Məzmuna keç

dalan

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı dalan dalanlar
Yiyəlik halı dalanın dalanların
Yönlük halı dalana dalanlara
Təsirlik halı dalanı dalanları
Yerlik halı dalanda dalanlarda
Çıxışlıq halı dalandan dalanlardan

azərbaycanca: dalan

Mənalar :

  1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. [Hacı Fərəc:] Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola.. N.Vəzirov. [Məşədi Əsgər] yavaş-yavaş qapıya sarı gedib, şüşədən dalana baxmaq istəyirdi ki, birdən qapı açıldı. S.M.Qənizadə. Küçə qapısından girərkən uzun, qaranlıq bir dalanı keçib öz otağıma gedərdim. S.Hüseyn.
  2. İki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol. Dalanın nömrəsi. – Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. M.S.Ordubadi. İçərişəhərdə, qaranlıq dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]