Aleksis Tsipras
Aleksis Tsipras | |
---|---|
Αλέξης Τσίπρας | |
Yunanıstanın Baş Naziri | |
Şəxsi məlumatlar | |
Doğum adı | Αλέξης Τσίπρας |
Doğum tarixi | 28 iyul 1974[1][2] (50 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, inşaat mühəndisi[d] |
Həyat yoldaşı | Peristera Baziana (rəsmi nigahlı deyil) |
Uşağı | iki övladı var |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksis Tsipras (yun. Αλέξης Τσίπρας; 28 iyul 1974[1][2], Afina) — Radikal Sol Koalisya partiyasının lideri, 26 yanvar 2015-ci ildən Yunanıstanın Baş Naziri. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvü seçilmişdir.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksis Tsipras 1974-cü il iyulun 28-də Afina şəhərində anadan olmuşdur.[4]
Afina Milli Texniki Universitetinin inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb və 2000-ci ildə universiteti bitirib. Universiteti bitirdikdən sonra inşaat sektorunda inşaat mühəndisi olaraq işləmişdir. Bir çox layihələr üzərində çalışıb.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Çipras 1980-ci illərdə Yunanıstan Komunist Gənclik Partiyasına üzv oldu. 1990-cı illərin əvvəlində Abelokipidə məktəbdə təhsil aldığı zaman Yunanıstanın o zamanki Təhsil Naziri Vasilis Kontoyannopulosun qalmaqallı qanunlarına qarşı tələbə etirazlarında aktiv oldu.
1995-ci ildən 1997-ci ilə kimi Yunanıstan Milli Tələbə Birliyi Mərkəz Təşkilatına təmsilçi seçilmişdir.1999–2003-cü illərdə Synaspismos Neolaia Syn Partiyasının Gənclər Təşkilatında işləyir. Alexis Tsipras ən böyük siyasi çıxışını 2008–2009-cu illərdə edir və Synaspismos koalisiyasının konqresində partiya lideri seçilir. 33 yaşlı Tsipras partiyanın tarixində sədr seçilən ən gənc siyasətçi olur.
Afina bələdiyyə məclisi üzvü seçildiyi zamanda 2007-ci ildə Yunanıstan Məclis üzvi (Vouli) üçün çalışmışdır.
Pariyanın öncəki sədri Alekos Alavanos şəxsi məsələləri səbəb gətirərək partiya sədrliyinə keçirilən seçimlərdə iştirak etmədi. 10 fevral 2008-ci ildə keçirilən konqresdə Tsipras Radikal Sol Koalisya pariyasını sədri seçildi. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvi seçildi.2012-ci ildə keçirilən seçkilərdə SYRIZA 22 faiz toplayır, Aleksis Tsipras ana müxalifət lideri seçilir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Aleksis Tsipras liseydə tanış olduğu və onun kimi Yunanıstan Kommunist Gəncliyinin üzvü olan Peristera Baziana ilə birgə yaşayır. Peristera Baziana Elektrik və Kompüter mühəndisidir. Cütlüyün iki oğlu var.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Alexis Tsipras // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Alexis Tsipras // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://www.workwithdata.com/person/tsipras-alexios-1974.
- ↑ 1 2 3 "Kommunistlər böhranlı Yunanıstana qayıtdı. hafta.az. 27.01.2015". 2015-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.