Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir[1].
Nektarinidlər, nektarofaqlar
[redaktə | mənbəni redaktə et]Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır.
Müxtəliflik (Fərqlilik)
[redaktə | mənbəni redaktə et]Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir.
· alma — 46—53 %
· gilas — 46—49 %
· moruq — 35—64 %
· motmotu — 35—42 %
· qırmızı qarağat — 32—40 %
· qarağat — 22—37 %
Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir. Ortalama olaraq, nektarda üstünlük təşkil edən şəkərlər saxaroza və fruktozadır. Müxtəlif bitkilərin çiçəkləri fərqli miqdarda nektar oluşdurur. Məsələn, moruğun çiçəyi iki dəfə çox nektar ifraz edir, lakin müəyyən ərazidə bitkilərin oluşdurduğu nektarın miqdarının hesablanmasına gəldikdə, çiçəklərin miqdarı da mühüm rol oynayır. Bəzi bitkilərin nektarında toksik maddələr olur və onlar zəhərlidirlər (məs., canavargiləsi, rododendron, bozalaq, azaliya, asırqal), bəzi zəhərli bitkilərin isə nektarı nisbi olaraq təhlükəsizdir (bəngotu, ayıbaldırğanı, oleandr, üskükotu və s.).
Sibir knyajiki bitkisinin bir çiçəyində 90 mq nektar toplandığı halda, parlaq qərənfildə bu göstərici 44 mq-a bərabərdir.
Nektar bitkilərin və canlıların koevolyusiyasında (birgə təkamül) bağ qismində
[redaktə | mənbəni redaktə et]Nektar bir çox həşəratın qida mənbəyidir (əsasən də arıların, it arılarının, eşşək arılarının, kəpənəklərin).
Bal arıları nektarı pətəklərin şanlarına apararaq ondan bal istehsal edirlər.
Çiçəklər nektar oluşdururaq müxtəlif canlıları onları tozlandırmağa təşviq edirlər – həşəratlardan başqa bunu hətta quşlar (kolibri) və yarasaların bəzi növləri edir.
Bəzi akasiyalar qarışqalara sığınacaq verməklə birgə onları nektarla təmin edirlər, çünki sonuncular bitkiləri otyeyənlərdən qoruyur.
Xarici keçid
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- · Глухов M.M. Медоносные растения, Москва, 1955
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008