Şükrü Saracoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şükrü Saracoğlu
türk. Mehmet Şükrü Saracoğlu
bayraq
Türkiyə Böyük Millət Məclisinin sədri
1 noyabr 1948 – 22 may 1950
ƏvvəlkiƏli Fuad Cəbəsoy
SonrakıRefik Koraltan
9 iyul 1942 – 7 avqust 1946
ƏvvəlkiRəfiq Saydam
SonrakıRəcəb Pekər
bayraq
Türkiyənin Xarici işlər naziri
11 noyabr 1938 – 13 avqust 1942
ƏvvəlkiTofiq Rüşdü Aras
SonrakıNuman Mənəmənçioğlu
bayraq
Türkiyənin Ədalət naziri
24 may 1938 – 12 noyabr 1938
ƏvvəlkiYusif Kamal Tengirşənk
SonrakıHilmi Uran
bayraq
Türkiyənin Maliyyə naziri
1 noyabr 1927 – 25 dekabr 1930
ƏvvəlkiƏbdülxaliq Renda
SonrakıƏbdülxaliq Renda
bayraq
Türkiyənin Təhsil naziri
22 noyabr 1924 – 3 mart 1925
ƏvvəlkiHüseyn Vasif Çinar
SonrakıHəmdullah Sübhi Tanrıövər
Şəxsi məlumatlar
Doğum tarixi 1887[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1953(1953-12-27)[3][4]
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Mülküyə Məktəbi[d]
Fəaliyyəti diplomat, siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmet Şükrü Saracoğlu (1887[1][2][…], İzmir, Aydın vilayəti27 dekabr 1953[3][4], İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir.

Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur.[5] Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur.

Təhsili və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır. İzmir Sultanisində də bir müddət riyaziyyat müəlimi kimi işlədikdən sonra, 1911-ci ildə İttihad və Tərəqqi məktəbində direktor olur. 1914-cü ilin yanvar ayında dövlət təqaüdü alaraq təhsilini Belçikada davam etdirsə də, I Dünya müharibəsi başladıqdan sonra İzmirə qayıtmaq məcburiyyətində qalmışdır. 1915-ci ilin mayında Cenevrə Siyasi elmlər akademiyasına daxil olaraq İsveçrəyə köçmüş və burada 4 il yaşamışdır. Mudros müqaviləsi imzalandıqdan sonra yaxın dostu Mahmud Əsad ilə birgə Cenevrədəki Türk yurdu dərnəyinə üzv olurlar. Saracoğlu bu cəmiyyətin jurnalının fransızca nəşrinə başlayır və jurnalda Mudros sazişinin şərtlərinə öz etirazını bildirərək , insanları Osmanlı dövlətinin haqlarının müdafiəsinə çağırmışdır. 15 may 1919-cu ildə İzmirin işğalı xəbərini eşidib Mahmud Əsadla birlikdə İtaliyan gəmisinə minərək ölkəyə geri qayıdır. Anadoluya çatdıqda, Dəmirçi Mehmet Efə adlanan bir şəxs onların ittihadçı olduğunda şüphələnmiş və həbs etmişdir. Saracoğlunu düşdüyü bu vəziyyətdən hələ İttihad və Tərəqqi məktəbində işlədiyi illərdə tanış olduğu Cəlal Bayar xilas edir. 1920-ci ilin yanvar ayında axrıncı Məclis-i Məbusanda İzmirin millət vəkili seçilsə də, İstanbulun işğalı xəbərini eşidərək Quşadasına geri qayıtmalı olmuşdur.

Siyasi Kariyerası

[redaktə | mənbəni redaktə et]

