İtaliya iqtisadiyyatı
İtaliya iqtisadiyyatı | |
---|---|
| |
Valyuta | Avro (EUR, €) (Kampione d'İtaliya bölgəsi istisna olaraq İsveçrə frankından istifadə edir) |
Büdcə ili | 1 yanvar - 31 dekabr |
Ticarət təşkilatları | Avropa Birliyi, ÜTT, İƏİT, AİİB |
Ölkə qrupu | |
Statistika | |
ÜDM | |
ÜDM sıralaması | |
Adambaşına düşən ÜDM | |
Adambaşına düşən ÜDM sıralaması |
|
Sektorlarına görə ÜDM |
|
İnflyasiya (İQİ) | |
Yoxsulluq həddindən aşağı olan əhali | |
Cini indeksi | 33.4 orta (2018, Avrostat)[7] |
İnsan İnkişafı İndeksi | |
İşçi qüvvəsi | |
Məşğulluğa görə işçi qüvvəsi |
|
İşsizlik səviyyəsi | |
Orta aylıq gəlir | €2,446 / $2,740 aylıq (2019) |
Orta aylıq mənfəət | €1,729 / $1,936 aylıq (2019) |
Biznesin qurulma asanlığı indeksi | ▼ 58-ci (rahat, 2020)[13] |
Xarici ticarət | |
İxrac | ▲ $632.6 milyard (2019)[4] |
İxrac məhsulları | Mühəndislik məhsullar, tekstil və geyim, istehsal qurğuları, maşın, nəqliyyat avadanlığı, kimyəvi maddələr; ərzaq, içkilərvə tütün; minerallar, əlvan metallar |
İxrac tərəfdaşları | |
İdxal | ▲ $473.5 milyard (2019)[4] |
İdxal məhsulları | Mühəndislik məhsullar, kimyəvi maddələr, nəqliyyat avadanlığı, enerji məhsulları, minerallar və əlvan metallar, tekstil və geyim; ərzaq, içkilər, tütün |
İdxal tərəfdaşları | |
BXİ indeksi | |
Cari hesab | ▲ $53.42 milyard (2017 təxm.)[4] |
Xarici borc | $3.024 trilyard (31 dekabr 2020)[14] |
Dövlət maliyyəsi | |
İctimai borc | |
Büdcə balansı | |
Gəlirlər | ÜDM-nin 47.1%-i(2019)[15] |
Xərclər | ÜDM-nin 48.7%-i(2019)[15] |
İqtisadi yardım | donor: RİD, $4.86 milyard (2016)[16] |
Kredit sıralaması | |
Xarici ehtiyatlar | ▲ $200.2 milyard (31 dekabr 2020 təxm.)[4] |
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
İtaliya iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39.900 dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 300 min km² ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransadan, İspaniyadan və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i italyanlardır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xaricdə yaşayır (əsasən ABŞ-də, Fransada, AFR-də və Argentinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə materiallarının idxalından kifayət qədər güclü asılılıqda qalır, emaledici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İtaliyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – Siciliya və Sardiniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əlaqələrin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spesifikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möhkəmləndirilməsini diktə edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsindən sonra İtaliya iqtisadiyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövrdə İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhsuldarlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini səngidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası istehsalın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staqnasiyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əsrin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir
Əgər 1993-cü ildə Avropanın mübadilə kursları mexanizminin böhranı nəticəsində ölkədə resessiya müşahidə olunurdusa, 2000-ci ildə İtaliya yenə də yüksəlişdə idi. 2001-ci ilin əvvəli İtaliya iqtisadiyyatının inkişafı üçün kifayət qədər optimistik proqnozlar vermək imkanı yaratdı. ÜDM 2001-ci ilin ilk üç ayı ərzində 2000-ci ilin analoji dövrü ilə müqayisədə 3%-dən çox artdı. Lakin ilin ortasında inkişaf templəri çox yavaşıdı. İqtisadi artımın yay aylarında qeyd olunmuş ayrı-ayrı canlanma əlamətləri avro zonasındakı ölkələrdə sənaye istehsalının ümumi stabilləşməsi ilə əlaqədar idi. Lakin 2001-ci ilin sentyabrından sonra dünya konyunkturasının pisləşməsi (xüsusilə Amerika iqtisadiyyatında) ümumdünya tələbatının aşağı düşməsinə gətirib çıxartdı. Bu isə avro zonası ölkələrinin, o cümlədən İtaliya iqtisadiyyatının inkişaf templərində neqativ şəkildə əks olundu. İtaliyanın sənaye konfederasiyasının məlumatlarına görə, vəziyyət yalnız 2003-cü ildə yaxşılaşmağa başlamalı idi. Lakin artım ölkə hökumətinin proqramlaşdırdığı göstəriciyə çatmamalı idi.
