 2002: 4564–8. doi:10.1210/jc.2002-020090. PMID 12364435.
- ↑ Saborio P, Tipton GA, Chan JC. "Diabetes Insipidus". Pediatrics in Review. 21 (4). 2000: 122–129. doi:10.1542/pir.21-4-122. PMID 10756175.
- ↑ "Central Diabetes Insipidus". NORD (National Organization for Rare Disorders). 2015. 21 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
- ↑ "Nephrogenic Diabetes Insipidus". NORD (National Organization for Rare Disorders). 2016. 19 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
- ↑ Verbalis JG. "Diabetes insipidus". Rev Endocr Metab Disord. 4 (2). May 2003: 177–85. doi:10.1023/A:1022946220908. PMID 12766546.
- ↑ Loffing J. "Paradoxical antidiuretic effect of thiazides in diabetes insipidus: another piece in the puzzle". J. Am. Soc. Nephrol. 15 (11). November 2004: 2948–50. doi:10.1097/01.ASN.0000146568.82353.04. PMID 15504949. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
- ↑ Finch CK, Kelley KW, Williams RB. "Treatment of lithium-induced diabetes insipidus with amiloride". Pharmacotherapy. 23 (4). April 2003: 546–50. doi:10.1592/phco.23.4.546.32121. PMID 12680486.