Saracoğlu qısa bir müddət Ödəmiş şəhərinin bələdiyyə baçşısı olaraq xidmət göstərmiş, 1923-cü ildə isə TBMM-in 2-ci çağırışında məclisə daxil olmuşdur. Fəthi Okyar ilə hökumətində də Marrif vəkili vəzifəsində işlədikdən sonra 1926-cı ildə Yunan-Türk mübadilə komissiyasının türk heyətinə rəhbərlik etmişdir. Bundan başqa 1927-ci ildən 1930-cu ilə qədər İsmət İnönü hökumətlərinin Maliyyə vəkilliyi vəzifəsini yerinə yetirmişdir. Bu illər ərzində Türkiyə Mərkəzi Bankı yaradıldı. Lozanna müqaviləsində nəzərdə tutulan məhdudiyyətlərə aradan qalxdıqdan sonra yeni gömrük təriflərinin tətbiqinə başladı. Xarici dövlətlərə aparılan ticarət əlaqələrində isə "limit sistemi"ni gətirdi. Həmin illərdə bütün dünya dövlətləri Böyük Böhranın təsirlərini azda olsa aradan qaldırmağa çalışırdı. Bu məqsədlə bir sıra milliləşdirmələrin həyata keçirilməsində Saracoğlunun böyük rolu olmuşdur. Vəkillikdən ayrılıb, Türkiyə hökuməti tərəfindən iqtisadi məsələlərə dair görüşlər həyata keçirmək məqsədi ilə Amerikaya göndərilmişdir. Buradan qayıtdıqdan sonra hazırladığı hesabat Türkiyənin pambıq sənayesinin yenidən təşkili üçün zəmin rolunu oynadı. 1932-ci ildə Parisdə Osmanlı borclarının ödənilməsi şərtlərinin müəyyən edilməsi üçün aparılan danışıqlarda Türkiyə adından iştirak etmişdir. 1933-cü ildə müqavilə imzalayaraq Türkiyəyə qayıdır. Bu müqavilə qısa müddətli də olsa Türkiyənin iqtisadi vəziyyətini yüngülləşdirə bilmişdir. 1933-cü ildən 1938-ci ilə qədər həm İsmət İnönü, həm də Cəlal Bayarın hökumətlərində ədalət vəkili vəzifəsində çalışmışdır. Bu müddət ərzində vəkillik, hakimlik, icra iflas qanunlarını hazırlamışdır. Bu qanunlar əsasında həbsxanalar , ilk nümunə olaraq İmralı həbsxanası yaradılmışdır.

Şükrü Saracoğlu Time jurnalının üz qabığında

Xarici işlər naziri olduğu illər

[redaktə | mənbəni redaktə et]

İsmət İnönünün Baş Nazir olduğu illər Şükrü Saracoğlunun siyasi karyerasının kuliminasiya illəridir. İlk əvvəl 1938–1942-ci illər arasında Cəlal BayarRəfiq Saydam hökumətlərində xarici işlər naziri vəzifəsində çalışmışdır. Bu illərdə eləcə də Baş Nazir olduğu müddət ərzində Türkiyənin II Dünya müharibəsində tərəfsiz qalma siyasətində böyük rol oynamışdır. Hələ müharibədən əvvəl Türkiyə Britaniya və Fransa ilə əməkdaşlıq əlaqələri qurmağa çalışır və düşünürdü ki , SSRİ-də bu müharibədə qərb dövlətləri ilə birgə hərəkət edəcək. Lakin SSRİ Almaniya ilə danışıqlara getmiş və 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında on il müddətinə bir-birinə hücum etməmək barədə Molotov-Ribbentrop paktı bağlanmışdır. Belə bir vəziyyətdə Türkiyə SSRİ ilə Qərb dövlətləri arasında seçim etmək məcburiyyətində qalmışdır. Türkiyə SSRİ ilə münasibətləri korlamadan Britaniya-Fransa-Türkiyə ittifaqı yaratmaq istəyirdi. 1939-cu il sentyabrın 15-cə Saracoğlu SSRİ-yə dəvət olunur. Lakin Rusiyanın istəkləri səbəbilə keçirilən danışıqlar müvəffəqiyyətsizliklə nəticələnir. 25 sentyabr Stalin və Molotovun da iştirak etdiyi ilk görüşü Saracoğlu "boğuşma" adlandırmışdır. Sovet ittifaqının tələbləri ağır olduğu üçün Türkiyə tərəfindən rədd edilmişdir. Danışıqlardan heç bir nəticə əldə edilmədikdə Saracoğlu 20 oktyabr 1939-cu ildlə Türkiyəyə qayıdır.[6] Məhz bu səfər zamanı yediyi yeməkdən xəstələnən Saracoğlu beyin iltihabına tutulmuş və vəfat etmişdir.

