Məzmuna keç

bəla

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı bəla bəlalar
Yiyəlik halı bəlanın bəlaların
Yönlük halı bəlaya bəlalara
Təsirlik halı bəlanı bəlaları
Yerlik halı bəlada bəlalarda
Çıxışlıq halı bəladan bəlalardan
  • azərbaycanca: bəla
  • Əski əlifba: بلا

Mənalar :[1]https://web.archive.org/web/20150427032643/http://azerdict.com/izahli-luget/b%C9%99la

    1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi. – Bu nə bəladır ki, .. dağlar və daşlar da quraqlıqdan od tutub yanır. C.Məmmədquluzadə. ..Kiçik bir xata böyük bəlalar törədər. M.İbrahimov. // Məc. mənada. [İrakli:] Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu ilə birləşib, bu gələn bəlanı tezlik ilə dəf edək.. Ə.Haqverdiyev. On nəfər polis ədibin qapısını açıb bəla kimi içəri soxuldu. Mir Cəlal.
    2. Qəm, qüssə, kədər, dərd, əzab, iztirab. Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq. S.Ə.Şirvani. _ Bəla çəkdirmək – zülm etmək, əziyyət vermək, çox incitmək. Bəla çəkmək – müsibət və məşəqqət görmək, çox ağır hallar keçirmək. Bəlasını çəkmək – əziyyətinə dözmək, qatlaşmaq, əziyyətini çəkmək. Əzəldən canımı eşqin yolunda çün qoymuşam; Bəlasını çəkərəm, dönməzəm bəlasından. Nəsimi. Bəlaya düçar olmaq – fəlakətə məruz qalmaq. Bəlaya düşmək – əziyyətə, müsibətə məruz qalmaq, xataya düşmək, çətin vəziyyətə düşmək. Əgərçi zülfünə dami-bəla demiş aqil; Bu damə kim ki, gəlib düşmədi, bəlayə düşər. Nəsimi. Bəlaya salmaq – müsibətə salmaq, çətin vəziyyətə salmaq. Zəmanə zülfü rüxündən bəlayə saldı bəni; Həm ol zəman ki, seçildi qərası ağından. Nəsimi. Bəlayi-müsibətlə – çox çətinliklə, böyük çətinlik və əziyyətlə. Bir bəlayi-müsibətlə bunun [Fərəcovun] qrimini təmizləyib, şad-xürrəm hamı öz evinə getdi. H.H.Sarabski. Bəlayinagəhan – gözlənilməz bəla, afət (bəzən məcazi mənada işlənir). Bu prokuror ki, görürsünüz, bir vaxt N. qəzasının bəlayinagəhanı idi. Ə.Haqverdiyev. ◊ Başa bəla kəsilmək – daima incitmək, gözümçıxdıya salmaq, daim əngəl törətmək. ..[Varis] tələbələrin başına bəla kəsilmək, onları təhqir etməkdən zövq alırdı. A.Şaiq. Başına bəla açmaq – əngələ salmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək. Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. M.F.Axundzadə. Katibin Sübhanverdizadəyə ötən günü hilli-mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]