Məlahət Fərəcova
Məlahət Fərəcova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | İçərişəhər Muzey Mərkəzi |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti fərqlənmə diplomu ilə (1981), Oksford Universiteti "Academic Visitor"(2006), Fullbright proqramı üzrə Konnektikut Universiteti (2008) |
Üzvlüyü |
İCOM, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü, Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi |
Məlahət Novruz qızı Fərəcova — tarix elmləri doktoru, dosent, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi (2015-ci ildən), İçərişəhər Muzey Mərkəzinin direktor müavini (2019-cu ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]Məlahət Fərəcova 1958-ci il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. 1965–1975-ci illərdə 154 №-li məktəbdə təhsil alıb. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə ilə bitirmişdir. M.Fərəcova 2005-ci ildə elmlər namizədi alimlik dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 1976-cı ildə 114 nömrəli məktəbdə başlamışdır. 1981–1995-ci illərdə Azərbaycan Ensiklopediyası və Azərbaycan Dövlət Xalça Muzeyində kiçik elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 1995–2015-ci illərdə Qobustan dövlət tarixi-bədii qoruğunun direktoru təyin olunmuşdur. O, 2016–2019-cu illərdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru olmuşdur. 2019-cu il 18 yanvar tarixindən İçərişəhər Muzey Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.
1995–2015-ci illərdə Qobustan Milli Tarix Bədii qoruğunun direktoru olduğu müddətdə qoruq 2007-ci ildə YUNESKO Dünya Mədəni İrs siyahısına daxil edilmişdir, Azərbaycanda və Qafqazda birinci interaktiv muzey inşa olunub (2011-ci il) , 2012-ci ildə UNESCO hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusunu Qobustan abidələrinə verilib , Qobustan qoruğunun yeni muzeyi Avropa şurası tərəfindən 2013-cü İlin Avromuzeyi mükafatına layiq olunub , 2015-ci ilin noyabr ayında Avropa Şurasnn nəzdində olan beynəlxalq CARP–PRAT(Prehistoric Rock Art Trails) təşkilatının üzvü olub. İşlədiyi müddət ərzində qoruqda bir çox yeniliklər tətbiq edilmişdir. Abidələri qoruyub saxlanılması istiqamətində onun tərəfindən 2003-cü ildə Azərbaycanda Qobustanın birinci rəqəmsal xəritəsi hazırlanmışdır. Bundan əlavə Qobustan abidələrinin birinci 3D modeli onun tərəfindən hazırlanmışdır.[1][2][3]
2016–2019-cu illərdə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun direktoru vəzifəsində çalışdığı müddətdə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu Avropa Şurasının nəzdində olan beynəlxalq CARP–PRAT İbtidai Qayaüstü İncəsənəti Yolları (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatına üzv kimi daxil olunmuşdur. Qoruqda işlədiyi müddətdə yeni interaktiv ustad dərsləri, tarix-etnoqrafik sərgilər və videokonfranslar təşkil etmişdir.[4]
Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “”Qədim İncəsənət tarixi”,”Azərbaycan İncəsənəti”,[5]"Ornament tarixi", "Təsviri İncəsənət”, "Qalereya və Kuratorluq" fənləri üzrə mühazirələr oxuyur.
1995-ci ildən İCOM-un və İCOMOS-un beynəlxalq muzey və abidələr təşkilatlarnın üzvüdür.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məlahər Fərəcova 150 yaxın elmi əsərin, o cümlədən 6 kitabın müəllifidir.
2006-cı ildən tarix üzrə fəlsəfə doktorudur. 2023-cü ildən tarix elmləri doktorudur."Qobustan çalaları" (2007)[6], "Azərbaycan qayaüstü incəsənəti" (2009), "Petroglyphs" (2012, 5 dildə), "Qobustan" (2016), "Azərbaycan qayaüstü incəsənəti dünyası" (2017) 3 dildə hazırlanmış kitabların müəllifidir, "Qobustan pirləri" adlı filmin redaktoru və ssenari müəllifi, 150 yaxın elmi məqalənin müəllifidir (Elsevier, Science Direct şebekesinin nüfuzlu jurnallarında məqalələri çap olunub). Dünyada mürəkkəb məsələlərdən biri olan qayaüstü rəsmlərin tarixini müəyyənləşdirmək üçün Qobustanın müxtəlif dövrlərin tarixini ilk dəfə onun tərəfindən radiokarbon analizləri yeni üsulla aparılmışdır (AMS-dating).[7]
2006-cı ildə Böyük Britaniyanın Oksford Universitetində , 2008-ci ildə ABŞ-nin Konnektikut Universitetində (ABŞ Dövlət Departamentinin "Fulbright" təqaüd proqramının qalibi olub), 2009-cu ildə İtaliyanın Lombardiya vilayətinin Katolik Universitetində (Post Doctoral Edication), UNESCO-nun 43-cü Assambleyası çərçivəsində "World Heritage Site Managers Forum 2019" təcrübə mübadiləsi keçmiş və mühazirələr oxumuşdur. 50-dən çox Beynəlxalq mükafat və sertifikat alıb. 15 Beynəlxalq layihənin müəllifidir. Onlardan ABŞ Departamentinin dəstəyi ilə "Written in Rock" ("Qayalarda yazılar")[8][9] adlı layihə hindu tayfalarının qayaüstü incəsənəti və Azərbaycan-Qobustan petroqlifləri olan yerlərin öyrənilməsi, qorunması, idarə olunmasına dair seminar və təcrübə mübadiləsi keçirilmişdir.