Baş Nazirlik dövrü

[redaktə | mənbəni redaktə et]

1942-ci ildə Rəfiq Saydamın vəfatından sonra Prezident İsmet İnönü tərəfindən Şükrü Saracoğlu Baş nazir təyin edilmişdir. 1942-ci il avqustun 5-də yeni yaradılan hökumətin proqramını oxuyur: "Biz Türkük, Türkçüyük və daima Türkçü olaraq qalacağıq. Bizim üçün Türklüçülük bir qan məsələsi olduğu qədər bir vicdan və mədəniyyət məsələsidir. Biz azalan və ya azaldan Türkçü yox, çoxalan və çoxaldan Türkçülərik. Və hər zaman bu istiqamətdə çalışacağıq"[7] Baş Nazir olduğu illərdə xarici siyasətdə bəzi dairələr onu Almanpərəst adlandırırdı. Müharibə illərində Almaniyanın Ankaradakı səfiri Franz von Papen və onunla sıx əlaqədə olan heyətdə idi. Rəfiq Saydam, Numan Mənəmənçioğlu kimi şəxslərin də daxil olduğu bu heyət müharibə illərində Almaniyanı dəstəkləmiş, Almaniya ilə xarici ticarət əlaqələrində alman pul vahidi olan "reichsmark"dan istifadə etmiş, Türk pullarını Almaniyada çap etdirmiş, Almaniyaya xrom ixrac etmişdilər. Hətta Türk komandirlərini Sovet ittifaqının işğal etdiyi Kırım və Qafqazdakı türk torpaqlarında hərbi əməliyyatlar həyata keçirən Almaniyaya kömək məqsədilə cəbhəyə göndərmişdilər. Sonradan 1942–1943-cü illərdə müharibənin Müttəfiq dövlətlərin xeyrinə dəyişməsi nəticəsində Türkiyə də mütəffiq dövlətləri ilə yaxınlaşmağa başlayır. 1943-cü ildə Saracoğlu müharibədə Türkiyənin ABŞ-ni dəstəkləyəcəyini bildirdiyi müsahibəsi ilə Time jurnalının üz qabığına çıxmışdı. O , İsmət İnönüMustafa Kamal Atatürkdən sonra Time jurnalının üz qabığında yer alan 3-cü türk olmuşdur. Saracoğlunun Baş nazirlik dövrünün iqtisadi sahədə ən çox ağılda qalan və müzakirələri bu günə qədər davam edən fəaliyyəti 1942-ci ildə Varlıq vergisi haqqında imzaladığı qanun olmuşdur. II Dünya müharibəsində meydana çıxan qara bazar səbəbilə varlanan insanların əldə etdiyi sərvətlər o illərdə hətta ərzaq ehtiyatını belə təmin edə bilməyən xalqın qəzəbinə səbəb olmuşdu. Bundan sonra CXP Məclis qrupu həm dövlət gəlirlərini artırmaq yolu ilə inflasiyanı azaltmaq, həm də qara bazar ilə mübarizə aparmaq məqsədilə bu qanunu qəbul etmişdi. Qanunda nəzərdə tutulurdu ki, maddi sərvətlər 1 dəfə olmaqla vergiləndirilsin və vergi verməyən şəxslər fiziki işə cəlb edilsin. Lakin narazılıqlara səbəb olduğu üçün bu qanun 1944-cü ildə ləğv edilmişdi.[8] Torpaqsız kəndliləri torpaqla təmin etmək məqsədi ilə 11 iyun 1945-ci ildə Fermerləri torpaqla təmin etmək haqqında qanun qəbul edildi. Qanunun tətbiqi zamanı bir sıra xüsusi meşələrin və iri torpaq sahibi olan ailələrin torpaqlarının özəlləşdirilməsi bu ailələrin narazılığına səbəb oldu. Adnan Menderes, Cavid Oral, Emin Sazak kimi şəxslər də qanunun tətbiqinə qarşı çıxmışdı.[9] İlk əvvəl CXP-nin torpaq islahatı və iqtisadi siyasətinə qarşı meydana çıxan bu müxalifətçi hərəkat sonradan siyasi bir hərəkata çevrildi. 1946-cı ildə seçki qanunda bir sıra dəyişikliklər edildi. "Açıq səsvermə- gizli sayılma" adlanan qanuna əsasən tək dərəcəli sistemə keçilmiş, səsvermənin açıq formada həyata keçirilməsi nəzərdə tutlmuşdu.[10] Buna baxmayaraq səslərin sayılması gizli şəkildə aparılmalı idi. Həmin il seçkilərdə Cümhuriyyət Xalq partiyası qalib gəldi. 1946-ı il seçkilərindən sonra həm səhhətində baş verən problemlərə görə, həm də İsmət İnönünün xahişi ilə Baş Nazir postunu Rəcəb Pekərə devr eləmişdi. 1948-ci ilin noyabrın 1-dən 1950-ci ilin 22 may tarixinə qədər TMBB-in sədri kimi xidmət göstərmişdir. 1950-ci illərdəki ümumi səsvermə ilə əvvəl millətvəkilliyindən sonra isə siyasətdən ayrıldı.

