Həsən Mirzəyev

Azərbaycan alimi

Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor.[1] Azərbaycan Aşıqlar Birliyinin üzvü[2] (2008–2015)

Həsən Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 noyabr 1927(1927-11-26)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2015(2015-02-25) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elm sahəsi dilçi-türkoloq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Təltifləri "Əmək veteranı" medalı "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi
hasanmirza.az

Həyatı

redaktə

H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.[3]

H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H. Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.[4]

25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[5] Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Həsən Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin qayınatasıdır.[6]

Əsərləri

redaktə
  1. "Azərbaycan dilində sadə feillər". Bakı, 1984, 126 səh. (K. A. Məmmədova ilə birlikdə).
  2. "Hanı o səndəki el, Dərələyəz" Bakı. Elm 2007. 800 səh. şəkilli

İstinadlar

redaktə
  1. Dilçi-türkoloq, professor Həsən Mirzəyevin 80 illik yubileyi qeyd olundu [ölü keçid]
  2. "Həsən Mirzə vəfat edib". Azərbaycan Aşıqlar Birliyi (az.). azab.az. 2015. 2015-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
  3. Buludxan Xəlilov, ŞƏRƏFLİ ÖMÜR YOLU Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
  4. Pedaqoq, alim həm də şair [ölü keçid]
  5. AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
  6. "Arxivlənmiş surət". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.

Xarici keçidlər

redaktə