Google Chrome

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Google Chrome
Loqonun şəkli
Tipi brauzer, özəl proqram təminatı
Tərtibatçı Google
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Windows, Linux, macOS, AndroidiOS
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi 2 sentyabr 2008[7]
Platforma İA-32, x86_64[d], ARM[d]
Sonuncu versiya
  • 131.0.6778.39[1]
  • 131.0.6778.69/70[2]
  • 130.0.6723.127[3]
  • 131.0.6778.73[4]
  • 132.0.6834.4[5]
  • 132.0.6834.6[6]
  • 131.0.6778.39
Lisenziya havayı proqram təminatı[8]
Sayt google.com/chrome/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google ChromeChromium və Blink mühərriki əsasında Google tərəfindən hazırlanmış bir brauzerdir (2013-cü ilin aprel ayına qədər Vebkit adından istifadə edilmişdir). İlk ictimai beta versiyası 2 sentyabr 2008-ci ildə, ilk sabit — 11 dekabr 2008-ci ildə buraxıldı. StatCounter-ın məlumatına görə, 300 milyon istifadəçisi olan Chrome Dünyanın ən məşhur brauzeridir — 2018-ci ilin sentyabr ayının bazar payı 60,6% təşkil edir.


Google Chrome ayrıca Windows 7, Server 2008 R2, Windows 8, Server 2012, Windows 8.1Server 2012 R2 dəstəyi bitəcəyini təsdiqləndi və 109-cu versiya olduğunu bildirib.[9]

Rəsmi çıxış tarixi 3 sentyabr 2008-ci il olan bu yeni brauzerin xüsusiyyətlərini və yaradılma səbəbini açıqlayan, Scott McCloud tərəfindən yaradılan karikatura jurnalistlərə və bloqlara göndərilmişdir. 4 Avropa üçün hazırlanan kopyalar Philipp Lenssennin Google Blogoscopedda verilmişdir. 38 səhifəlik karikatura 1 sentyabr 2008-ci ildən etibarən səhifələrində yer almaqdadır. Dərhal ardından Google, Google Books adıyla karikaturaları öz saytında yayımlamağa başladı və rəsmi bloqunda bundan bəhs etdi.

Öncə dizayn məqsədləri, mövcud olan brauzerlərin arasında təhlükəsizliyi inkişaf etdirmək, sürət və dayanıqlılığı təmin etmək. Bunlarla yanaşı, geniş bir istifadəçi interfeysi dəyişməsi edilmişdir.Chrome, GoogleNetscape kimi digər üçüncü tərəf proqramlardan ibarət olan 26 fərqli kod kitabxanasında yaradılmışdır.

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Chrome periodik olaraq iki ədəd qara listəni (phishing və malware) yeniləməkdədir.Və istifadəçilər zərərli saytları ziyarət etməyi yoxlayanda onları xəbərdar edər. Bu xidmət digər istifadəçilər tərəfindən, "Google Safe Browsing API" adıyla xatırlanan cəmiyyətə açıq sahə vasitəsiylə istifadə edilir.

İstifadəçi interfeysi əsas olaraq geri, irəli, yenilə, saytlar, get və ləğv seçimləri daxildir. Bu seçimləri Safari ilə bənzərdir. Parametrləri isə İnternet Explorer 7 / 8 ilə oxşardır.pəncərəni bağlama düymələri isə Windows Vistaya əsas alınmışdır.

Qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

"The Daily Telegraph yazarı Matthew Moore, proqramı ilk yoxlayanlardan biri olaraq bu qiymətləndirməyi etmişdir:" Google Chrome göz oxşayan, sürətli və təsirli yeni xüsusiyyətlərə malik lakin hələ Microsoftu təhdid edən bir rəqib deyil. "

Microsoft'dan edilən şərh: "Chrome tərəfindən gələn hədəni ciddiyə almırıq" və "bir çox insanın İnternet Explorer 8-i seçəcəyini təxmin edirik." Opera Software: "Chrome, ən böyük tətbiq platforması olaraq İnternetdə güclənəcəkdir." Mozilla isə Chrome-un veb brauzer bazarına girməsinin sürpriz olmadığını və Chrome-un Firefox-un rəqibi olma kimi bir hədəfi olmadığını bildirib.

  1. Chrome Beta for Android Update (ing.). 2024.
  2. Stable Channel Update for Desktop (ing.). 2024.
  3. Extended Stable Channel Update for Desktop (ing.). 2024.
  4. Chrome Stable for iOS Update (ing.). 2024.
  5. Chrome Beta for iOS Update (ing.). 2024.
  6. Chrome Beta for Desktop Update (ing.). 2024.
  7. https://googleblog.blogspot.com/2008/09/google-chrome-now-live.html.
  8. Google Chrome Terms of Service.
  9. "Sunsetting support for Windows 7 / 8/8.1 and Windows Server 2012 and 2012 R2 in early 2023". 2024-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-29.