YUNESKO-nun xətti ilə Qazaxıstan, Özbəkistan və Rusiyanın Kareliya Respublikasında[10] keçirilmiş beynəlxalq ekspedisiyalarda, monitorinq və seminarlarda ekspert qismində iştirak edib.
50-dən artıq YUNESKO-nun və digər beynəlxalq konfranslar və simpoziumlarında təşkilatçı, məruzəçi və beynəlxalq eksperti kimi iştirak edib.
2015-ci ildən Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisidir.
2016-cı ildən Avropa Şurasının nəzdində olan beynəlxalq CARP–PRAT İbtidai Qayaüstü İncəsənəti Yolları (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının elmi komitəsinin 12 ekspert üzvündən biri olmuşdur. 2020-ci ildən həmi təşkiların Direktorlar Şurasının üzvüdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Malahat Farajova". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Innovative Approach to the Creation of New Museum Complex in Gobustan National Historical-Artistic Reserve". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Qobustan: The prehistory of mankind, incised on stone". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ ""Avropa Qayaüstü İncəsənəti Günü" İçərşəhərdə qeyd olundu". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ Farajova, Malahat. . (#cite_web_url)
- ↑ http://bilasuvar.cls.az/front/files/libraries/525/books/859885319.pdf[ölü keçid]
- ↑ "About specifics of rock art of Gobustan and some innovative approaches to its interpretation ("Firuz 2" shelter)". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Written in Rock". 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Smithsonian Institution". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Музей "Кижи" принял международный научно-практический семинар в рамках работы по включению петроглифов Карелии в Список всемирного наследия". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- https://agt.si.edu/uncover_more/workshop_proceedings_agenda.html Arxivləşdirilib 2017-04-20 at the Wayback Machine
- https://www.rockartscandinavia.com/adoranten-2011-ac2.php
- https://www.semanticscholar.org/paper/Gobustan-Rock-Art-Cultural-Landscape-Farajova/bfd640f262e0c8c134ebc7ef3f0ec793402ffded
- http://rcchd.icomos.org.ge/?l=E&m=4-4&JID=2&AID=19
- http://blogs.univ-tlse2.fr/palethnologie/wp-content/files/2013/fr-FR/version-longue/articles/ASI6_Farajova.pdf
- http://kronk.spb.ru/library/2014-ns-ati.htm
- http://cuadernosdearterupestre.es/servlet/s.Sl?navegacion=n&sit=i,2&r=ReP-30767-DETALLE_REPORTAJESABUELO[ölü keçid]
- https://www.sciencedirect.com/science/article/abs/pii/S1040618216308746
- https://www.academia.edu/38664377/Malahat_Farajova
- http://www.academia.edu/5901259/Malahat_Farajova_Gobustan
- https://www.researchgate.net/publication/328274776_Gobustan_Rock_Art_Cultural_Landscape_Azerbaijan
- https://blogs.univ-tlse2.fr/palethnologie/wp-content/files/2013/fr-FR/version-longue/articles/ASI6_Farajova.pdf
- http://www.rockartscandinavia.com/images/articles/malahat_a11.pdf
- https://elibrary.ru/item.asp?id=35611951
- https://www.researchgate.net/publication/336558285_THE_OVCHULAR_SHELTER_ON_THE_UPPER_TERRACE_OF_MOUNTAIN_BEYUKDASH
- http://azerilme.az/Azerbaycan-xalcalari/2018N26/ Arxivləşdirilib 2020-02-24 at the Wayback Machine
- http://intangible.az/front/az/downloadExampleLibrary/1855[ölü keçid]
- http://lib.az/book/42/show