Qərəz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə.

Anlayışın izahı

[redaktə | mənbəni redaktə et]

Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur.

Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz. İndi də önyarğılı davranaraq bəlkə də gələcək dostunuzu itirirsiniz. Həm məsələ sadəcə dostluqda deyil. Sadəcə insanların xarici görünüşünə görə önyarğılı davranmamaqdadır və hər zaman ona bir şans vermək lazımdır. Bir sözlə önyarğılardan qurtulmaq lazımdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]