Ontologiya (informasiya elmi)

Vikipediya, azad ensiklopediya
(Ontologiya (informatika) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir.

Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır.[1] Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda,[2] eyni zamanda iqtisadiyyatın digər alt sahələrində[3] narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).

İnformasiya elmindəfəlsəfədə ontologiyalar ümumi məqsədə malikdir. Onlar ortaq varlıqları, ideyaları və hadisələri bir-birindən asılı olan xassələri və əlaqələri təmsil etməyi hədəfləyirlər. Bu təmsil kateqoriyalar sistemindən istifadə etməklə həyata keçirilir. Həm informasiya elmində, həm də fəlsəfədə ontologiya mühəndisliyinə yönəlmiş əsaslı tədqiqatlar var. KuaynKripke kimi filosoflar fəlsəfə sahəsində, informasiya elmində isə SowaGuarino[4] kimi tədqiqatçılar əhəmiyyətli töhfələr veriblər. Normativ ontologiyanın mümkünlüyü ilə bağlı mübahisələr də davam edir. Fəlsəfədə bu mübahisələr təməlçilikkoherentizmi əhatə edir, süni intellektdə isə müzakirələr BFOCyc kimi ontologiyalar ətrafında fırlanır.

Tətbiqi ontologiya əvvəlki fəlsəfi işlərin davamı kimi görünür. Bununla belə ontologiyada bir çox konkret sahələr üçün idarə olunan lüğətlərin yaradılmasına daha çox diqqət yetirir. Tətbiqi ontologiyada sabit mahiyyətlərin mövcudluğu və ya davamlı obyektlərin (məsələn, davamlılıqdözümlülük kimi) proseslər üzərində ontoloji üstünlüyü kimi təməl prinsiplər araşdırılmır. Süni intellekt əsasən təbii dil emalı, maşın tərcüməsibiliklərin təqdimatı kimi alt sahələrdə tətbiqi ontologiyaya yönəlib. Lakin ontologiya redaktorları süni intellektə töhfə vermək niyyəti olmadan təhsil kimi bir sıra sahələrdə tez-tez istifadə olunur.[5]

Əlaqədar fəlsəfi anlayışlar
  1. G Budin, Ontology-driven translation management // Helle V. Dam (redaktor), Knowledge Systems and Translation, Jan Engberg, Heidrun Gerzymisch-Arbogast, Walter de Gruyter, 2005, səh. 113, ISBN 978-3-11-018297-2
  2. Palermo, Giulio. "The ontology of economic power in capitalism: mainstream economics and Marx". Cambridge Journal of Economics. 31 (4). 10 January 2007: 539–561. doi:10.1093/cje/bel036 – Oxford Journals vasitəsilə.
  3. Zuniga, Gloria L. "An Ontology Of Economic Objects". Mpra Paper. Research Division of the Federal Reserve Bank of St. Louis. 1999-02-02. 2013-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  4. Sowa, J. F. "Top-level ontological categories". International Journal of Human-Computer Studies. 43 (5–6 (November/December)). 1995: 669–85. doi:10.1006/ijhc.1995.1068.
  5. Musen, Mark. "The Protégé Project: A Look Back and a Look Forward". AI Matters. 1 (4). 2015: 4–12. doi:10.1145/2757001.2757003. PMC 4883684. PMID 27239556.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]