İsveçrə Xalq Partiyası
Sədri | Albert Rösti |
---|---|
Quruluş tarixi | 22 sentyabr 1971 |
Baş qərargah |
Brückfeldstrasse 18 CH-3001 Bern |
İdeologiya | milli mühafizəkarlıq[d], Avropa skeptisizmi, iqtisadi liberalizm[d] |
İdeoloji spektr | sağçılıq |
Üzv sayı | 90,000 |
Saytı | www.svp.ch |
Vikianbarda əlaqəli mediafayllar |
İsveçrə Xalq Partiyası (alm. Schweizerische VolksparteiSchweizerische Volkspartei, SVP; romanş GedenGeden, PPS), digər adı ilə Demokratik Mərkəz Birliyi (fr. Union démocratique du centreUnion démocratique du centre, UDC; it. Unione Democratica di CentroUnione Democratica di Centro, UDC) — İsviçrədəki Milli mühafizəkar və sağ populist bir siyasi partiyadır.
Əvvəllər mərkəzdəki bir fermer partiyası olmuşdur, 1980-ci illərdən sonra Kristof Blochernin qeyri-rəsmi liderliyində sağçı populizmə tərəf getdi. 1990-cı illər və 2000-ci illər də səslərini artıtaraq 29 %-ə çatıb.
Tarix
[redaktə | mənbəni redaktə et]Köklərini 1917-ci ildə Berndə yaradılan Fermerlər Partiyasına əsaslanır. Bu partiyalar süst bir federasiya qurdular, belə ki, 1929-cu ildə liderlərindən biri, Rudolf Minger Federal Şuraya seçilib. O zamandan bəri partiyanın Federal Şurada bir stulu yerləşir. 1936-cı ildə partiya rəsmən Fermerlər, Tacirlər və Sərbəst Çalışanlar Partiyası olaraq təşkilatçılıq etdi Glarus və Grisons Demokratik Partiyaları ilə birləşərək SVP adını aldı
SVP, ənənəvi olaraq İsveçrənin Almanca danışılan bölgələrində güclüdür. Ancaq 2000-ci illərdən etibarən Fransızca danışılan bölgədə də güc qazanmışdır. 2007-ci il etibarilə partiyanın ən güclü olduğu bölgələr Thurgau və Schwyz (hər ikisində də 40%-in üzərində), ən gücsüz olduğu bölgələr isə Fribourg, Valais və Ticinodur.[1]
2007 seçkiləri və partiyanın parçalanması
[redaktə | mənbəni redaktə et]İsveçrənin hökumət sistemi, "sehrli formul" deyilən bir alicənablıq müqaviləsinə əsaslanır. 7 üzvlü Federal Şuradakı üzvlər böyük partiyaların ümumi seçkilərdəki səslərinə görə dağılır. SVP, bu şuraya 1929-cu ildən bəri üzvdür, artan populyarlığı sayəsində 2003-cü ildən bəri ikinci bir stul daha tutmuşdur. Bu kresloya birbaşa partiyanın seçkilərdəki uğurunun arxasında olduğu qəbul edilən insan, Kristof Blocher oturmuşdur.
Noyabr 2007-ci il seçkiləri, SVP-nin İsveçrədəki ən güclü partiya olduğunu təsdiq etdi. Mübahisəli və qıcıqlandırıcı bir siyasi kampaniyada seçicilər açıq şəkildə Blocheri hökumətdən atma cəhdlərinə qarşı birləşməyə çağırıblar, nəticə olaraq SVP 1919-cu ildən bəri bir partiyanın aldığı ən yüksək səs faizini aldı, Məclisdəki 200 kreslodan 62-ni qazandı.
Minarə referendumu
[redaktə | mənbəni redaktə et]Ölkədə yalnız dörd minarə olmasına qarşılıq olaraq 2000-ci illərdən etibarən İsveçrədə minarə tikintilərinə qarşı əməliyyatlar aparılır, ancaq bunlar kanton hakimiyyətə maneçilik törədirdi. Buna qarşı SVP, 1 May2007-ci ildə "Egerkinger Komitəsini" quraraq Federal Demokratik Birlik Partiyasıyla birlikdə hərəkətə keçdi. Komitənin hazırladığı hesabatın ardından 29 Noyabr 2009-cu ildə keçirilən referendumda İsveçrə xalqı 57,5% nisbətində yeni minarə tikintilərinə əleyhinə səs verdi.
Seçki nəticələri
[redaktə | mənbəni redaktə et]Seçki | Səs | % | Stul | ± |
---|---|---|---|---|
1971 | 217,908 | 11.1% (#4) | 23 / 200
|
Yeni |
1975 | 190,445 | 9.9% (#4) | 21 / 200
|
▼ 2 |
1979 | 210,425 | 11.6% (#4) | 23 / 200
|
▲ 2 |
1983 | 215,457 | 11.1% (#4) | 23 / 200
|
▬ 0 |
1987 | 211,535 | 11.0% (#4) | 25 / 200
|
▲ 2 |
1991 | 240,353 | 11.9% (#4) | 25 / 200
|
▬ 0 |
1995 | 280,420 | 14.9% (#4) | 29 / 200
|
▲ 4 |
1999 | 440,159 | 22.5% (#1) | 44 / 200
|
▲ 15 |
2003 | 561,817 | 26.6% (#1) | 55 / 200
|
▲ 11 |
2007 | 672,562 | 28.9% (#1) | 62 / 200
|
▲ 7 |
2011 | 641,106 | 26.6% (#1) | 54 / 200
|
▼ 8 |
2015 | 740,954 | 29.4% (#1) | 65 / 200
|
▲ 11 |