İqtisadiyyatın sahələri
[redaktə | mənbəni redaktə et]Sənayenin ÜDM-da payı 30,3%, kənd təsərrüfatının payı – 3,2%, xidmətlərin payı 66,5% təşkil edir. Ona görə də keçən illərdə İtaliya iqtisadiyyatının ümumi inkişafının zəif göstəriciləri italyan sənayesindəki vəziyyətlə, xüsusi halda geyim istehsalı, tekstil, ayaqqabı, mebel, kimya sənayesi, metallurgiya, elektrotexnika sənayesi və maşınqayırmanın bəzi digər növlərindəki vəziyyətlə şərtlənirdi. Son illər ərzində daxili tələbatın, xüsusi halda əhalinin istehlak tələbatının artım templərinin (2000-ci ildə 2,9%-dən 2001-ci ildə 1,5%-ə qədər) və sənayenin daxili tələbatının azalması işgüzar aktivliyin məhdudlaşdırılmasına gətirib çıxarırdı. Bunun nəticəsində ümumi investisiyaların artımı da azaldı. Maşın, avadanlıq və nəqliyyat vasitələrinə gedən ümumi investisiya 1,2%-ə qədər, tikintiyə gedən isvestisiyalar isə 3%-ə qədər azaldı. Real ÜDM-in aşağı artımı həm də İtalyan ixracatının azalması ilə izah olunur. Ekspertlərin fikrincə, İtalyan ixracatının azalması birinci növbədə avro kursunun artımı üzündən baş vermiş və bu da ilk növbədə İtaliyanın və Almaniyanın ixrac imkanlarını azaltmışdır.
Məşğulluq
[redaktə | mənbəni redaktə et]İtaliyanın əmək bazarı mürəkkəb struktura malikdir. Əmək bazarı, bir tərəfdən, müharibədən sonrakı "qovub çatan inkişaf" istiqamətində formalaşmış və bu inkişaf müxtəlif regionların iqtisadiyyatında müxtəlif cür əks olunmuşdur. Digər tərəfdən, əmək bazarına qlobal texnoloji yenidənqurma prosesi də böyük təsir göstərmiş və indi də təsir göstərir. 1970-ci illərin neft şokundan sonra başlayan qlobal texnoloji yenidənqurma prosesi digər sənaye ölkələrində olduğu kimi, məşğulluğun qeyri-tipik formaları sektorunun (natamam iş günü, müvəqqəti, təsadüfi məşğulluq və başqaları) genişlənməsi ilə müşayiət olunurdu. Aşağıdakı tendensiyanı qeyd etmək zəruridir. Şimali İtaliyada yeni əmək kontingentlərinin böyük hissəsi öz aralarında və ya iri istehsalla korporasiyaların müxtəlif formalarına daxil olan kiçik müəssisələr tərəfindən udulur. Cənubda isə qeyri-formal sektorda əmək qabiliyyətli əhalinin, demək olar ki, yarısı qalır. İşsizliyin nisbətən yüksək səviyyəsində (iqtisadi cəhətdən aktiv əhalinin 10-12%-i) Şimalda və Mərkəzdə işsizlik daha çox azalmağa, Cənubda isə artmağa meyllidir. Məşğulların sayında Cənubun payı 30%-dən az, işsizlərin sayında 50%-dən çox, iş axtaranlar arasında 40% təşkil edir. Ölkənin bu hissəsi işsizliyin rezervuarı olaraq qalır. Əmək bazarının