bənzər
Görünüş
- Oxşar, oxşayan, bənzəyən, tay, uyğun. Bir-birinə bənzər. Əkizlər çox zaman bir-birinə bənzər olurlar. – Əlfazi Nəsimi bu gün ol möcüzədir kim; Bənzər ona bir lölöi-şəhvar ələ girməz. Nəsimi. Nə qədər qız yetirsə Gürcüstan; Sana bənzər mələk yetirməz, inan. H.Cavid.
- is. Misl, tay, bərabər, timsal. Nə biləsən nə arayır xəyalında bu qoca; Bənzəri var bu torpaqda kök salan bir ağaca. S.Rüstəm. Sənət dəryaya bənzər, onun min bir halı var... B.Vahabzadə.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|