Həyatının son illərində Parkinson xəstəliyindən əziyyət çəkmişdir. Fransada bir müddət müalicə aldıqdan sonra İstanbula qayıtmış və həyat yoldaşı Səadət xanım ilə burada yaşamağa başlamışdır. 1953-cü ilin dekabr ayının 27-də İstanbuldakı evində vəfat etmişdir. Məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir.

Fənərbaxça Şükrü Saracoğlu stadiyonu

Fənərbaxça prezidentliyi dövrü

[redaktə | mənbəni redaktə et]

1934–1950-ci illər ərzində Fənərbaxça klubunun prezidenti olmuşdur. O vaxtlar İttihadspora məxsus olan Quşdili çəmənliyi adlanan ərazini Fənəbaxça klubunun mülkiyyətinə keçirmişdir. Həm bu səbədən, həm də 1934-cü ilin 23 fevralında keçirilən Fənərbaxça-Qalatasaray oyununda baş verən hadisələr səbəbilə klubun bağlanılması təhlükəsini aradan qaldırdığına görə , 22 iyul 1998-ci ildə inşa edilən Fənərbaxça klubunun stadionunun adı Fənərbaxça Şükrü Saracoğlu stadionu olaraq dəyişdirilmişdir.

Haqqında yazılmış əsərlər

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Gürkan Hacır tərəfindən Şükrü Saracoğlunun həyatına həsr olunmuş Efə başvəkil: Şükrü Saracoğlunun romanı adlı əsər nəşr olunur. 2007-ci ildə də bu əsər əsasında Fənərbaxça klubunun 100 illik yubileyi münasibətilə sənədli film çəkilmişdir. Bundan başqa oğlu Yılmaz Saracoğlu tərəfindən atasının müxtəlif qəzetlərdəki müsahibələrini toplayaraq nəşr etdirdiyi Şükrü Saracoğlu və dönəmi adlı əsər mövcuddur.

  1. 1 2 Chukru Sarajoglu // 20th Century Press Archives. 1908.
  2. 1 2 Şükrü Saracoğlu // Faceted Application of Subject Terminology.
  3. 1 2 Sukru Saracoglu // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Bibliothèque nationale de France Şükrü Saraçoğlu // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Burcu Saraçoğlu-CUMHURİYET DÖNEMİNDE BAŞBAKANLAR: SOSYO-EKONOMİK GEÇMİŞLERİ, SİYASAL DÜŞÜNCELERİ VE PERFORMANSLARI[ölü keçid]
  6. "Barış Ertem- Türkiye Üzerindeki Sovyet Talepleri ve Türk-Sovyet ilişkileri (1939–1947)" (PDF). 2013-10-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-19.
  7. "TBMM Zabıt ceridesi cild: 27" (PDF). 2022-04-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-19.
  8. "XI. ATATÜRK SONRASI TÜRKİYE" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-19.
  9. "Demokrat partisi dönemi ekonomi politikaları" (PDF). 2012-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-19.
  10. "TÜRKİYE'DE CUMHURİYETİN İLANINDAN 1950'YE GENEL SEÇİM UYGULAMALARI" (PDF). 2013-04-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.