qeyri-bircinsliyi təkcə onun regional hissələrinin müxtəlif dinamikasında yox, həm də ixtisaslaşmış və ixtisaslaşmamış işçi qüvvəsinə olan tələbatın daimi disproporsiyasında, əmək haqqının böyük differensiallaşmasında büruzə olunur. İtaliya kadrların hazırlıq sahəsində digər lider ölkələrdən geri qalır. Ona görə də milli əmək bazarı üçün tələb və təklifin xroniki uyğunsuzluğu xarakterikdir və bu xüsuiyyət gənclərin əksər hissəsinin marginallaşması ilə müşahidə olunur. 1995-ci ildə 900 minə qədr ixtisaslaşmamış işçi istehsal sferasından çıxardılmış, struktur işsizlik 80%-ə çatmışdır. Bu isə digər sənaye ölkələrində olduğundan xeyli yüksəkdir. Əmək bazarında dövlət siyasətinin imkanları məhduddur. Bu, bir tərəfdən, büdcə vəsaitlərinin çatışmazlığından, digər tərəfdən, işçi yerlərinin korporativ müdafiəsindən doğur. İşçi qüvvələrinin korporativ müdafiəsi sənaye sahələrinin və xidmət sahəsindəki bir sıra peşələrin (məsələn həkimlərin) həmkarlar ittifaqları tərəfindən həyata keçir.
Müasir mərhələdə İtaliya iqtisadiyyatının nisbətən aşağı inkişaf templəri işsizlik probleminin həllində müsbət irəliləyişlərə gətirib çıxarmasa da, məşğulluğun müəyyən artımı qeyd olunurdu. Belə ki, 1996-cı ildə işsizliyin səviyyəsi (işçi qüvvəsi sayının %-i ilə) 11,7; 1997-ci ildə yenə də 11,7; 1998-ci ildə 11,8; 1999-cu ildə 11,4 və 2000-ci ildə 10,6 təşkil etmişdir. 2001-ci ildə əhalinin məşğulluğu əvvəlki illə müqayisədə 1,4% artmışdır. İşsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin 9,6% -i ölçüsündə qeyd olunmuşdur. Ümumilikdə 2001-ci ili əmək bazarının inkişafı nöqteyi nəzərindən müsbət qiymətləndirmək olar. Həmin ildə məşğulluq faizinin daha böyük artımı İtaliyanın şimal (+ 1%, yaxud 107 min iş yeri) və cənub (+0,5%, yaxud 32 min iş yeri) regionlarında qeyd olunmuşdur. İqtisadiyyatın sektorları nöqteyi nəzərindən, məşğulluğun artımı əsasən xidmətlər sahəsində və tikintidə yer almış, kənd təsərrüfatında və sənayedə isə məşğulların sayı azalmışdır. 2002-ci ildə işsizliyin səviyyəsi 9,1%-ə qədər azalmış, məşğulluğun artım templəri aşağı düşmüşdür.
Xarici iqtisadi əlaqələr
[redaktə | mənbəni redaktə et]İtaliyanın xarici iqtisadi maraqları əsasən Qərbi Avropada mərkəzləşmişdir (ixracın 56%-i, idxalın 60%-i). İtaliyanın əsas ticarət partnyorları Almaniya (ixracın 14,5%-i), Fransa (12,2%) və ABŞ-dır (ixracın 9,7%-i. Ölkənin xarici iqtisadi əlaqələrinin ödəniş balansı ilə ifadə olunmuş mühüm xarakteristikaları cədvəl 8.2-də göstərilmişdir.
