Kono Yasui

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kono Yasui
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 24 mart 1971(1971-03-24) (91 yaşında)
Vəfat yeri
Elm sahəsi biologiya
İş yeri
  • Oçanomizu Universiteti[d]
Təhsili
  • Oçanomizu Universiteti[d]
Mükafatları III dərəcəli "Qiymətli tac" ordeni "Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kono Yasui (保井 コノ, Yasui Kono?, 16 fevral 1880, Kaqava24 mart 1971, Bunkyo) – Yaponiya bioloqusitoloqu. O, Yaponiyada elm üzrə doktorat dərəcəsi əldə etmiş ilk qadındır.[1]

Kono Yasui 16 fevral 1880-ci ildə Yaponiyanın Kaqava prefekturasında doğulmuşdur.[1] Kaqava Normal Məktəbinin qadınlar bölməsində təhsil almış, 1898-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinə daxil olmuşdur.[1] 1902-ci ildə məzun olduqdan sonra Gifu Qızlar Liseyində, 1904-cü ildə Kanda Qızlar Məktəbində müəllim kimi işləməyə başlamışdır.[1] 1905-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin yeganə elmi tədqiqat üzrə tələbəsi olmuş, zoologiyabotanika sahələrində ixtisaslaşmışdır.[1] Onun tərəfindən 1905-ci ildə yazılmış "Karp balığında Veber orqanı" məqaləsi "Zoological Science" jurnalında qadın müəllifə aid ilk məqalə olmuşdur.[1]

Yasui 1906-cı ildə botanika və sitologiya sahələrində araşdırmalar aparmağa başlamışdır.[1] Salvinia natans adlı qıjı növünün ziqotunu araşdırmış və nəticələri "Journal of Plant Science" jurnalında nəşr olunmuşdur.[1] Digər tədqiqatları Böyük Britaniyanın "Annals of Botany" jurnalında yayımlanmış və işi xarici jurnalda yayımlanmış ilk yapon qadın olmuşdur.[1] 1914-cü ildə təhsil almaq məqsədilə əvvəlcə Almaniyaya, daha sonra ABŞ-yə getmiş və Çikaqo Universitetində sitologiya araşdırmaları aparmışdır.[1] 1915-ci ildə Harvard Universitetində kömürü öyrənmiş, 1916-cı ildə Yaponiyaya qayıdaraq Tokio Universitetində "Qəhvəyi kömürün quruluşu və Yaponiyada daş kömür" adlı diplom işini tamamlamışdır.[2]

Yasui 1924-cü ildə qarğıdalının, tradeskansiyanınyabanı xaşxaşın genetikasını öyrənməyə başlamışdır.[2] 1929-cu ildə "Cytologya" jurnalının əsasını qoymuşdur.[2] 1945-ci ildə atom bombasının bitkilərə təsirini öyrənmişdir.[2] 1949-cu ildə Oçanomizu Universitetinin professoru olmuşdur.[2]

Yasui 1955-ci ildə "Bənövşəyi lent" medalı ilə, 1965-ci ildə isə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Kono Yasui (1880–1971)" (ingiliscə). Oçanomizu Universiteti. 19 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2022.
  2. 1 2 3 4 5 6 Haines