basdırmaq
Görünüş
Mənalar :[1]http://azerdict.com/izahli-luget/basdırmaq
- ↑
- Əkmək, sancmaq. Ağac basdırmaq. Dirək basdırmaq. – [Fəxrəddin:] Çox pakizə .. sübh tezdən hamısını basdıraram. N.Vəzirov.
- Quyulamaq, torpağa gömmək. Ölü basdırmaq. – Biz onu [Azadı], öz vəsiyyətinə görə, uca bir yerdə basdırdıq. M.İbrahimov. [Nəsib kişi:] Yeddi uşaqdan üçünü basdırmışam. Mir Cəlal.
- Üstünü örtmək. [Sübhanverdizadə] yerə uzanıb yastığa söykəndi. Nemətullayev onun yan-yörəsini basdırdı. S.Rəhimov. // Məc. mənada. Cinayətin üstünü basdırmaq. // Torpağın altında gizlətmək. ..Veylabad şəhəri elə bil dəyişmişdi, hərə bir tərəfə qaçıb dağılmaqda idi .. Sərvətlilər qızıllarını basdırırdılar. Çəmənzəminli.
- Qatlayıb tikmək. Paltarın ətəyini basdırmaq.
- Dişi heyvanı erkək heyvanla cütləşdirmək.
- Cücə çıxartmaq üçün yumurtaları kürt toyuğun altına qoymaq.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|