1997-ci il Asiya böhranından sonra dünya ticarətindəki vəziyyətin pisləşməsi İtaliyanın xarici iqtisadi əməliyyatlarında da əks olundu. 2000-ci ildə ödəniş balansının bütövlükdə profisitlə yekunlaşmasına baxmayaraq, cari əməliyyatlar hesabının mənfi saldosu və ticarət balansının müsbət qiymətinin düşməsi qeyd olunmuşdur. Beləliklə, ümumi profisit əsasən investisiyanın ölkəyə axını ilə və yeni kredit axınlarının yaranması ilə izah olunur. 2001-ci ildə xarici ticarətin həcmi təqribən 529 milyard avro, o cümlədən ixracat təqribən 269 milyard avro (+3,5% dəyişməz qiymətlərdə), idxalat təqribən 260 milyard avro (+0,8%) təşkil etmişdir. Artım templərinin 2000-ci illə müqayisədə əhəmiyyətli şəkildə düşməsinə baxmayaraq, İtaliya çox qısa müddət ərzində ABŞ və Yaponiyanın xarici tələbatının azalmasını kompensə etməyə və öz kommersiya axınlarını qismən başqa ölkələrə, o cümlədən Şərqi Avropaya və Çinə yönəltməyə müvəffəq oldu. İtaliya 2001-ci ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr qrupunun ixracatında öz payını artırdı və 6,3% səviyyəsinə çatdırdı. Bununla da, beynəlxalq ticarətdə İtaliya kvotasının azalması ilə bağlı 1990-cı illərin ikinci yarısında başlamış neqativ tendensiya dayandırıldı. Mal və xidmət ticarətindəki müsbət saldoya baxmayaraq, 2001-ci ildə İtaliyanın cari əməliyyatlarının hesabı 6 milyard avro kəsiri ilə yekunlaşdı. Buna səbəb bank faizləri ödənişlərinin və dividendlərin böyük məbləğdə mənfi saldosu (-13 milyard avro), həmçinin xaricə gedən cari transfertlərin (şəxsi adamların və dövlət müəssisələrinin pul köçürmələri, xarici dövlətlərə əvəzsiz yardım) xaricdən gələn daxilolmalardan üstün olmasıdır (-4,8 milyard avro). 2001-ci ildə İtaliya müəssisələrinə qoyulan xarici investisiyalar İtaliyanın xarici investisiyalarından 3,2 milyard avro çox oldu.
İtaliya iqtisadiyyatının müasir vəziyyətini əsasən avronun tətbiqinin nəticələrinin aradan qaldırılması kimi xarakterizə etmək olar. Əgər əvvəllər ölkə öz iqtisadiyyatındakı durğunluğu milli valyutanın qiymətdən düşməsinin və dövlət xərclərinin artırılmasının köməyi ilə aradan qaldıra bilirdisə, indiki zamanda Avropa monetar ittifaqının üzvü olan İtaliya onun tələblərinə tabe olmalı və öz valyutasının stabilliyini saxlamalı, sərt vergi siyasətini aparmalıdır. Bununla eyni zamanda, həm ənənəvi bazarlara (məsələn, Almaniya), həm də inkişaf edən bazarlara ixracatın nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. Əsas problem ondan ibarətdir ki, Maastrixt razılaşmasının tələblərinin yerinə yetirilmə zərurəti iqtisadi artımın stimullaşdırılması üçün hakimiyyətə az imkan verir. Bu, əsasən dövlət borcunun azalmasına aiddir (ÜDM-un 120%-dən 60%-ə qədər). Nəticədə, borc yükünü çəkməyən digər ölkələrlə müqayisədə Italiya daha çətin vəziyyətdədəir.
