Otto Liman fon Sanders

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Otto Liman fon Sanders
alm. Otto Liman von Sanders
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Slupsk, Prussiya krallığı
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Münxen, Bavariya, Veymar Respublikası
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Almaniya imperiyası
Qoşun növü Quru Qoşunları
Hərbi hissə 1-ci Ordu
5-ci Ordu
İldırım Ordular qrupu
Xidmət illəri 1874-1918
Rütbəsi General
Döyüşlər
Təltifləri Pour le Mérite (10 yanvar 1916)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Otto Liman fon Sanders (alm. Otto Liman von Sanders‎; 17 fevral 1855 - 22 avqust 1929) — Birinci dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.[1]

Liman fon Sanders Prussiya krallığının Pomeraniya bölgəsində yerləşən Stolp (indiki Slupsk) şəhərində anadan olmuşdur. O, 1874-cü ildə Alman ordusuna qoşulmuş və general rütbəsinə qədər yüksəlmişdir. 1913-cü ildə digər bir sıra prussiyalı generallar kimi o da Osmanlı ordusunda xidmət etməyə başlamışdır. 1915-ci ildə Gelibolu və Çanaqqala boğazlarını müdafiə edən 5-ci Ordu komandanlığına təyin olunmuşdur. Bu vəzifədə olarkən göstərdiyi xidmətlərə görə Müşir rütbəsinə yüksəlmişdir.

1918-ci ildə general Erix fon Falkenhaymın yerinə Sinay və Fələstin cəbhəsində döyüşən İldırım Ordular qrupuna komandan təyin olunmuşdur.

Müharibə başa çatdıqdan sonra müharibə cinayətləri işlədiyi iddiası ilə 1919-cu ilin fevralında Maltada həbs olunur. Həbs olunduqdan altı ay sonra azad olunur və elə həmin il Almaniya ordusundan ayrılır.

1927-ci ildə müharibə ərzində və öncəsində öz təcrübələri haqqında Maltada həbsdə olarkən yazdığı kitabını nəşr etdirir. 22 avqust 1929-cu ildə Münhen şəhərində vəfat etmişdir. Darmştat şəhərində, həyat yoldaşı Amelie fon Sandersin yanında dəfn olunmuşdur.

  1. "Liman von Sanders, Otto Viktor Karl". Hessische Biografie. 6 iyun 2014. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]