Azusa çayı
Azusa çayı | |
---|---|
梓川 | |
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 559 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Azusa çayı (梓川, Azusa-gawa) — Yaponiyanın Naqano prefekturasının qərb bölgəsində, Şimali Yapon Alplarında çay. Çay Şinano çayının su hövzəsinə aiddir və Sai çayının yuxarı hissəsini təşkil edir.
Çayın adı çay hövzəsində bitən katalpa ağacından (梓, azusa, shi) götürülmüşdür. Bu ağacdan Şinto rituallarında müqəddəs ox olan Azusa yumi (Müqəddəs yay)[1] etmək üçün istifadə olunur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Azusa çayının uzunluğu 65 km, su hövzəsi 559 kv.km-dir. Çay Çubu-Sanqaku Milli Parkında Yari dağının cənub-şərq yamacından başlayır.[2]
Çay Kamikoçi (上高地, Yuxarı Dağlar) vadisindən axır və Yaponiyanın Milli Mədəniyyət Varlıqlarından biri kimi Xüsusi Təbiət Abidələri və Yaponiyanın Ən Gözəl Yerləri siyahısındadır.[3]
Çay Azumino və Matsumoto şəhərlərindən keçərək şimal-şərqə axır, burada Naqano, yaxınlığında Narai çayı[4] ilə birləşir və buradan Yaponiyanın ən uzun çayı olan Şinano çayının[5] ən mühüm qolu olan Sai çayına[6] axır.
Azusa çayı Yari dağı, Hotakadake və Yake dağlarından axır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]İpəkçilikdə
[redaktə | mənbəni redaktə et]İngilis missioner və alpinist Valter Veston 1896-cı ildə yazdığı "Alpinizm və Yapon Alp dağlarında kəşfiyyat" kitabında yazırdı ki, Azusa çayı ipəkçilikdə istifadə olunan maşınları gücləndirmək üçün istifadə olunurdu: "İpəyi baramalardan ayırmaq üçün sadə mexanizm su ilə işləyir"[7]
Su-elektrik stansiyası
[redaktə | mənbəni redaktə et]Çay boyunca bir neçə bənd Tokio Elektrik Enerjisi Şirkəti tərəfindən idarə olunur: Naqavado bəndi, Midono bəndi, və İnekoki bəndi.[8][9][10][11] Bəndlər nasosla yığılan elektrik enerjisindən istifadə edilir və ümumi olaraq Azusagava bəndləri adlanır.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2024-02-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-30.
- ↑ "Arxivlənmiş surət". 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ https://emergency-weather.yahoo.co.jp/weather/en/river/8404030898/
- ↑ "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "Arxivlənmiş surət". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ https://archive.org/details/mountaineeringex00westrich/page/22/mode/2up
- ↑ "TEPCO Nagawado Dam (in Japanese)". 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
- ↑ "Nagawado Dam" (yapon). Japan Dam Handbook. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2022.
- ↑ "Midono Dam" (yapon). Japan Dam Handbook. 19 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2022.
- ↑ "Inekoki Dam" (yapon). Japan Dam Handbook. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2022.
- ↑ "Arxivlənmiş surət". 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.