Göstəricilər
[redaktə | mənbəni redaktə et]Aşağıdakı cədvəl 1980-2020-ci illər aralığında İtalya iqtisadiyyatındakı əsas iqtisadi göstəriciləri əks etdirir. İnflasiyanın 2%-in altında olduğu mərhələlər yaşıl rəngdə verilib.[21]
İl | ÜDM (in bn. Euro) |
Adambaşına ÜDM (Avro ilə) |
ÜDM artımı (real) |
İnflyasiya dərəcəsi (faizlə) |
İşsizlik (faizlə) |
İctimai borc (ÜDM içindəki %-i) |
---|---|---|---|---|---|---|
1980 | 213.0 | 3,777 | ▲3.4% | 21.8% | 7.4% | n/a |
1981 | ▲255.2 | ▲4,517 | ▲0.8% | 19.5% | 7.6% | n/a |
1982 | ▲301.2 | ▲5,328 | ▲0.4% | 16.5% | 8.3% | n/a |
1983 | ▲350.7 | ▲6,200 | ▲1.2% | 14.7% | 7.4% | n/a |
1984 | ▲400.9 | ▲7,088 | ▲3.2% | 10.7% | 7.8% | n/a |
1985 | ▲450.0 | ▲7,952 | ▲2.8% | 9.0% | 8.2% | n/a |
1986 | ▲497.5 | ▲8,790 | ▲2.9% | 5.8% | 8.9% | n/a |
1987 | ▲544.2 | ▲9,617 | ▲3.2% | 4.7% | 9.6% | n/a |
1988 | ▲604.8 | ▲10,683 | ▲4.2% | 5.1% | 9.7% | 93.0% |
1989 | ▲664.0 | ▲11,721 | ▲3.4% | 6.2% | ▬9.7% | 95.5% |
1990 | ▲722.8 | ▲12,749 | ▲2.1% | 6.4% | 8.9% | 98.8% |
1991 | ▲789.6 | ▲13,915 | ▲1.5% | 6.2% | 8.5% | 102.3% |
1992 | ▲830.9 | ▲14,636 | ▲0.8% | 5.0% | 8.8% | 109.7% |
1993 | ▲855.9 | ▲15,062 | ▼−0.9% | 4.5% | 9.8% | 120.5% |
1994 | ▲905.2 | ▲15,926 | ▲2.2% | 4.2% | 10.6% | 127.1% |
1995 | ▲985.0 | ▲17,328 | ▲2.3% | 5.4% | 11.1% | 116.9% |
1996 | ▲1,043.1 | ▲18,350 | ▲1.3% | 4.0% | ▬11.2% | 116.3% |
1997 | ▲1,089.9 | ▲19,162 | ▲1.8% | ▲1.8% | ▬11.2% | 113.8% |
1998 | ▲1,135.5 | ▲19,954 | ▲1.6% | ▲2.0% | 11.3% | 110.8% |
1999 | ▲1,171.9 | ▲20,593 | ▲1.6% | ▲1.7% | 10.9% | 109.7% |
2000 | ▲1,239.3 | ▲21,771 | ▲3.7% | 2.6% | 10.1% | 105.1% |
2001 | ▲1,298.9 | ▲22,803 | ▲1.7% | 2.3% | 9.1% | 104.7% |
2002 | ▲1,345.8 | ▲23,610 | ▲0.2% | 2.6% | 8.6% | 101.9% |
2003 | ▲1,390.7 | ▲24,313 | ▲0.2% | 2.8% | 8.5% | 100.5% |
2004 | ▲1,448.4 | ▲25,134 | ▲1.6% | 2.3% | 8.0% | 100.0% |
2005 | ▲1,489.7 | ▲25,656 | ▲1.0% | 2.2% | 7.7% | 101.9% |
2006 | ▲1,548.5 | ▲26,553 | ▲2.0% | 2.2% | 6.8% | 102.6% |
2007 | ▲1,609.6 | ▲27,495 | ▲1.5% | ▲2.0% | 6.1% | 99.8% |
2008 | ▲1,632.2 | ▲27,647 | ▼−1.1% | 3.5% | 6.7% | 102.4% |
2009 | ▼1,572.9 | ▼26,457 | ▼−5.5% | ▲0.7% | 7.7% | 112.5% |
2010 | ▲1,604.5 | ▲26,873 | ▲1.7% | ▲1.6% | 8.3% | 115.4% |
2011 | ▲1,637.5 | ▲27,313 | ▲0.6% | 2.9% | 8.4% | 116.5% |
2012 | ▼1,613.3 | ▼26,813 | ▼−2.8% | 3.3% | 10.7% | 123.4% |
2013 | ▼1,604.6 | ▼26,518 | ▼−1.7% | ▲1.2% | 12.1% | 129.0% |
2014 | ▲1,621.9 | ▲26,682 | ▲0.1% | ▲0.1% | 12.6% | 131.8% |
2015 | ▲1,652.1 | ▲27,174 | ▲0.9% | ▲0.1% | 11.9% | 131.6% |
2016 | ▲1,689.8 | ▲27,855 | ▲1.1% | −0.1% | 11.7% | 131.4% |
2017 | ▲1,727.3 | ▲28,510 | ▲1.5% | ▲1.3% | 11.3% | ▬131.4% |
2018[22] | ▲1,757.0 | ▲29,049 | ▲0.9% | ▲1.2% | 10.6% | 132.2% |
2019[23] | ▲1,771.5 | ▲29,166 | ▲0.1% | ▲0.7% | 10.7% | 133.4% |
2020[24] | ▼ | ▼ | ▼ −9.6% | ▲ 0.2% | 12.7% | 159.8% |
2021[25] |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
- ↑ "World Bank Country and Lending Groups". datahelpdesk.worldbank.org. World Bank. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
