Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir. _Bəs demək – kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. – olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir; o qədər ki. Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli. Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani. Bəs qədər – olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi. Bəs olmaq, bəs etmək (eləmək) – kifayət etmək, yetmək, çatmaq. Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov. Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən. [Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov.
Əmr şəklində: bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər. Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi... Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir. Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi. [Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.
azərbaycanca: bəs [2]
Mənalar :
Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? – Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi? Nəsimi. Rəngü ruyu, cismi, taqəti, canı; Külli varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, özü-özünə yerin altından pırtlayıb çıxsın? C.Məmmədquluzadə. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev.