İsgəndər Məlikov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsgəndər Məlikov
Şəxsi məlumatlar
Doğum tarixi 10 (23) fevral 1911
Doğum yeri
Vəfat tarixi 5 mart 1971(1971-03-05) (60 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti üzümçü

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı

İsgəndər Nəcəf oğlu Məlikov (10 (23) fevral 1911, Yelizavetpol5 mart 1971, Xanlar) — Azərbaycanı üzümçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950).[1]

İsgəndər Məlikov 1911-ci il fevralın 10-da Yelizavetpol qəzasının Yelizavetpol şəhərində anadan olub.

1948-ci ildən Azərbaycan üzümçülük sovxozunun direktoru, Azərbaycan SSR yeyinti sənayesi nazirinin müavini, Kirovabad şəhər Fəhlə Deputatları Soveti icraiyyə komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır. 1949-cu ildə 81 hektar sahədən hər hektardan 189,2 sentner üzüm məhsulu almışdır.

1962-ci ildən Xanlar Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi olmuşdur.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 sentyabr 1950-ci il tarixli fərmanı ilə 1949-cu ildə suvarılan üzüm bağlarında yüksək üzüm məhsulu əldə etdiyinə görə Məlikov İsgəndər Nəcəf oğlu "Lenin" ordeni"Oraq və çəkic" medalı ilə təltif olunmaqla Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.[2]

1946-cı ildən Sov.İKP-nın üzvü olmuş, Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir.

1971-ci il martın 5-də Xanlar şəhərində vəfat etmişdir.

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 489.
  2. Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда работникам виноградарских совхозов Министерства пищевой промышленности СССР по Азербайджанской ССР" от 4 сентября 1950 г. // Ведомости Верховного Совета СССР. — 13.09.1950. — № 27 (642). — С. 1.