- ↑ 1 2 3 4 5 6 7 "World Economic Outlook Database, October 2020". IMF.org. International Monetary Fund. İstifadə tarixi: 22 October 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "CIA World Factbook". CIA.gov. Central Intelligence Agency. 1 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2019.
- ↑ "Poverta': Istat, in 2014 assoluta per 1,47 mln famiglie – Economia". ANSA.it. 14 March 2016. 23 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2021.
- ↑ "People at risk of poverty or social exclusion". ec.europa.eu. Avrostat. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2019.
- ↑ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu/eurostat. Avrostat. 20 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2019.
- ↑ "Human Development Index (HDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 15 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2019.
- ↑ "Inequality-adjusted HDI (IHDI)". hdr.undp.org. UNDP. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
- ↑ 1 2 3 "Labour market Q2 2020" (PDF). istat.it. Italian National Institute of Statistics. səh. 2. 28 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 September 2020.
- ↑ "Unemployment by sex and age – monthly average". appsso.eurostat.ec.europa.eu. Avrostat. 9 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020.
- ↑ "Unemployment rate by age group". data.oecd.org. OECD. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
- ↑ "Ease of Doing Business in Italy". Doingbusiness.org. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2017.
- ↑ "Euromoney Institutional Investor Company". 3 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.
- ↑ 1 2 3 4 5 6 "Euro area and EU27 government deficit both at 0.6% of GDP" (PDF). ec.europa.eu/eurostat. Eurostat. 4 June 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 April 2020.
- ↑ "Development aid rises again in 2016 but flows to poorest countries dip". OECD. 1 April 2017. 18 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2017.
- ↑ "Sovereigns Rating List". Standard & Poor's. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2011.
- ↑ Bufacchi, Isabella. "Moody's confirms stable outlook on Italy's "Baa2" sovereign rating". Il Sole 24 Ore. 16 October 2014. 6 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2015.
- ↑ "Fitch Affirms Italy at 'BBB+'; Outlook Stable". Reuters. 2 October 2014. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.
- ↑ "Scope revises the Outlook on Italy's BBB+ long-term ratings to Negative". Scope Ratings. 16 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2020.
- ↑ "Report for Selected Countries and Subjects". www.imf.org (ingilis). 10 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2018.
- ↑ "Report for Selected Countries and Subjects". www.imf.org. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2019.
- ↑ "Report for Selected Countries and Subjects". www.imf.org. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2020.
- ↑ "Report for Selected Countries and Subjects". www.imf.org. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2020.
- ↑ "Report for Selected Countries and Subjects: October 2020". imf.org. International Monetary Fund. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.